Difference between revisions 2248102 and 2248104 on azwiki{{vikiləşdirmək}} [[File:Flag of the South Azerbaijan Independence Party.svg|thumb|Gaip]] https://www.facebook.com/gaip2 == GAİP == [[File:Bayrax 1 (1).gif|thumb|Bayrax 1 (1)]] '''Güney Azərbaycan İstiqlal partisi(Gaip)''' Güney Azərbaycan İstiqlal Partiyasının Əsasnaməsi; '''Giriş''' Bugünkü iran adını daşıyan ölkə qədim zamanlardan türklərin yaşayış məskəni və mədəniyyət ocağı olmuşdur. “Ariayi” dillilər bu yerlərə gəlməzdən əvvəl şümerlərdən başlamış ilam, qutti, arattu və b. türk boyları bu yerlərin sakini və sahibi olmuşlar. Bu gün Azərbaycan türklərinin bir qismi son min ildə bura gəlsələr də, amma əsas hissəsi Sümer türklərinin təbii varisləridir. Minilliklərdən bəri öz qanları hesabına qoruyub saxladıqları torpagı öz əli və əməyi ilə abadlaşdıran türklər, bu gün tarixi torpaqlarında mühacir və biganə adı ilə basqı altındadırlar. Türklərdən neçə min il sonra (İlam dövrü) bu torpaqlara mühacir kimi gəlmiş, uydurma tarix və yalan iddialarla özlərini bu yerlərin sahibi adlandıran fars şovinistləri indi həmin torpagın varisləri olan türkləri mühacir və mütəcavüz adlandırırlar. Tarixçilər tərəfindən Az Ər-lərin (Az qəhrəmanı) türk millətinə mənsub olduqları sübut olduğu halda uzun tarixi əsrlərin həqiqətlərini ört-basdır edən və azərbaycan türklərinə saxta kimlik düzəldən fars şovinistləri Az Ər sözünə mənsubiyyət işarəsi kimi “i” ( azəri) əlavə etməklə azərbaycan turklərinin milli mənsubiyyəti saxtalaşdırır və onun dilinin Pəhləvi dilinə aid olduğu iddia edirlər. Fars şovinistləri öz iddialarını “Çingiz xan azərbaycanlıların dilini dəyişdirdi”, “Şah İsmayıl Səfəvi azərbaycanlıları türk edib” və yaxud “Osmanlı imperatorluğu Təbrizi işğal etmiş və iki həftə ərzində azərbaycanlıların dilini dəyişdirərək türkcə etmişdir” kimi əsassız ifadələrlə sübut etməyə çalışırlar. Şuubiyyə dövründən türk və ərəblərin əleyhinə aparılan mənfi təbliğat və farslaşdırma siyasətini pəhləvilər daha sistemli və kəskin formada davam etdirmişlər. Həmin dövrdən qeyri - fars millətlər və xüsusilə çoxunluğu təşkil edən türklər daha açıq şəkildə təhqir və təzyiqlərə məruz qalıblar. Güclü əritmə (assimiliyasiya) siyasəti tətbiq olunmaqla məktəb, ordu, idarə, məhkəmə və bütün rəsmi dövlət qurumlarında türk dilinə qadağa qoyulub, Azərbaycanın tarixi ərazisi parçalanmaya məruz qalaraq şəhər, kənd, dag, çay və digər tarixi yerlərin adları farslaşdırılaraq dəyişdirilib, türk adları, türk ədəbiyyatı və musiqisi yasaqlanıb. Bu siyasət hələ də davam etməkdədir. Fars şovinistlərinin iran ərazi bütövlüyü adı altında apardıqları assimiliyasiya siyasəti, qeyri-fars millətlərinə qarşı tətbiq olunan zorakılıq və hərbi guc bu millətləri məcburən kölə durumuna salmaq məqsədi daşıyır. Şovinistlər tərəfindən aparılan köləlik siyasətinə birdəfəlik və həmişəlik son qoyulması yalnız bu millətlərin istiqlalı ilə gərçəkləşə bilər. Bütün bu zərurətdən irəli gələrək təsis edilən Guney Azərbaycan İstiqlal Partiyası (GAİP) Güney Azərbaycanda bağımsız və demokratik dövlətin - Güney Azərbaycan Cumhuriyyətinin yaradılması uğrunda döyüşən partiyadir. '''<big>Bağımsızlığın (istiqlaliyyətin) zərurəti:</big>''' Uzun tarixi dövrü əhatə edən dövlətçilik ənənəsinə malik Azərbaycan türklərinin İstiqlal düşüncəsi dövlət, təşkilat və hətta fərdi formada özünü göstərib. Hələ 200 il bundan öncə Məhəmməd Quluxan Əfşarın rəhbərliyi altında ilk modern orduya sahib olan bağımsız Azərbaycan Federasiyası yaranmış, 17 il hakimiyyətdən sonra Fətəli Şah tərəfindən nəzarətə alınaraq, Qacar imperatorluğuna tabe edilmişdir. Məşrutə dövründə Təbriz əncüməni Tehrana göndərdiyi teleqramda təkid edirdi ki, əgər Məşrutə qəbul olunmasa Azərbaycan İrandan ayrılacaq. Azərbaycanda Xiyabanının yaratdığı Azadistan ölkəsi dövründə “Yaşasın istiqlalımız” millətin ümumi şüarı olmuşdur. 1324-25 (1945-46) illər Milli Hökumətimiz dövründə ulu rəhbərimiz şəhid Pişəvəri deyirdi: “Biz əvvəl əyalət şurasını istəyirdik. Tehran rədd etdikdə bir addım önə qoyub və milli məclisimizi yaratdıq”. Bundan başqa şəhid Pişəvəri “İki yol ayrımı” adlı çıxışında deyir: “Əgər Tehran irticası bizim istəkləri qəbul etməzsə, o zaman biz Tehransız öz yolumuza davam edəcəyik”. Dəyişik tarixi dövrləri əhatə edən bu tarixi gerçəkliklər Azərbaycan türkünün bağımsızlıq düşüncəsini açıqca ortaya qoyur. Buna baxmayaraq, milli hərəkatımızı təmsil edən rəhbərlərimiz Tehranla danışıqlara getmiş və hətta bəzi hallarda rəsmi anlaşmalar da imzalamışlar. Tehranın rəhbərlərimizə xəyanətkarlığı və verdiyi yalan vədlər millətimizin tam istiqlaliyyətə qovuşmasına mane oldu və azadlıq uğrunda aparılan hərəkatların qanda boğulması və minlərlə insanımızın qətli ilə sonuclandı. 1357-ci il (1979) inqilabında Ayətullah Şəriyətmədarinin rəhbərliyi ilə Xalq Müsəlman hərəkatı da milli haqlarımızı vilayət şuraları formasında istədiyi üçün qanda boğuldu. Keçən 100 il ərzində, Məşrutə inqilabı (Qacar dövründə qanun və demokratiya uğrunda mübarizə), Cəngəl hökuməti (Qacar dövləti çərçivəsində ədalətsevərlik), Azadistan hökuməti (Qacar imperatorluğu çərçivəsində milli haqların istəyi), Azərbaycan milli hökuməti (İran çərçivəsində milli muxtariyyət) və bunlara bənzər İran çərçivəsində inqilablar məğlub olduğu kimi, 1357-ci il (1979) inqilabı da yenildi. Yenə də Azərbaycan millətinin istəkləri süngü, güllə, top, tank, işgəncə və zindanla qarşılaşaraq boğuldu. Məhəmmədrza şah rejimi, Azərbaycan milli dövlətini rəsmi tanıdığına baxmayaraq, arxadan xəncər vurdu. İran İslam Cumhuriyyətinin ana yasasında milli azadlıq, fərdi azadlıq, düşüncə azadlığı adına qanunlar inqilabın təsiri altında qeydə alınsa da, bu günədək həyata keçməyib və keçməyəcəkdir. Nə bu rejim, nə də başqa bir rejim bu haqları heç zaman verməyəcəklər. Çünki, İran totalitar rejiminin mahiyyətində demokratiya potensialı yoxdur. İran adı və onun coğrafi hüdudları qılınc, top, tank, zindan gücü ilə zülm altında yaşayan millətlərə təhmil olunub və bu millətlərin zindanına çevrilibdir. Bir gün bu qılınc millətlərin boğazından qaldırılarsa, bu millətlər öz azadlıqları uğrunda üsyan edib təhmil edilən İran zindanından azad olacaqlar. Buna görə də heç vaxt “iran bütövlüyü” və ya “iran dövlətçiliyi” adına demokratiya verilməsinə ümid yoxdur. Əgər iran çərçivəsində hər hansı digər totalitar idarəetmə sistemi demokratiya və insan hüquq və azadlıqlarını konstitusiya və ya vədlərində qeyd etsə belə, o da İran islam rejiminin Əsas qanununda olduğu kimi kağız üzərində qalacaq və heç zaman həyata keçməyəcək. Yuxarıda qeyd olunan səbəblərə əsasən, iran adlanan ölkədə millətlərin öz milli və insani haqlarını əldə etməyin tək yolu millətlərin istiqlalıdır. Biz, iran adı altında əsarətə məhkum olmuş millətlərin öz müqəddəratını təyin etməkləri üçün müstəqil dövlətlərinin yaranmasını yeganə yol bilirik və bu millətləri fars şovinizminə qarşı vahid cəbhədə birliyə dəvət edirik və onlara birlikdə fars şovinizmini yenildərək öz müstəqil dövlətlərimizi qurmağı təklif edirik. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) məramı və məqsədi Güney Azərbaycanın istiqlalıdır. '''<big>Müddəalar :</big>''' 1.Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) heç bir dövlət, məmləkət və gücə bağlı olmayan partiyadır. 2.GAİP təsis qrupu Güney Azərbaycan aktivistləri tərəfindən yaradılıb və Azərbaycan millətinin iradəsinə dayanaraq Güney Azərbaycanın istiqlaliyyəti uğrunda döyüşür . 3.GAİP -ın mərkəzi orqanı “ Bağımsız Güney Azərbaycan” adlanır. 4.GAİP-ın fəaliyyəti təkcə Güneylə məhdudlaşmır, dünyanın hər yerində Azərbaycanın milli mənafeyinin keşiyində dayanır. 5.Azərbaycanlıların milli vətəni Azərbaycandır. Bütün azad millətlərin övladları kimi biz də öz milli vətənimizin azadlığa və istiqlaliyyətə qovuşmasını istəyir və bu yolda mücadilə aparırıq. 6.İstiqlalçı olmaq və öz milli vətəninə istiqlal istəmək hər bir fərdin insani, mədəni və demokratik haqqıdır. Necə ki, liberal olmaq, feminist olmaq, islamçı olmaq, kominist olmaq və s. insanların demokratik haqlarıdır, istiqlalçı olmaq da hər bir şəxsin insanı haqqıdır. Bu haqq “söz azadlığı” və “öz müqəddəratını təyin etmə haqqı” kimi geniş demokratik prinsiplər əsasında anlaşılmalıdır. 7.GAİP, millətin iradəsini hər şeydən üstün tutur. 8.GAİP, sinfi fərq qoymadan, millətin bütün təbəqəsinin mənafeyini müdafiə edir. 9.GAİP, zaman, şərait və məkana uyğun olaraq açıq və ya gizli fəaliyyət göstərir. 10.GAİP-in mübarizə metodu, zaman və zərurətdən irəli gələn demokratik, diplomatik və ya inqilabi yollardır. 11.GAİP şah rejimi və İran islam respublikasını məhkum edərək, onların xəfiyyə idarələri ilə əməkdaşlıq edən şəxs ya qruplar ilə heç bir əməkdaşlıq etmir. 12.GAİP milli vicdan, milli əxlaq, siyasi-ictimai əxlaq və düzgünlüyə yüksək əhəmiyyət verir. Cinayət işləmiş, əxlaqsız və opportunist şəxs ya qruplarına öz sıralarında yer vermir. 13.GAİP Azərbaycan millətinin hüquqlarını müdafiə edən bütün sağlam şəxs və ya qrupları dəstəkləyir , onlarla əməkdaşlıq edir. 14.GAİP Qarabağı işğal edən erməni təcavüzkarlarını məhkum edir və Azərbaycan torpaqlarının müdafiəsini öz milli borcu hesab edir. 15.GAİP azərbaycanıların bir millət, iki siyasi status gerçəkliyini nəzərə alaraq Quzey Azərbaycan Cumhuriyyətini birinci və əbədi müttəfiqi bilir və dövlətçiliyini müdafiə edir. 16.GAİP görə Azərbaycanın birləşmə prosesi zamanın gedişi və millətin iradəsindən asılıdır. 17. Azərbaycan birləşdikdən sonra Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) adı dəyişdirilərək Bütöv Azərbaycan Istiqlal Partiyasına (BAİP) olacaq. 18.GAİP qonşu millətlərə hörmətlə yanaşır. 19.GAİP İran mərkəzçilik dövlətini heç bir ad və mahiyyətdə qəbul etmir. 20.GAİP fars şovinizminə qarşı insan hüquqları uğrunda döyüşən millət və təşkilatlarla əməkdaşlıq edir. 21.GAİP iran adı altında əsarətdə saxlanmış millətlərin mərkəzçi fars şovinist dövləti əleyhinə mübarizələrinə yardım etməklə, mübarizənin effektiv olması üçün həmin millətlərin mərkəzə qarşı öz istiqlal cəbhələrinin yaranmasını təklif edir. 22.Fars şovinizmi dedikdə fars milləti başa düşülməməlidir. Fars şovinizmi dedikdə İran mərkəzçi dövlət sistemini farsçılıq (İran = fars) əsasında idarə edən siyasət anlamına gəlir ki, bu siyasət iran adlanan siyasi – coğrafi ərazidə yaşayan qeyri - fars millətlərin milli varlıq və istiqlal hüququnu danmaq, dillərini yasaqlamaq, tarixlərini saxtalaşdıraraq “ali fars” irqçiliyini və fars dilini bu millətlərə təhmil etmək, onları əritmə siyasəti ilə farslaşdırmaq əsasında aparılır. Bu siyasi dövlətçilik sisteminə rəhbərlik edən və siyasəti tətbiq edən şəxs, qüvvə ya qrup hətta qeyri - fars olsa belə mahiyyətcə fars şovinizminin əlaltısı və qulluqçuları sayılır. Ona görə də GAİP fars millətinə hörmətlə yanaşır, lakin fars şovinizmi və onun əlaltılarına qarşı mübarizə aparı '''<big>Partiyanın məqsəd və vəzifələri :</big>''' 1.GAİP Güney Azərbaycanın tarixi torpaqlarında öz bağımsız cumhuriyyətini qurmaq üçün döyüşür. GAİP keçid dövrunu öhdəsinə götürərək müvəqqəti hökuməti idarə edir və dövləti demokratik və azad seçki yolu ilə intiqal edir. 2.Güney Azərbaycan ərazisi dedikdə Azərbaycanın tarixi ərazisini təşkil edən indiki Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəngan, Qəzvin, Həmədan, Mərkəzi, Ənzəli, Astara bölgələri nəzərdə tutulur. 3.GAİP Güney Azərbaycanın tarixi faktlar əsasında coğrafi hüdudlarının tam müəyyənləşdirilməsi üçün qonşu millətlərlə elmi və sivil dialoqun tərəfdarıdır. 4.Güney Azərbaycan Cumhuriyyətinin hər bir vətəndaşı milliyətindən, dilindən, dinindən, cinsindən, tutduğu vəzifədən və əqidəsindən asılı olmayaraq bərabər hüquqludur. 5.Bağımsız Güney Azərbaycanın rəsmi dövlət dili Azərbaycan türkcəsidir. 6.Bağımsız Güney Azərbaycan Cumhuriyyətində yaşayan etnik azlıqlar Azərbaycan türkcəsindən əlavə öz ana dillərində təhsil almaq hüququna malikdirlər və bu azlıqların sayına görə onların milli inkişafı üçün büdcə ayrılması nəzərdə tutulacaqdır. 7.Geriçi (irticai) düşüncəyə malik şah rejimi və İran islam cumhuriyyətində qadınların hüquq və azadlıqları məhdudlaşdırılaraq kobud şəkildə pozulmuş, onlar ictimai-siyasi arenadan məhrum edilmişlər. Bu dəhşətli vəziyyyəti aradan qaldırmaq üçün bağımsız Azərbaycan məsulları qadınlarin hərtərəfli inkişafını təmin edə biləcək şərait yaratmaqla yanaşı, qadın - kişi bərabərliyini bütün sahələrdə təzmin edəcək. 8.Qadınların bütün sahələrdə, o cümlədən dövlət, idarə, ədliyyə, hərbi, elmi, siyasi , mədəni və b. sahələrdə heç bir maneçilik olmadan fəaliyyət göstərmələrinə şərait yaradılacaqdır. 9.Ədalətli iş qanununun hazırlanması və tətbiqi ilə işçinin, əkinçinin və yoxsul təbəqənin hüququ layiqincə qorunacaqdır. 10.İşsizlik probleminin həlli ilə yanaşı, işsizlərə işsizlik dövrü üçün maaş ödəniləcəkdir. 11.Güney Azərbaycan Cumhuriyyəti azad kapital iqtisadiyyatı sistemi ilə idarə olunacaq və sərmayənin təhlükəsizliyi təmin ediləcəkdir. 12.Yetim və kimsəsiz uşaqları himayə etmək məqsədilə yetimxanalar yaradıb, dövlət büdcəsindən ayrılan vəsait hesabına onlar üçün yaşayış və təhsil şəraiti yaradılacaqır. 13.Əlillər üçün xüsusi mərkəz, məktəb və yaşayış yerləri dövlət büdcəsindən ayrılan vəsait hesabına olacaq. 14.Yaşlılar üçün xüsusi yaşayış yerləri yaradılacaqdır. 15.Bütün xəstəxanalar dövlətin büdcəsindən maliyyələşəcək, vətəndaşın saglamlığının qorunması və tibbi yardımlar pulsuz təmin olunacaqdır. 16.Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bütün vətəndaşların pulsuz məcburi orta təhsil almaq hüququ təmin olunacaqdır. 17.Bağımsız Güney Azərbaycanda ölüm hökmü və işgəncə qəti qadağan olacaqdır. 18.Inanc və düşüncə azadlığı tam mənası ilə təmin ediləcək və siyasi dustaqlığa son qoyulacaqdır. 19.Azərbaycanın bütün təbii sərvətləri milli elan edilib, dövlətin nəzarəti ilə idarə olunacaqdır. 20.Hakimiyyət orqanları demokratik yollarla seçiləcəkdir. 21.GAİP nöqtei-nəzərindən Azərbaycan bağımsız cumhuriyyəti layik bir cumhuriyyət olmalıdır. '''<big>Müvəqqəti hökümət:</big>''' 1.GAİP İran mərkəzi rejimini yenildib Güney Azərbaycanın tarixi sərhədləri çərçivəsində müvəqqət hökümət yaradacaqdır. 2.Müvəqqəti hökümət milli ordunu yaratmalıdir. 3.Müvəqqəti hökümətin hüquqşünas və mütəxəssislərdən ibarət məclisi Güney Azərbaycan Cumhuriyyətinin Ana Yasasını (Konstitusiya) üç aydan gec olmayaraq tənzimləməli və Ana Yasanın təsdiqi üçün ümumxalq referenduma qoymalıdır. 4.Ana Yasa (Konstitusiya) referendum yolu ilə təsdiq olandan üç ay sonra isə Prezident və Milli Məclis seçkiləri ümumxalq səsvermə yolu ilə demokratik şəraitdə keçirilməlidir. 5.Prezident və Milli Məclis birlikdə dövlət kabinetini təşkil etdikdən sonra Güney Azərbaycan İstiqlal Partiyası dövləti təhvil verməlidir. <big>Azərbaycandan kənarda yaşayan azərbaycanlılar haqqında:</big> 1. Azərbaycanlıların yaşadıqları Tehran və onun ətraf ərazilərində müstəqil ikidilli (fars və türk dilli) cumhuriyyət olmalıdır. 2. Azərbaycandan kənarda (bugünki İranın başqa bölgələrində) yaşayan Azərbaycan türklərinin hüququnun təmin edilməsi üçün Güney Azərbaycan bağımsız Cumhuriyyəti əlaqədar dövlətlərlə diplomatik və iqtisadi əlaqələrini tənzimləyəcəkdir. 3. GAİP Qaşqay türklərinin muxtar dövlətləri olmasını tələb edir. 4. GAİP Türkmən cumhuriyyətinin yaradılmasının tərəfdarıdır. '''<big>Partiyaya üzvlük şərtləri:</big>''' 1. Platformanı qəbul edən şəxslər bu partiyaya üyə olmaq üçün ərizələrini yazılı olaraq göndərə bilərlər. 1.1. Şah rejimi və İran İslam cumhuriyyətinin güc orqanları ilə əməkdaşlıq edən şəxslər bu partiyaya üyə ola bilməzlər. 1.2. Cinayət işləmiş, əxlaqsız və opportunist şəxslər bu partiyaya üyə ola bilməzlər. 1.3. Başqa siyasi təşkilatlarda üzv olanlar yalnız o təşkilatlardan ayrilmaq şərtilə GAİP-a üzv ola bilərlər. 2. Ərizədə ad, soyad, atasının adı, doğum yeri, doğum tarixi, şəkil və bioqrafiya qeyd olunmalıdır. 3. Təftiş Komitəsinin rəyi nəticəsində üyəlik qəbul və ya rədd oluna bilər. 4. Güney Azərbaycan İstiqlal Partiyası ancaq Güney azərbaycanlılardan üye qəbul edir. 4.1. Azərbaycanın torpaqlarından kənarda yaşayan Güney azərbaycanlılar dünyanın harasında yaşamaqlarından asılı olmayaraq GAİP - na üyə ola bilərlər. 4. 2. Güney Azərbaycandan olmayan azərbaycanlılar ancaq fəxri üyə ola bilərlər. 4. 3. Fəxri üyələrin səsvermə hüququ yoxdur. '''<big>Üzvlərin hüquqları:</big>''' 1.Üyələr müzakirə, təklif və səsvermə vasitəsilə partiyada fəaliyyət göstərirlər. 2.Üyələrin hamısının seçib və seçilmək hüququ var. '''<big>Üzvlərin vəzifələri:</big>''' 1.Üyəlik haqqı vermək. 2.Partiyanın istəklərini gərçəkləşdirmək üçün fəaliyyət göstərmək. 3.Partiyanın Nizamnamə və disiplininə tabe olmaq. 4.Verilən məsuliyyət və tapşırığı layiqcəsinə yerinə yetirmək. '''<big>Disiplin:</big>''' GAİP -nın Nizamnaməsini pozan üyələr disiplin komitəsi tərəfindən araşdırılır və barələrində qərar çıxardılır. Disiplin komitəsinin qərarları, üzviyyətin müvəqqəti dondurulması və ya üzvün kənarlaşdırılmasından ibarətdir. '''<big>Qurultay:</big>''' 1.Güney Azərbaycan İstiqlal Partiyasının ən yüksək qərarverici orqanı qurultaydır. 2.Qurultay üzvlərin və ya üzvlərin qurultay üçün seçdiyi nümayəndələrin 2/3 – nin iştirakı ilə rəsmiləşir. 3.Qurultayın qərarları iştirak edənlərin 2/3 – si lehinə (müsbət) səs verdikdə rəsmiləşir. 4.Qurultay 2 ildən bir çağrılır. 5.Ekstrimal vəziyyət yarandığı təqdirdə idarə heyətinin 2/3 – nin tələbi ilə fövqəladə qurultay çağrılır. '''<big>GAIP Mərkəzi şurasi tərəfindən:</big>''' 05.12.2004. '''[email protected]''' '''www.gaip.org''' '''www.gaip.biz''' Tell: 001 416 910 8049 == sözcüsü == [[File:Saleh gaip xeber.jpg|thumb|Saleh gaip xeber]] Gaip partisinın sözcüsü Saleh Ildırım Culfa rayonun əski kəndlərindən olan Gərgər kəndində doğulub və orada böyüb. GAİP partisi ancaq Güney Azərbaycanın istiqlalın düşünür. http://www.gaip.biz/index.php/musahib/366-partiyamzn-n-qsa-stratejisi-bagmsz-gueney-azrbaycan-n-uzun-stratejisi-is-turand == GAİP Qadın Qolu == Yabançı və Ərəb qaynaqlarından ortaya çıxan tarixi gərçək budur ki, İslamı qəbul edənə qədər Türklərdə QADIN bərabərhüquqlu və azad idi. Məhz bundan, yəni biz Türklər Şəriət bataqlığına yuvarlandıqdan sonra özəlliklə iki gözəl adetimizi itirmişik k,i bunlardan biri də "qadına sayğı"dır. Azərbaycan tarixi də, ümumi türk tarixinin tərkib hissəsi olduğundan bu məsələyə ümumtürk miqyasında yanaşacağıq. Diqqət etsək 7-8-ci əsrlərdə əksər Türk dövlətlərinində hökumetin Qadın Hökmdarlarla idarə oldunduğunu görə bilərik... Əski Türklərdə, özəlliklə Şamanlıq dönəmində, qadınlı kişilii dini toplantılar keçirildiyi, eyni yerdə birlikdə ayinlər düzənləndiyi, toplantıya qatılanların bir dairə halında yerə oturduqları, qadın və kişilərin mövqe və yaşlarına görə sıralandıqları görünməkdədir. Yakutlarda ‘Isıah’ denilən ayinlərin keçirildiyini və bu ayinlərdə qadınların və kişilərin əl-ələ tutuşaraq meydana gətirdikləri dairədə "hü hü" deyərək rəqs etdikləri, birlikdə qımız içdikləri və dini mərasimi yürütdükləri tarixi qaynaqlarda açıq görünən gerçəklərdir. (Ahmet Yaşar Ocak, Bektaşi Mənaqibnamələrində İslam Öncəsi Motivlər, 125.s.) Qeyd edim ki, qadınlı kişili bu cür toplantılar, mərasimlər İslamın qəbulundan sonra bir sürə davam etmişsə də, get-gedə yox olmuşdur... Buxaranın Ərəb orduları tərəfindən işğalını anlatan Ərəb qaynaqlarından görmək olur ki, Orta Asyadakı bir çox Türk Dövlətlərində qadın, dövlət başçısı vəzifəsində belə çalışmışdır. Misal olaraq deyə bilərəm ki, Buxara o ərəfədə, yəni 8-ci yüzildə Toksan adındakı bir Xatun Sultan tərəfından yönətilməkdəydi... Başqa tərəfdən baxanda, 720-ci ildə Gül Tegin və Tonyukuk, 734-cü ildə Bilgə Xan şərəfinə yazılan Orxon Kitabələrindən görünür ki, əski Türklərdə qadın, siyasal, sosial və ekonomik sahələrdə geniş azadlıqlara sahib bir varlıqdır. Xatırladım ki, Bilgə Xatun (Gül Teginin anasıydı) dövlət yönətimində çox başarılı işlər görmüşdür (Günsəli Özqaya Tutsaklıktan Özgürlüğə, Qadınların Savaşı 157,158.s.). Bəlazurinin "Fütüh Ül-Buldan" adlı əsərində, Ərəb ordularının Buxaraya etdiyi hücumlar zamanı, şəhəri müdafiə edən və onlara qarşı savaşan Buxaranın rəhbəri Kınık Xatunun necə son dərəcə dəyanətli və idarəli birisi sahib olduğunu dönə-dönə söyləyir. (Dr. Zəkəriyyə Kitabçı, "Müslüman Arap Ordularında Çarışan ilk Türkler” Diyanət Dərgisi cild XII, sayı 4, s.239-244) X Əsr: Əl-Bəlxinin yazılarında Türk qadınının azadlığı məsələsi Onuncu əsrin tanınmış səyyahı və tarixçisi əl-Bəlxi, "Kitabül Bad" və "Və’t Tarix" adlı əsərinin bir bölümündə, o dönəmin Türk ölkələrindəki qadın azadlığı ilə bağlı məqamları söyləyərkən, özəlliklə də Müaviyənin oğlu Yəzid zamanında Buxarada hökm sürən Xatun Sultandan bəhs edərkən Türk qadınının mədəni sahədə üstünlüyünü heyranlıqla anlatmaqdadır... Burada Yəzidin Xorasana vali olaraq göndərdiyi Zəyyad ibn Əbihinin oğlu, Orta Asiyada Ərəb işğallarını genişlətmək üçün hücumlar təşkil edərkən, Buxarada dövlət idarə edən Xatun Sultan, bu hücumlardan qorunmaq məqsədiylə, başqa bir Türk ölkəsinin hökmdarı Tarkandan yardım istəmiş və elə bununla bağlı da ona evlənmə təklif etmişdir. XII Əsr, İbn Cübeyr... "Türk ölkələrində qadına göstərilən sayğı başqa heç bir yerdə yoxdur" 12-ci əsrin tanınmış tarixçilərindən İbn Cübeyr, 1183-1184 illərdə Misir, İraq, Suriya və bir çox Yaxın Şərq ölkələrinə etdiyi səyahətləri anlataraq Türk qadınının cəmiyyətdə önəmli yerini və dəyərini açıq aşkar qabardır. Belə ki, o, Xorasan valisi Tuquş Şah ilə birlikdə Kəbəni ziyarətə gedən Əbül Mükrim Təşdiqinin yanındakı Türk şahzadələrindən söz edərkən, bütün Ərəb ölkələrini dolaşdığını, İraqdakı Abbasi xəlifələrini ziyarət etdiyini, Səlahəddin İmperaiyasını gəzdiyini, fəqət heç bir yerdə Türk ölkələrində olduğu kimi qadına dəyər verildiyinə şahid olmadığını söyləyir. (İbn Cübeyr Səyahətnamə adlı kitabın yazarıdır. Kitabın İngiliscə tğrcüməsi bax: İbn Jubayr, The Travels of İbn Jubayr.) XIII Əsr, bütün dünyada tanınmış Qərb səyyahı Marko Polo, Türk qadınının azadlığının şahidi... 13-cü əsrdə Türk ərazilərini dolaşan Marco Polo, Amu Dərya çayının yuxarılarında şimal-şərqində, "Böyük Türküstan" deyə adlandırdığı yerləri ziyarət edərək Türk hökmdarlarının qızlarından söz edərkən belə deyir: "Prenses elə güclüdür ki, bütün ölkədə onunla baş edəcək oğlan tapmaq çətindir. Çünki kim qarşısına çıxmışdırsa, hamısını müxtəlif yarışmalarda məğlub etmişdir. Hətta atası onu evləndirmək istədiyi halda o buna razı olmamış və öz bəyəndiyi birini tapana qədər heç kim ilə evlənmək niyyətində olmadığını açıqca atasına bildirmişdir. Bu səbəbdən atası ona yazılı olaraq, evlənmək məsələsində azad olduğunu, onun bu istəyini politikaya qurban verməyəcəyini söyləmiş və bu həddə azadlığa sahib bir qadın da təbii ki, ölkənin dörd bir yanına xəbər salaraq gənc dəliqanlıları, özüylə hərbi yarışmalara çağıraraq yalnız məğlub olacağı oğlanla evlənəcəyini bildimişdi. (The Adventures Of Marco Polo, New York, 1948, 179, 181. s.) Maraqlıdır, qərb yazarları arasında Marko Polo kimi Türk qadınının azad həyat tərzinə, müstəqilliyinə, xaraktercə mükəmməlliyinə heyran qalanlar çoxdur ki, Rikoldo di Morte Groke bunlardan biridir. Bu tanınmış yazarın əsərlərini oxuduqca anlaşılır ki, Türk ölkələrində, əsasən də Səlcuq dövlətində hakim olan adət-ənənələr ərəb ölkələrindəkindən çox fərqlidir və bu fərqlilik, özəlliklə Türk qadınının toplumdaki üstün dəyəri və yeri ilə bağlıdır. (Pre-Ottoman Turkey, 1076-1330, 153.s.) Qısaca bildirim ki, Türklərdə qadının bu üstün mərtəbədə tutulduğu dönəmlərdə Qərb dünyası da eynən ərəb dünyası kimi, qadını ikinci plana atmışdı. Çox qərb ölkələrində belə bir adət vardı ki, əri süfrədə yemək yeyərkən, xanım ayaq üstə gözləyər, ona xidmət edər, tez-tez ərinin ayaqlarını öpər, ama bütün bu fədakarlıqlara baxmayaraq yenə də zülmdən qurtula bilməz, alçaldıcı bir həyatını yaşamağa məcbur qalardı. Bu durumların özəlliklə Koloniya və Normandiya kimi yerlərdə çox geniş yayıldığını və aparılan mübarizələrə, dövlətin işə qarışmasına rəğmən yüzillər boyunca davam etdiyinin şahidi oluruq. Cüveyninin qələmindən Türkan Xatun və Raziyyə Sultan örnəklər... 13-ci əsrin tanınmış yazarlarından olan Malik Cüveyni, "Tarixi Cahan" adlı kitabında Çingiz Xan ailəsindən söz edərkən Türk qadınının bacarıqlarını tərifləyir. Özəlliklə Türkan Xatunun dövlət işlərindəki təcrübəsini, məğrurluq duyğusunu(örnek, əri Sultan Osmanın ona sayğılı davranmamasından Sultan Mehmedə çəkinmədən şikayət etməsini) heyrətlə söyləyir ki, bu çox maraqlı bir məqamdır... Yenə Cüveynidən maraqlı məqamları oxucunun diqqətinə çatdırım ki, Elxanilərin 13-ci əsrdı İslam dininiı qəbul etmələrindən sonra, keçmiş Türk adət-ənənələrinə və özəlliklə qadına sayğı dəyərlərində geriləmə dönəmi başlamışdır. Elə Raziyyə Sultan misalı buna aydın sübutdur. Gerçəkdən də Raziyyə Sultan, 1236-1240 illərində Dehli taxtını işğal etmiş, atası İltutmuş*, bütün məsləhətçilərin etirazlarına baxmayaraq, onu vəliəhd təyin etmişdir. İltutmuşun ölümündən sonra saray əhli, dövlətin bir qadın tərəfındən idarə edilməsini istəməmiş və taxta İltutmuşun oğullarından birini, Rüknuddin Firuzu gətirmişdir. Ancaq bu hökümdarın pis idarəçiliyi üzündən dövlət çevrilişi baş vermiş , xalq ordu ilə birləşib Raziyyə Sultanı taxta çıxarmışdır. Raziyyə dönəmində, Dehlidə fövqaladə şəkildə gözəl bir idarəçilik mövcud olmuşdur. Çox maraqlı bir məqamı qeyd edim ki, son dərəcə ağıllı, geniş dünyagörüşlü olan Raziyyə xanım, qadınların azadlığını təmin etmək məqsədi ilə, hər şeydən öncə çadra və qapalılığı aradan qaldıraraq, özü bu addımı birinci olaraq atmışdır. Onun özü hər şeydə ilk addımları ataraq məmləkət qadınlarına örnək olur, beləcə də gətirdiyi yeniliklərin qarşısında kimsə dura bilmirdi. Məsələn, o, səltənətinin ən parlaq dönəmində qadın paltarıyla deyil, sərbəst kişi qiyafətində görünürdü. Beləcə o, öz azad davranışı ilə, insanın, özəlliklə də qadının geri düşüncəli adət-ənənələrə kölə olmamasını topluma aşılayırdı. (Cüveyninin yuxarıda misal çəkdiyimiz kitabı İngiliscəyə The Hisitory of the Word Conquieror olaraq çevrilmişdir. Yuxarıdakı hissələr üçün bax: Vol. I, 465 və s.) *Şəmsəddin İltutmuş (1210-1236) Bağdad xəlifəsi Müstansir Billah tərəfindan rəsmən tanınan Hindistanın ilk müsləman-Türk hökmdarıdır. Nəticə olaraq bunu deyə bilərəm ki, islamdan öncə Türk qadını, bir çox ölkələrin - Çin, Fars, Roma qadınından da artıq hüquqlara və azadlıqlara sahib idi. Məsələn, Roma hüququnda qadın, öz malına sahib deyildi, yəni mülkiyyət hüququ yox idi və bu səbəbdən də vəsiyyət haqqı verilmirdi. Roma huququ qadını şüurlu saymır, doğuşdan əqli nöqsanlı olaraq qəbul edir, dul qadınların evlənməsəini yasaqlayırdı. Qısası, Roma qadını Yustiniyan dövrünə qədər tam bir əsir hayatı yaşamışdır... Çində yeni doğulan uşaq əgər oğlandırsa bahalı qumaşlara, qızdırsa sadə bez parçalarına sarılırdı... Fars adətlərinə görə sevdiyi bir oğlanla evlənən qadın günahkar sayılırmış. Hətta qanları pozular deyə, axmaq bir məntiqlə qardaşın bacıyla məcburi evlənməsi qədim farslarda bir adət idi! Eynı şəkildə ərəblərın qız uşaqlarını diri diri basdırmaları acı bir gerçəkdir.... Bəhs etdiyimiz dönəmlərdə Türklərdən başqa bütün millətlər arasında qadın olmaq, qız uşağına sahib olmaq şərəfsizlik, aşağılıq, şanssızlıq sayılmışdır. Misal çəkdiyimiz bütün dönəmlərdə adətimiz üzrə Türk qızlarına, xanımlara, toplumun şərəfli bir fərdi olarak güvənilmiş ki, bu məsələ - Türk qadınının toplumda belə sayğın mövqeyi, məhz üstün Türk xarakter və kültürünün yüksək dəyərinin göstəricisidir... == GAİP Manifestosu == GÜNEY AZƏRBAYCAN İSTIQLAL PARTISININ MANİFESTOSU - ENDİRİN http://gaip.biz/index.php/7-xbr/2434-gueney-azrbaycan-istiqlal-partisinin-manifestosu-endirin http://www.gaip.biz/index.php/kultur/2667-gaip-manifestosu-douenload-edin == Urmu Gölü == [[File:Guney azerbaycan urmu golu.jpg|thumb|Add caption here]] URMU GÖLÜ SIYASI SƏBƏBDƏN QURUDULUR Ekolojistlərin apardığı tədqiqata görə geçən 27000 ildə, Urmu Gölü bütün hava dəyişmələrilə yaşayıb hər hangı quruma əlamətləri görünmemışdir. Bu faktı nəzərə alaraq son neçə ildə sur'ətlə qurumaqda olan Urmu Gölünün səbələri xususi diqqət tələb edir. Fars işqal hakimyətinin iddiaları, Urmu Gölünün qurumasına sebeb olaraq, quraqlıq və yağışın olmamasını göstərməğe çalışır. Ancaq, bu həqiqətdən uzaq və gerçek səbələri ort-basdi etməkdən başqa bir idea deyildir. Eslində gölün quruması quraqlıq donəmindən daha sonralar başlamışdir. Yə'ni, son 10 ildə Yağış əskidən olduğu kimin normal halında olduğuna rağmen Urmu Gölü gözlənilməz vəziyətdə sur'ətlə qurumaqdadır. UNDP 1998ci ildən Urmu Gölü və bataqlarının haqqında projələr hazırlayıb və İran adlanan olkənin təbi'ət və çevrə qoruma nazirliğinə təqdim etmişdir. UNDP(United Nations Development Programme) BirləşmişMillətlər İnkişaf Proqrami'dir. UNDP'nin pılanı Təbi'əti qorumaq ekosistemin balanslı saxlanması, su axari ve dolanişini (water cycle) və yeşilliği insanın artimi və teknoloji gəlişiminə uyqun sağlamaqdan ibarətdir. UNDP, 18 June 2003də, İran adlanan yerdə suluq yerelərin (WPA),idaresi üçün, 13,607,400 ABŞ doları o zamankı İran beynelxalq elaqəri nazriliğinin çevrə qoruma direktoru Bozorgmehr Ziaran'a təqdim edərək, sulu yerleri o cümleden Urmu Gölünü qoruma tələbində olmuşdur. Əlbette bu tələb və yardım onunla məhdudlaşmir, bəlkə 2007ci ilə qədər dəvam edən bu projenin gerçekleşməsi üçün, UNDP tərəfindən İran'a 61 milyon dolar fond daverilmişdir. UNDP'nın bu haqda senedləri burda http://gefonline.org/projectDetailsSQL.cfm?projID=1145 da muvcutdur. İran işqalçı rejimi, bu pullari aslada öz yerinde işletmemişdir, ve tərsinə olaraq, Urmu Gölünə gedən sularin onündə sədd ve baraj tikərək sularin gölə axışını da kəsmişdir. Aparılan araşdırmalara görə Urmu Gölünə gedən sularin onundə 60 səd ve baraj tkilib. Bu 60 sed'dən 40 səd hazır vəziyətə işlər durmunda, və Urmu Gölünə dokulən suları bu sədlərə yönləndirərərk 2 milyard metre kubikdən artiq su, həmən sədlərin arxasinda saxlanilimaqdadir. Sədlərin suyun tə'min etmək üçün gölə axan sularin kəsilməsi və şidətlə azaltılması nəticəsindəUrmu Gölü qurumaqdadır. Demek ki, Urmu Gölü rəsmən və bilərəkdən Fars hakimiyəti tərəfindən qurudulmaqdadır. Əlbəttə də bu təsadufi değildir, bəlkə, Fars ırqçılarının uzun mudətli Azərbaycan Türklərinə qarşi uyquladığı projenin bir parçasıdır. Və belə oldğu halda Urmu Gölünün qurumasi təbii göstərilsə də ancaq sun'i və bəlli anti Türk siyasətinin məhsuludur. Rıza Pəhləvi kodeta yoluyla hakimiyəti qəsb etdiğindən bəri sistemli əritmə və Farslaşdırma siyasətini başlatmiş və büğün də dəvam etməkdədir. İran adlanan qondarma coğrafidə, Türklər çoxunluqda olduqları üçün Fars mərkəzli hökümətə ciddi təhdid sayılır. Özəlliklə də Güney Azərbaycan'la Azərbaycan'ın quzey və Türkiyə ilişgilərin kəsmək, hər zaman Fars ırqçı rejimlərinin ön pılanında olmuşdur. Lenin, Azərbaycan işqalı və İstalin'in Azərbaycan əlifbasını latindən kirilə çevriməsi də Quzey Azərbaycan'ın Güney və elcə də Türkiyədən ilişgisini kəsmək məqsədi daşıyırdı. İstalin'in bu əməli eyni zamnda, İran mərkəzi hökümətini belli ölçüdə,Güney Azərnbaycan'a Quzeydən gələcək etgidən uzaq tutmuşdu. Ancaq Güney Azərbaycan'ınTürkiyə ilə ilşgilərinin kəsilməsi Azərbaycan Türklərının əritməsini rahatlaşdiracağına inanan Farslar,Qərbi Azərbaycan'da Fars və kürd'ləri yerləşdırmğə başlamışdır. İraq'dan gəlmə kürdlərin Sənəndəc şehrine değil də Urmu'da yerləşdirildiği, bu məqsədlə olmuşdur. 80 ildən aşqin muxtəlif taktiklərin yenilgiyə uğardıqdan sonra, Fars işqalçılarıAzərbaycan'lıları öz doğma tapraqlarından köçtürməni pılanlaşdırır. Əlbəttə buköçtürmə zorunan mümkün olmadığı üçün Fars rasistləri Azərbaycan'in təbi'ətinipozaraq yaşanılmaz vəziyətə gətirərək, Azərbaycan'lıların köçürülməsini sağlamaq fikrindədəir. İran məcilisndə bu məsələ açiqca fars nümayəndələrinin dilindən deyilməsi də təsadüfi deyildir. Urmu Gölünün qurudulması Azərbaycan Türklərinə uyqulanan əritmə siyasətinin dəvaminda köcürtmə siyasətinin başlanışıdır. Bəzi soydaşlarımız, Urmu Gölünüsadəcə bir ekolojik məsələ kimin göstərib və hətta siyasi milli dəvamizdan ayrı vebir təbi'i fəlakət kimi yanaşmani tovsiyə edirlər. Bir halda ki Urmu Gölü qurumur, bəlkə qesd ile qurudulur. ''Türk sorununu'' həll etmək üçün qurudulur. Varlığımızı muqavimətsiz və rahtca talamaq üçün qurudulur. İran ərazi bütünlüğünü qorumaq üçün qurudulur. Azərbaycan Türkünü yox etmək üçün qurudulur. Türkdünyasının birləşməsini önlemek üçün qurudulur. Fars hakmiyyətini qorumaq üçün qurdulur. Türkləri didərgin salmaq üçün qurudulur. Türk topraqlarına sahib çixmaq üçün qurudulur. İşqal altında olan millətlərin tale'i bundan fərqli olmaz. İşqal altında olanın varlığı çapilar, toprağı talanar, dili yasaqlanar, mədənlərisökülər, adı dəyişdirilər, təbi'əti dağıdılar, Gölü suyu, çayı qurudular və bir sözdə işqalçı istədiyini edər. Tale'ini başqaları yazan insanların a'qibəti bundan başqadeğildir. İşqalı dəf etmədikcə də bu acı tale'ə məhkumdur. Bu səbədən də Fars əsarətindən qurtulmadığmız sürədə daha da çox fəlakətlər bizi gözləyir. İran İşqalçı rejimi, milyarlar dolar xərc edib ve 4 tünel vuraraq Kərxə və Karun (Ərəb çaylarindan)su gətirib Qum'da mollalara sun'i dəniz yaratmada ikən UrmuGölünün önündə seddlər tikərək və gölə axan suları kəsərək onu qurutmaqadadır.O sədlər öz özünə mi tilikdi, ya o sədləri bəlli məqsədə görə tikənlər var? Sədlər təbi'i hadisə sonucu mu yarandı, ki gölün qurması da təbi'i məslə olsun? İran məclisi Tacikistan'dan Kirman'a su gətirməyə plan və büdcə ayırdığı halda Urmu Gölünü qurutmağa büdcə ayırmaqdadır. Bu anti Türk ve anti Azerbaycan siyasətini aydınca görə-görə onu təbi'i məsələ adlandirmaq doğru mu? Urmu Gölünü təbii məsələ hesab edənlər, onun həlli üçün də beynəlxalq təşkilatlara muraciət eədib, bu orqanları bilgiləndərərək gölu nəcat verməyəçalışırlar. Daha əvlədə vuraquladığmız kimi, Beynəlxalq təşkilatlar bu msələniönləmək üçün 1998ci illərdən həm xəbrdalq verib həm də büdcə ayırmışlar, ancaq İran tərəfindən heç bir önləm alınmayıbdır. Bu məslənin çüzümü, Azərbaycan millətinin eli ilə olacaqdir, başqa yollar sadəcə iş görünür kimi görünməkdən başqa bir şey değildir. Araz və ya Xezər'dən su gətirilməsi kmi haşiyə sohbətlərlə də sadəcə zaman itirmiş oluruq. Göl qurumaqda ikən onu tə'min edəcək su sədlərinarxasında saxlanılır. Urmu Gölü quruduqda milyarlar ton duz bölgəyi bürüyəcək. Bu Duz sunamisisadəcə Güney Azərbaycan'ı değil bəkə Quzey Azərbaycan, Türkiyə, İraq və hətta daha uzaqları da zəhirləyəcəkdir. Milyonlar insan didərgin və miyonlar hiktartopraq yaşanılmaz halə gələcəkdir. Faci'ə təxmin edildiyindən dahda böyükdür. Bufaci'əni önləmək üçün ilk atdım, sədləri açmaqla ve arxasında saxlanılan 2.5 milyar metrə kubik soyu ve eləcə də o sədlərə gedən suyu yenidən Urmu Gölünəyönləndirməkdir. Bu da sadəcə Azərbaycan xalqının iradesindən asılıdır. Çünkü, İran Fars İşqal Hakimiyyəti bu sədləri açmaq istəmir, ancaq biz birləşsək o sədləriaçdırar və ya açarıq. Məhz buna görə də xiyavanlara tökülüb, ''sədləri sındırın''şuarı verilir. Rejim sədləri açmadığında, bu şuar ''sədləri sındıraq Urmu Gölün dolduraq''a dəyişəcək, və sədləri sindirmağa gedəcəyik. O gün təkcə sədlər değil,bəlkə Fars işqalını da sındırıb, Fars hakimiyətini yıxıb, və öz bağımsız dövlətimizi də qurcayıq. Bütün bu faciələri durduracaq təkcə millət və miilətin iradəsilə qurlacaq milli dövlətimiz olacaqdır, vəssəlam. Nəticədə Farslarin tərəfindən bizə təhmil olan bütün faciələrə son qoymuş olacayıq. Bu nədəndən dolyı beynəlxalq təşkilatlara müracətlə yanaşi əsas mubarizəmiz, Günüy Azərbaycan'ın xiyavanlarında Fars işqalına qarşi olmalı və bu istiqamətdə millətimizi səfərbər etmeliyik. Sədləri açmalı və önümüzdə tikilən bütün sədləri aşmaliyiq. Bunu da məhz biz özümüz etməliyik. Bizdən başqa kimsə bizi qurtarmayacaqdır. Güney Azərbaycan İstiqlal partisi, 30 Oktiyaber 2011 www.gaip.org www.gaip.biz [email protected] Tell:0014169108049 == BƏYANAT == 21 AZER MILLI HUKUMƏTIMIZIN 66 CI IL DÖNÜMÜ ILƏ BAĞLI GAİP-IN BƏYANATİ == Xarici keçidlər == https://www.facebook.com/gaip2 http://www.youtube.com/watch?v=sYodlVe6FHU http://www.gaip.biz/index.php/2011-07-05-04-47-42/22-gueney-azrbaycan-istiqlal-partisinin-nizamnamsi http://www.gaip.biz/ www.gaip.org www.gaip.biz [email protected] Tell:001 416 910 8049 == Mənbə == * [http://www.gaip.biz/] {{Güney Azərbaycan-qaralama}} [[Kateqoriya:Güney Azərbaycan partiyaları]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=2248104.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|