Difference between revisions 2716081 and 3080299 on azwiki{{tərəfli}} {{Qətl}} '''Abort''' ([[Latın dili|lat.]] ''abortus'' - uşaqsalma) hamiləliyin bir qısa vaxt sonra özbaşına və ya sün'i sürətdə pozulması. Özbaşına abort kəskin və xronik [[infeksion xəstəliklər]], xronik zəhərlənmələr, rezus amili və s. nəticəsində baş verə bilər. Klinik gedişinə görə özbaşına abortun belə formalar var: təhlükəli - qarnın və belin aşağı hissəsində arasıkəsilməyən ağrı, serozlu ifrazat; başlanan - qarnın aşağı hissəsində sancı xarakterli ağrı və uşaqlıq yolunda qanlı ifrazat; yarımçıq - kəskin ağrılar, şiddətli [[qanaxma]], daxili müayinədə uşaqlıq boynunda döl hissələrinin hiss olunması; tam - uşaqlığın döl yumurtasından özbaşına tamam azad olması. Sün'i abort dölə və ya hamilə qadının orqanizminə bilavasitə tə'sir etməklə hamiləliyin pozulmasıdır. Hamiləliyin gedişi qadının sağlamlığı üçün təhlükəli olduqda və s. hallarda müalicə müəssisəsində mütəxəssis tərəfindən sün'i abort edilir. Kəskin süzənək, infeksion xəstəliklər, cinsiyyət üzvlərinin kəskin iltihabı prosesi və s. zamanı, eləcə də ilk hamiləlikdə abort etdirmək olmaz. == Mənbə == * [[ASE]] [[Kateqoriya:Tibb]] {{Link GA|de}}⏎ {{Link FM|hr}} All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3080299.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|