Difference between revisions 3092742 and 3092751 on azwiki

{{Dövlət
|rəsmi_adı                      = İngiltərə
|yerli_dildəki_adı              = England
|qısa_adı                       = ENG
|milli şüar                     = 
|himn                           = Yoxdur
|bayrağı                        = Flag of England.svg
|gerbi                          = Royal Arms of England (1198-1340).svg
(contracted; show full)[[Şəkil:Stonehenge2007 07 30.jpg|thumbnail|[[Stounhenc]] abidəsi.]]

İngiltərə tarixinin ən qədim abidələrindən sayılan Stounhencidir. Alimlərin fikrinə görə, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür.

===Feodal era===

===XI-XV əsrlər===
[[1066]]-cı ildə [[Normandiya]] hersoqu Vilhelm 
[[İngiltərə]]ni işğal etdi. Beləliklə, [[İngiltərə]]də mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, [[La-Manş]]ı keçdi. Hastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə [[İngiltərə]]nin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı. [[İngiltərə]] torpağının yeddidə birini özünə götürdü. Nəticədə [[İngiltərə]]də kral hakimiyyəti gücləndi və mərkəzləşmiş dövlətin əsası qoyuldu.

XII əsrdə [[İngiltərə]] kralı II Henrixin islahatları kral hakimiyyətini daha da gücləndirdi. İslahata əsasən hər bir azad adam yerli feodalı xəbərdar etmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. İstintaqı 12 yerli sakin aparırdı. Onlar düzgün istintaq aparmaq üçün [[Bibliya]]ya and içirdilər. İstintaqın nəticəsi kral məhkəməsinə təqdim edilirdi. Beləliklə, demokratik dövlətlərdə olan andlı məhkəmələr yarandı. XII əsrdə kralın hərbi yürüşlərində iştirak etməyə məcbur olan cəngavərlər sonralar krala «qalxan pulu» adlanan xüsusi haqq ödəyirdilər. Kral bu pulla daimi nizami muzdlu ordu saxlayırdı.

[[1265]]-ci ildə [[İngiltərə]]də ilk dəfə [[parlament]] (fransızca «danışmaq» deməkdir) çağırıldı. XIV əsrdə [[parlament]] lordlar (ağalar) və nümayəndələr palatasına bölündü. Lordlar palatasına yepiskoplar, abbatlar, feodallar daxil idi. Nümayəndələr palatasına hər qraflıqdan iki cəngavər, hər iri şəhərdən iki şəhərli seçilirdi.

[[İngiltərə]] cəngavərləri ilə şəhərliləri arasında [[Fransa]]da olan silklər arasındakı kimi kəskin ziddiyyətlər yox idi. Buna görə də nümayəndələr palatası razılıq verməsə, hər hansı bir vergi toplanınası barədə heç bir qanun qəbul edilə bilməzdi. [[İngiltərə]]  [[parlament]]i dövlət işlərinə [[Fransa]] Baş Məclisinə nisbətən böyük təsir göstərirdi. Bunun səbəbi silklər arasında barışmaz ziddiyyətlərin olmaması idi. [[Fransa]]da olduğu kimi, XIII-XIV əsrlərdə [[İngiltərə]]də də mərkəzləşdirilmiş dövlət möhkəmləndi. Bu dövlət formaca silki mütləqiyyət idi.

====Al qızılgül və ağ qızılgül müharibələri====
Yüzillik müharibədən sonra [[İngiltərə]]nin daxilində iki əyan nəsli və onların tərəfdarları arasında hakimiyyət uğrunda müharibə başlandı. Müharibə 30 il ([[1455]]-[[1485]]) davam etdi. Onlardan birinin gerbində al qızılgül, o birinin gerbində isə ağ qızılgül olduğuna görə bu müharibəni al qızılgül və ağ qızılgül müharibələri adlandırırdılar. Bu müharibələrdə əyanlar, demək olar ki, bir-birini qırıb qurtardılar. Vuruşan əyan nəsillərindən birinin nümayəndəsi olan [[VII Henrix Tüdor]] ([[1485]]-[[1509]]) qalib gəldi və [[Tüdorlar sülaləsi]]nin ([[1485]]-[[1603]]) hakimiyyəti başlandı. XV əsrin sonu - XVI əsrin əvvəllərində [[İngiltərə]]də kral hakimiyyəti xeyli gücləndi.

===XVI-XVII əsrlər===
XVI əsrdə mahud istehsalı kəndlərdə də yayılırdı. Varlı adamlar yunu və dəzgahı kəndlilərə verir, kəndli istehsal etdiyi mahudu ancaq ona qaytarırdı. Varlı adamlar ustaları kənddə bir emalatxanaya toplayırdılar. Beləliklə, usta kəndlilər indi varlı adamların düzəltdiyi emalatxanada muzdla işləyirdi. Emalatxanın sahibinə kapitalist, işçiyə isə muzdlu fəhlə deyilirdi. Bu cür emalatxanalar kapitalist manufakturası adlanırdı. Sənətkarlar manufakturalard(contracted; show full)
== İstinadlar ==
{{reflist|3}}

{{Böyük Britaniya}}
{{İngiltərə-qaralama}}

[[Kateqoriya:İngiltərə| ]]