Difference between revisions 2180913 and 3291101 on azwiki

{{vikiləşdirmək}}
'''Antibiotiklər''' – ({{lang-gr|ἀντίβίος}} həyata qarşı) — təbi və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddələrdir.
[[Şəkil:Staphylococcus aureus (AB Test).jpg|thumbnail]]
Antibioz mürəkkəb bioloji hadisədir. Əsas mahiyyəti isə bir sıra mikroorqanizmlərin onları əhatə edən mühitdə başqa mikrobların çoxalmasını və inkişafını dayandıran xüsusi aktiv maddələr ifraz etməsindən ibarətdir. Bu aktiv maddələr antibiotiklər adlanır.
(contracted; show full)xu və dadbilmə sinirlərinə zəiflədici təsir göstərir. Bəziləri selikli qişalarda və dəridə göbələk xəstəliyi əmələ gətirir. Demək olar ki, hamısı allergik reaksiyalar verir. Buna görə də onların dozası, təyin edildiyi müddət dəqiq olmalıdır. Xüsusilə uşaqlara və hamilə qadınlara bunların təyinində çox diqqətli olmaq lazımdır. Bu dərmanlardan çox kəskin xəstəliklərdə, ağır hallarda istifadə edilməsi məqsədəuyğundur.

== Xarici keçidlər ==
{{commonscat|Antibiotics}}

[[Kateqoriya:Antibiotiklər]]


[[zh:抗生素]]