Difference between revisions 3083412 and 3671790 on azwiki{{Aydınlaşdırma |mövzu = İldırım |digər mövzu = Təşkilat |digər mövzu səhifəsi = İldırım təşkilatı }} [[Şəkil:thunder.jpg|250px|right]] '''İldırım''' — buludla yer arasında və ya iki müxtəlif yüklü buludŞimşək''' — bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır.<br /> '''İldırım''' — göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan müsbət yüklər yerə, yerdə olan mənfi yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 10-20 min amperə qədər, gərginlik isə 150 milyon voltdan artıq ola bilir. İldırımın işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da [[şimşək]] adlanır. Planetimizdə hər dəqiqədə 500-dən çox ildırım çaxır. İldırım çaxarkən radio, televizor, kompyuter, mobil telefonlardan istifadə etmək doğru deyil. == Mənbə == * Coğrafiya ensiklopediyası (I cild). Eminov Z.N./Səmədov Q.M. == Həmçinin bax == {{Hava}} [[Kateqoriya:Təbiət]] [[Kateqoriya:Fizika]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3671790.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|