Difference between revisions 2594807 and 2594826 on azwiki

[[Şəkil:Gay flag.svg|thumb|180px|[[LGBT]] bayrağı.]]
[[Şəkil:TurkishWineLarge.jpg|thumb|180px|Osmanlı minyatür sənətində təsvir olunmuş homoseksual münasibət.]]
'''Homoseksuallıq''' - eynicinslilər arasında yaşanan romantika, eşq və ya cinsi əlaqə. Kişi cinsindən olan homoseksualların geniş yayılmış adlarından biri ''gey'' olaraq xatırlanır. Gey sözü fransız dilində olan gai sözündən yaranmışdır. Bu sözün tərcüməsi şad, xürrəm mənasını verir. Gey sözünün homoseksuallara aid edilməsi isə [[1960]]-cı illərdən başlanılmışdır. Homoseksualizmə həmçinin bəzən seksual partnyor, platonik və sevgi münasibətləri obyekti qismində öz cinsinin nümayəndələrinə verilən üstünlük kimi də tərif verilir. Homoseksualizm - sözün dar mənasında mövcud olan 3 tipik seksual oriyentasiyalardan biridir. Digərləri, biseksualizm və heteroseksualizmdir. Qadın və kişi homoseksuallığı mövcuddur.

== Tarixi ==
Xristian dininin{{mənbəsiz (müddət)|2013|03|09}} hakimiyyətə gəlməsi vaxtından XX əsrin əvvələrinə qədər homoseksualların hüquq və öhdəlikləri cəmiyyətə məlum deyildi. 

Qədim zamanlardan, xüsusən Şərq ölkələrində homosekusallıq günah və cinayət hesab olunurdu. Bütün səmavi dinlər, bu cür cinsi münasibəti qadağan edirdi. Bu səbəbdən mavilərin məskunlaşdığı ərazilərdə, xüsusi nəzarət təşkil olunur və onların cəmiyyətə qarışmasının qarşısı alınırdı. [[Avropa]]da homoseksuallara qarşı nisbət mülayım münasibət göstərilsədə, [[Afrika]] və [[Asiya]] ərazilərinə qeyri təbii davranışların cəzası çox zaman ölüm hökmü olurdu. [[1960]]-cı ildən etibarən mavilərin hüquqları hazırlanmağa başlandı. Onlar cəmiyyətdə seçmək, seçilmək, orduda xidmət, eyni cinsdən olanların evlənməsi kimi hüquqların veriləməsi tələb edirdilər. Uzun müddət aparılan mübarizəyə baxmayaraq, yanız [[2001]]-ci ildə [[Hollandiya]]da mavilərin evlənməsinə rəsmən icazə verilmişdir. [[Hollandiya]]da eyni cinsdən olanlara evlənmək və övladlığa uşaq götürmək hüququ verildikdən sonra, [[Belçika]], [[İspaniya]], [[Kanada]], [[Cənubi Afrika]], [[Norveç]], [[İsveç]], [[Portuqaliya]] və [[İslandiya]]da da oxşar qanunlar qəbul edilmişdir. [[İran]], [[Somali]] və [[Səudiyyə Ərəbistanı]] kimi bəzi ölkələrdə bu tip evlilikləri təşkil etmək ölüm hökmü ilə nəticələnir(contracted; show full)[[ta:நம்பி]]
[[th:เกย์]]
[[tr:Gey]]
[[uk:Гей]]
[[ur:مسدومی]]
[[uz:Gey]]
[[vi:Người đồng tính nam]]
[[zh:男同性戀]]