Difference between revisions 3236000 and 3790036 on azwiki

{{Vikiləşdirmək}}
[[Şəkil:Glutathione-3D-vdW.png|thumb|Antioksidantlarda atom quruluşu]]
'''Antioksidant''' — orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrdir. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Buna görə də bu [[molekul]]ların daimi orqanizmdə lazımi miqdarda olması üçün antioksidanlı çay, meyvə və tərəvəzdən istifadə edilməlidir.

Orqanizmin normal metabolik fəaliyyəti zamanı meydana gələn və hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikallar ciddi xəstəliklərə səbəb olurlar. Antioksidantar isə zədələnən hüceyrələri qoruyan maddələrdir. Yaş artdıqca orqanizm daha çox sərbəst radikala məruz qalır və daha çox sərbəst radikal ifraz edir. Bununla bərabər, orqanizmin təbii antioksidan istehsalı yaşın artmasıyla azalır. Antioksidant maddələr lazımlı miqdarda qəbul edilmədikdə xərçəng, ürək xəstəlikləri, damarların kirəclənməsi, yüksək təzyiq kimi xəstəliklərə tutulma ehtimalı artır.

== Əsl cavanlaşdırma möcüzəsi ==

Mütəxəssislər sübut etmişlər ki, cavan qalmağın sirri antioksidan maddələrdədir. Həb halında satılan antioksidantların orqanizmə xeyiri olmur. Əksinə, immun sisteminin fəaliyyətinə zərər verir. Həkimlər ondansa təbii üsulla bu maddəni qəbul etməyi tövsiyyə edirlər. Brokoli, qarpız və pomidorda likopen, kuversitin, sülforafen, E ilə C vitaminləri kimi təbii antioksidan vardır.

Antioksidantlar immun sisteminin əsas parçalarındandır. Orqanizmdə olan zərərli maddələr hüceyrə pərdəsinə zərər verir və onların yaşlanmasına, qocalmasına səbəb olur. Antioksidantlar, hüceyrələrə zərər verən sərbəst radikalları təsirsiz hala gətirərək, xərçəng də daxil olmaqla bir çox xəstəliyə və erkən yaşlanmağa səbəb ola biləcək reaksiyaları önləyir və qoruyur.

(contracted; show full)* Xüsusilə siqaret çəkənlər, spirtli içki qəbul edənlər və hamiləliyə qarşı həb istifadə edənlər üçün çox qiymətlidir.
* Qan dövranının yaxşılaşmasına kömək edir.
* Orqanizmdə xərçəngə qarşı mübarizə çəpəri yaradır.

Antioksidant orqanizmimiz tərəfindən hazırlandığı kimi çöldən qida yoluyla da alınır.

== Qida yoluyla alınan antioksidanlar ==
[[Şəkil:Vegetarian diet.jpg|thumb|Tərkibində antioksidant olan məh
szullar]]
[[A Vitamini]]: Ərik, kök, pomidor, portağal, ispanaq, brokkoli, şaftalı, kələm kimi yaşıl-sarı tərəvəz-meyvələr, qaraciyər, balıq, süd və yumurta ən zəngin A vitamini qaynaqlarıdır.

[[C Vitamini]]: Cəfəri, yaşıl bibər, ispanaq, üzüm yarpağı, brokoli kimi yaşıl tərəvəzlər, sitrus bitkiləri, çiyələk, itburnu və albalıda var.

[[E Vitamini]]: Bitki mənşəli maye yağlar, yaşıl yarpaqlı tərəvəzlər, yağlı toxumlar və bunlardan əldə edilən yağlar, taxıl dənələri və quru paxlalılar ən yaxşı E vitamini qaynaqlarıdır.

Flavonoidlər: Soğan, kəvər, kartof, kələm, brokoli, ispanaq, çiyələk, alma, gilənar, albalı, ərik, qara üzüm, qırmızı şərab, sitrus bitkiləri, yaşıl çay ən məşhur qaynaqlarıdır.

Selenium: Tərkibində selenium olan qidalar yetişdiyi torpağın selenium miqdarına bağlı olaraq taxıl məhszullarında və paxlalılarda, ət, böyrək, ürək kimi içalatlarda , balıq və dəniz məhszullarında tapılır.

Sink: ət, süd, pendir, yumurta, dəniz məhszulları və balıq kimi heyvan mənşəli qidaların hamısı sinklə zəngindir. Bundan əlavə bütün taxıl məhszulları, quru paxlalılar, soya paxlası və günəbaxan tumu da yaxşı sink qaynaqlarıdır.

Bir çox bitkilər antioksidant xüsusiyyətli olmaları ilə bizi sərbəst radikallardan və zərərlərindən qoruyur. A, C və E vitamini, beta karoten bizi qoruyan antioksidanlardan ilkincidir. Bunlardan əlavə soenzium Q-10 kimi antioksidanlar da çox tanınır.

(contracted; show full)

Sonda unutmamaq lazımdır ki, insan üçün həyatda özünün və yaxınlarının sağlamlığından dəyərli heç nə yoxdur. Ona görə də hər kəs necə və nə ilə bəslənməsinə ciddi fikir verməlidir. Həmişə təbbii məh
szullarla qidalanmalıdır.

== Xarici keçidlər ==
* [http://help.bizua.com.ua/antioxidant.php Antioksidant olan qid məhsulları]
* [http://www.senescence.info/causes.html Damage-Based Theories of Aging] Includes a description of the free radical theory of aging and a discussion of the role of antioxidants in aging.
* [http://www.ext.colostate.edu/pubs/columnnn/nn000322.html Foods that are rich in antioxidants]
* [http://www.benbest.com/nutrceut/AntiOxidants.html General Anti-Oxidant Actions]
* [http://chemgu.icp.ac.ru/elect/denisov/Chap14/Chap14.htm Antioksidantların fəaliyyət mexanizmi]

[[Kateqoriya:Antioksidantlar]]
[[Kateqoriya:Qida məhsulları]]