Difference between revisions 3226117 and 3754352 on azwiki{{qaralama-az}} {{Kino sənətçisi |Şəkil = Vivien Leigh Gone Wind Restored.jpg |Şəkil məlumat = |Şəkil miqyası = 200 |Adı = VİVYEN Lİ |Orijinal adı = [[ingilis dili|ing.]] ''Vivien Leigh'' |İlk ad = (contracted; show full) Onlar bir müddət evli olaraq görüşdülər. Bu münasibət düz 6 il beləcə davam etdi və cütlük [[1940]]-cı ilin avqust ayında Santa-Barbarada toy çaldırdı. Məşhur aktyor Lourens Vivyenin aktrisalıq həyatında böyük rol oynayırdı. O, Vivyenin əlindən tutub, Hollivudda keçirilən böyük kastinqə gətirmişdi. 2000 aktrisa arasından seçilən Vivyen "Bütün dünya xalqlarının ən gözəl filmi" sayılan "Küləklə sovrulanlar" filmindən sonra artıq tələb olunan aktrisa oldu və 26 yaşında ilk "Oskar" mükafatını aldı. Bu film Vivyen üçün təkcə mükafatla yadda qalmadı. Onun bir vaxtlar həsrətlə izlədiyi kumiri [[Lesli Hovard]] Vivyen ilə birgə eyni (contracted; show full)cə sağlamlıq və sevgisini qaytarmaq istəyirdi. Larriyə isə evində sakitçilik lazım idi. Vivyen bu ayrılığı çox pis yaşayırdı. Hədsiz alkoqol qəbul edən, siqaret qutularını bir saatın içində boşaldan Vivyen həmin ərəfədə "Arzuların tramvayı" filmində rol almışdı. Vivyen üçün bu rolu oynamaq da əzab idi. O, qəhrəmanının taleyinin necə alt-üst olmasının da dərdini çəkirdi. Gözlənilməz bir hadisə baş verdi. Rolunu olduqca inandırıcı ifa edən Vivyen məhz bu filmə görə ikinci "Oskar"ını aldı. ⏎ ⏎ Xəstəliyi birə-beş artan aktrisaya hələ də evlilik təklifləri gəlirdi. Amma aktrisa Larrinin ona geri qayıdacağına inanır və uzun müddət heç kimlə münasibət qurmurdu. Tənha qalan Vivyen ağlını itirdiyini hiss edirdi. Hətta bir gün təyyarənin illüminatorundan tullanmağa çalışan aktrisanı güclə xilas edib, sakitləşdirmişdilər. 7 ildən sonra Vivyenin şəxsi həkimi aktrisanın vəziyyətini nəzərə alıb, onu təcili xəstəxanaya yerləşdirməyi məsləhət gördü. Nəticəsiz müalicələrdən bezən Vivyen bundan imtina etdi. XX əsrin böyük aktrisası Vivyen Li il yarımdan sonra, 7 iyul, 1967-ci ildə, 53 yaşında yumşaq yatağında, dodaqlarında Larrinin adını pıçıldaya-pıçıldaya gözlərini əbədi yumdu. == Faydasız son peşmançılıq == Hər dəfə televizorda Vivyen Li haqqında yayımlanan verilişləri və filmləri göstərəndə, Larri kanalı çevirir, onun məsum simasına baxmağa ya utanır, ya da vicdan əzabı çəkirdi. "Bu, əsl sevgidir..." deyib, göz yaşlarını silən Larri ömrünün sonuna kimi Vivyenin ölümündə özünü günahlandırdı. Larrinin yeni arvadı onun üçün övladlar dünyaya gətirdi. Amma qadın bilirdi ki, Larrinin qəlbi ona aid deyil. Çünki Vivyen hər gecə Larrinin yuxularında, qəlbində və vicdanında yaşayırdı... == Filmoqrafiya == # [[Küləklə sovrulanlar (film, 1939)]] / Gone with the Wind == İstinadlar == <references/> == Həmçinin bax == == Xarici keçidlər == {{commons}} * [http://vivien-leigh.com Vivien Leigh] * [http://vivandlarry.com Viv & Larry] [[Kateqoriya:ABŞ aktrisaları]] [[Kateqoriya:Oskar mükafatı laureatları]] [[Kateqoriya:Hindistanda doğulanlar]] [[Kateqoriya:Londonda vəfat edənlər]] [[Kateqoriya:Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3754352.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|