Difference between revisions 3416835 and 3443772 on azwiki

{{Dövlət
|rəsmi_adı                      = İngiltərə
|yerli_dildəki_adı              = England
|qısa_adı                       = ENG
|milli şüar                     = 
|himn                           = Yoxdur
|bayrağı                        = Flag of England.svg
|gerbi                          = Royal Arms of England (1198-1340).svg
(contracted; show full)

===XVII əsr Ingiltərə burjua inqilabı===
Burjua inqilabı ərəfəsində Avropada başlıca rəqabət İngiltərə ilə Fransa və İngiltərə ilə İspaniya arasında gedirdi. Məlum olduğu kimi, XVI əsrin II yarısında Fransa kralı XII Lüdovikin Avropa diplomatiyası bilavasitə
  İngiltərənin maraqlarına toxunurdu. Lakin  “məğlubedilməz armadanın” süqutundan sonra İngiltərənin Avropa siyasətində rolu artdı.  Belə ki, “məğlubedilməz armadanın” aradan qaldırılması sonrakı 400 illik dövr ərzində  İngiltərənin xarici siyasətində 'kredo' olan belə bir fikrin formalaşmasına səbəb oldu ki, ayrılıqda götürülmüş ingilis donanması 2 güclü Avropa dövlətinin donanmasının gücünə bərabər olmalıdır.Yalnız 1921-22-ci illər Vaşinqton konfransından sonra həmin qayda nisbi dəyişikliyə məruz qaldı.

Tüdorların xarici siyasət xətti XVII yüzilliyin əvvəlləri üçün İngiltərənin dəniz gücünün olduqca artmasına səbəb olmuşdu ki, sonrakı geosiyasət nəzəriyyəçiləri bunu İngiltərənin varlanmasının başlıca faktoru kimi qeyd edirdilər. Stüartlar sülaləsi hakimiyyətə gəldikdən sonra 1603-1614-cü illər arasındakı dövrdə 6 beynəlxalq şirkət təsis olunmuşdu ki, bunlar Qvineyadan Cənub-şərqi Asiyayadək müxtəlif ərazilərə yayılmışdı. İngiltərənin sürətlə varlanması gedişində Siti bankların dövlət siyasətinə təsiri güclənmişdi. Bu bankın ən güclü bankirlərindən biri Pimi kral Pim adlandırırdılar ki, bu şəxs parlament müxalifətinin başında dururdu. 

[[Şəkil:Oliver Cromwell by Robert Walker.jpg|thumbnail|[[Oliver Kromvel]] — Burjua İnqilabının başçısı.]]
1637-ci ildə Şotlandiyada üsyan başladıqdan sonra kral I Karl vəsait əldə edib üsyanı yatırmaq üçün 1640-cı ilin aprelində yenidən parlament çağırmağa məcbur oldu. Lakin cəmi üç həftədən sonra buraxıldığı üçün Qısamüddətli parlament adı ilə tarixə daxil oldu. Ölkədə mütləq monarxiyaya qarşı genişlənən siyasi mübarizə tezliklə I Karlı geri çəkilməyə vadar etdi. Şotland üsyanının yatırılması məsələsində kral parlamentdən dəstək qazana bilmədi. Çünki yeni vergilərin təyin olunması məsələsinə parlament razılıq vermədi.  
 

Şotland üsyanı İngiltərəyə iki tərəfdən ciddi zərər verdi: 
*İngiltərə diplomatiyasının Avropa siyasətində mövqeləri zəiflədi. 
*İkincisi, Şotland üsyanı İngiltərə puritanizminin güclənməsinə ciddi şəkildə start verməklə hakimiyyət elitasında bir sıra dəyişikliklərin əsasını qoydu. Tori və viqlərin yerində yeni parlament partiyaları olan independentlər və presvetrianlar formalaşmağa başladı. 

(contracted; show full)
== İstinadlar ==
{{reflist|3}}

{{Böyük Britaniya}}
{{İngiltərə-qaralama}}

[[Kateqoriya:İngiltərə| ]]