Difference between revisions 3081437 and 3754922 on azwiki'''Əbu Hənifə''' - Əhli Sünnətin 4 böyük İmaminin birincisi olan İmam-i Əzəm Əbu Hənifə, Hicri 80 (Miladi 699) Küfədə (Bəzi tarixcilərə qörə Kabul-Əfghanistan) anadan olmuşdur. Ən Böyük İmam mənasinda "Əl-İmam Əl-Əzəm" ləgəbi ilə bilinən, Əbu Hənifə Künyəsi ilə Məşhur Əl-Numan bin Sabit bin Numan Zuta əl-Mərzuban Ət Teymi Ət Kufi Böyük Müştəhid və Figh Elmində [[Hənəfi məzhəbi]]nin İmam və alimidir. (contracted; show full) Zəhəbinin nəqlinə görə İmam Əbu Hənifə Atiyyə Əl Avfi, Abdur Rahman bin Hurmuz Əl Arəc, İkrimə, Nafi və Qatədədən də hədis dinləmişdir. Məşhur fəqih Hammad bin Əbi Suleymanın fiqh dərslərində 18 il iştirak etmişdir. Fiqh elmini İbrahim Ən Nəxai, Şabi, Qazi Şureyh, Alqamə bin Qeys, Məsruk bin Əl Əcda kimi böyük fiqh ustadlarından da təhsil etmişdir. == Tələbələri == Kufə şəhərində elm halqaları quran Əbu Hənifənin təxminən 4000 tələbəsi olmuşdur ki, bunlardan qırxa yaxını ictihad səviyyəsinə varmışlar. Onlardan ən məşhuru ikidir və onları Hənəfi məzhəbi kitablarında onların görüşü zikr edildikdə "qavlu imameyni" yəni iki imamın görüşü deyilir. İsimləri belədir: # [[Əbu Yusuf Yaqub bin İbrahim]] # [[Muhəmməd bin Həsən Əş Şeybəni]] Digər məşhur tələbələrdən: Davud Ət Tai, Əsəd bin Amr, Həsən bin Ziyad, Əli bin Mushir, Zufər bin Huzeyl Əl Ənbəri, Afiyə bin Yezid Əl Avdi və Hibban bin Əli. Alləmə Abdullah ibn Mübarək də Əbu Hənifənin elmindən xeyli faydalanmışdır. == Alimlər arasında mövqeyi == Allah Rəsulu – sallallahu aleyhi və səlləm – səhih bir hədisdə buyurur: <blockquote> "Şübhəsiz ki, Alimlər Nəbilərin varisləridir." </blockquote> ⏎ ⏎ Əbu Hənifə haqqında İmam Hafiz İbn Kəsirin "Əl Bidayə Vən Nihayə fit Tarix" adlı kitabında digər alimlərdən nəql elədiyi tərcümeyi – halı: "İmam Əbu Hənifə. Adı, Numan bin Sabit Ət Teymi - onların mövlasıdır - Əl Kufi. İraqın fəqihi, İslam İmamlarından, məşhur böyüklərindən, əsas alimlərdən biri, tabe olunan məzhəblərdən birinin imamıdır və onlardan ilk vəfat edənidir. Çünki, səhabə əsrini, Ənəs bin Maliki görmüşdür. Başqa səhabələri gördüyü də söylənmişdir. (contracted; show full)# [[Tövhid]] vəsiyyəti # Əl Fiqhul Əkbər # Əl Fiqhul Əbsat # Müsnəd {{Şəxs-qaralama}} [[Kateqoriya:İslam]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3754922.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|