Difference between revisions 3038737 and 3038738 on azwiki

{{Dövlət
|rəsmi_adı                      = İngiltərə
|yerli_dildəki_adı              = England
|qısa_adı                       = ENG
|milli şüar                     = 
|himn                           = Yoxdur
|bayrağı                        = Flag of England.svg
|gerbi                          = Royal Arms of England (1198-1340).svg
(contracted; show full)arədarlara da bu hüquq verildi. Beləliklə, xırda burjiaziyadan əlavə, fəhlələrin yuxarı təbəqələri də səs hüququ aldılar. Böyük Btitaniyanın müstəmləkə işğalları davam edirdi. Avstraliya kəşf edildikdən sonra burada bir sıra ingilis məskənləri salınmışdı. 1851-ci ildə Avstraliyada qızıl mədənləri kəşf edildi. Bütün ölkələrdən, xüsusən İngiltərədən qızıl hərisləri bu qitəyə axışırdı. 1867-ci ildə hökumət Kanadaya dominion (ingiliscə-özünüidarə hüququ alan ölkə) hüququverməyə məcbur oldu.

====20-ci əsr====



1911-ci ildə Lordlar palatasının hüquqları xeyli məhdudlaşdırıldı. Belə ki, İcmalar palatası Lordlar palatasının razılığı olmadan qanun layihələrini təsdiq edə bilərdi. Bəhs edilən dövrdə İngiltərə yenə də dünya ticarətində birinci yerdə gedirdi. London dünyanın maliyyə mərkəzinə çevrilmişdi. Eyni zamanda mühüm istehsal göstəricilərinə görə İngiltərə öz rəqibləri olan ABŞ və Almaniyadan geri qalırdı. Lakin İngiltərə kapital ixracı sahəsində dünyada birinciliyi qoruyub saxlaya bilmişdi. Ingiltərənin öz müstəmləkələrini genişləndirmık cəhdi yeni müharibə ilə nəticələndi. [[Cənubi Afrika]]da Transvaal və Oranj (Narıncı çay) respublikalarının əhalisi olan burlar (holland, fransız və alman mühacirlərinin törəmələri) 1899-cu ildə İngiltərə təcavüzünə qarşı çıxdılar. Şiddətli müqavimətdən sonra burlar məğlub oldular. 1902-ci ilin iyununda sülh müqaviləsi imzalandı. Ingiltərə, bu respublikalarla birlikdə, bütün Cənubi Afrikanın işğalını başa çatdırdı. 1910-cu ildə buradakı respublikalar birləşərək İngiltərə dominionuna çevrilməklə Cənubi Afrika İttifaqını yaratdılar. xx əsrin əvvəllərində İngiltərə-Almaniya ziddiyyətləri kəskinləşmişdi. Bu ziddiyyətlərin əsasını müstəmləkələr uğrunda və hərbi-dəniz sahəsindəki rəqabət təşkil edirdi. 1904-cü ilin aprelində İngiltərə ilə Fransa arasında gizli olaraq [[Antanta]] sazişi yaratdı. Dünyanı yenidə bölüşdürmək üçün İngiltərə, Fransa və [[Rusiya]]nın yaratdığı hərbi-siyasi blok belə adlanırdı) adlandırılan müqavilə imzalandı. Sazişə görə Fransa İngiltərənin Misirdə ağalığını tanıyırdı. Ingiltərə isə [[Mərakeş]]in Fransa tərəfindən işğalını qəbul edirdi.

1907-ci ilin avqustunda Peterburqda İngiltərə ilə Rusiya arasında saziş imzalandı. Bu sazişin bağlanması ilə “Atlanta”nın yaradılması başa çatdırıldı.

====21-ci əsr====

== Coğrafiya ==
İngiltərənin ərazisi meşəlik və dağlıq relyefə malikdir.
(contracted; show full)
{{Böyük Britaniya}}
{{İngiltərə-qaralama}}

[[Kateqoriya:İngiltərə| ]]

{{Link FM|ar}}
{{Link GA|en}}