Difference between revisions 2201538 and 2201540 on azwiki{{Digər məna|Dondarları}} [[Azərbaycan türkləri]]nin təşəkkülündə mühüm rol oynamış türk tayfalarından biri də dondarlardır. Şimali [[Qafqaz]] çöllərində dondarları qədim müəlliflər hələ e.ə. V əsrdə qeyd etmişlər. Onların [[Azərbaycan]]da ([[Qafqaz Albaniyası]]nda) məskunlaşma tarixi məlum deyil. [[Azərbaycan]]da bir neçə Dondarlı kəndi və [[Dondardağ]] dağı var. [[Q.Qeybullayev]] qeyd edir ki, [[Şuşa]] toponimi də dondarların dilinə mənsubdur. II əsr müəllifi [[Tatsit]] (XII,6) Şimali [[Qafqaz]]da dondarların Şoşu şəhərinin adını çəkir. [[Latın dili]]ndə "Ş" səsi olmdığına görə, müəllif onu Sosu (əslində Susu) kimi yazmışdır. XIX əsrin əvvəllərində [[Qarabağ]]da üç [[Şuşa]] (həmçinin Şimali [[Qafqaz]]da bir neçə) toponimi məlumdur. [[Kateqoriya:Azərbaycanla bağlı tayfa və qəbilələr]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=2201540.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|