Difference between revisions 2381027 and 2381126 on azwiki

'''Basdırma kabab''' ({{lang-hy| Բաստուրմա}}) — Qafqaz xalqları arasında məşhur olan, qoyun, dana, ceyran, ayı və s. ətdən hazırlanan yemək növü.

== Ərzaqlar ==
''Adambaşına''
*300 qram mal əti (can əti)
*1 baş soğan (yarısı basdırma üçün)
*15 qram nar, yaxud 10 qr üzüm sirkəsi
*5 qram kərə yağı
*10 qram cəfəri
*habelə tam üçün istiot və duz
[[Şəkil:Basdırma kabab 1.jpg|right|thumb|260px|Basdırma kabab]]

== Hazırlanma qaydası ==
Basdırma kabab üçün mal əti (can əti) təxminən 35–40 qramlıq tikələrə doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3–4 saat ərzində soyuq yerdə saxlanılır.

Lazım gəldikdə ət tikələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür. Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə soğan, limon, yaxud şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.

[[Kateqoriya:Kabablar]]

[[ar:باسطرمة]]
[[bg:Пастърма]]
[[de:Pastırma]]
[[el:Παστουρμάς]]
[[en:Pastırma]]
[[es:Pastırma]]
[[fr:Pastırma]]
[[hy:Բաստուրմա]]
[[kk:Бастурма]]
[[nl:Pastırma]]
[[pl:Pasturma]]
[[ru:Бастурма]]
[[sv:Pastırma]]
[[tr:Pastırma]]