Difference between revisions 3304024 and 3304025 on azwiki

'''Pornobiznes''' — dünya iqtisadiyyatının pornoqrafik materiallarla məğul olan [[sənaye]]sidir. Sənayenin spektri filmləri, videoları, qəzetləri, [[internet]]-[[informasiya]] və digər pornoqrafik materiallar olan sahələrini əhatə edir.   

==Tarixi== 
"Pornoqrafiya" anlayışı biznes kimi 1970-ci illərdə formalaşmışdır. Porno materialların istehsallarının artımıyla birlikdə, əsas istehsalçılarından olan ABŞ da daxil olmaqla, bəzi ölkələrdə bu sahə ilə əlaqəli bir sıra şirkətlər quruldu. Xüsusilə, ABŞ iqtisadiyyatı üçün əsas gəlir ünsürlərindən biri oldu. ABŞ-da 1970-ci ildə həyata keçirilən Federal əməliyyatında, məlum olmuşdur ki, bu sahənin gəliri ən azı 10 milyard ABŞ dolları həcmindədir.<ref>President's Commission on Obscenity and Pornography. Report of The Commission on Obscenity and Pornography 1970, Washington, D.C.: United States Government Printing Office</ref> [[1984]]-cü ildən başlayaraq ən yaxşı rejissor, aktyor, operator və prodüserə kateqoriyaları üzrə [[AVN Awards]] mükafatı təqdim edilməyə başlandı. Bu biznes sahəsi bir çox ölkələrdə qadağandır. Bu səbəbdən pornobiznesə qarşı müxtəlif aksiyalar keçirilir.<ref>Don Aucoin, "The pornification of America. From music to fashion to celebrity culture, mainstream entertainment reflects an X-rated attitude like never before" Boston Globe, January 24, 2006</ref>

== İstinadlar ==
{{istinadlar}}

==Xarici keçidlər==
*[http://www.forbes.ru/taxonomy/term/3539 Forbes.ru]

[[Kateqoriya:Pornoqrafiya]]