Difference between revisions 3447488 and 3750135 on azwiki{{qaralama}} ilanlar cox qorxaq olduqlari ucun insanlara zerer yetirirler...ilanlarin gozu olmur onlar qulaqlari ile hiss edirler...ilanlar yumurta qoymaqla coxalirlar...yalniz anakonda diribala yolu ile coxalir...Müasir sürünən heyvanların dünyada 6000-dən çox növləri yaşayır. Bu növlərdən 250-i tısbağalar, 3500-i kərtənkələlər, 2700-i ilanlar, 25-i isə yalnız tropik və subtropik iqlimli ölkələrin ərazisində yaşayan timsahlardır. Azərbaycanın herpetofaunası isə cəmisi 54 növ sürünən heyvan növlərindən ibarətdir. Bunların 3-ü tısbağalar, 27-si kərtənkələlər və 24-ü isə ilanlardır. Azərbaycanda Böyük Qafqaz və Talış dağlarında dəniz səviyyəsindən 2500 m. yüksəklikdə yaşaya bilən kərtənkələ (çəmənlik kərtənkələsi, Qafqaz aqaması) və ilanlar (qonur ilan, qalxansifət ilan və s.) vardır. Dünyada, o cümlədən də bizdə zəhərli ilanların sancmasından hər il çoxlu adam ziyan çəkir. Hazırda havaların həddən artıq isti keçdiyi yay aylarında bu təhlükə daha da artıb. Ona görə də, bu yazıda oxucularımıza ilanlar barəsində qısa da olsa, ümumi bir məlumat vermək istədik. Yazının ərsəyə gəlməsində bizə "Zootoksinlər" İstehsal, Elmi Araşdırma Mərkəzinin direktoru, "Herpetoloq" ictimai birliyinin sədri, biologiya elmləri namizədi Təvəkkül İsgəndərov bələdçilik etdi. İlanları öldürmək lazımdırmı? Təvəkkül İsgəndərovun sözlərinə görə, Azərbaycanda zəhərli ilanların, xüsusilə gürzələrin sancması nəticəsində hər il onlarla insan, daha çox sayda kənd təsərrüfatı heyvanları tələf və ya şikəst olurlar. Ümumiyyətlə, zəhərli ilan sancması hallarının 30 faizi ölümlə nəticələnir. Əhali sürünən heyvanların, xüsusilə ilanların həyat tərzləri, davranışları barədə məlumatsız olduğu üçün tez-tez ilan sancmalarına məruz qalır. T.İsgəndərov qeyd edir ki, ilan zəhərinin tərkibindəki toksiki fermentlər müxtəlif cür təsir göstərir. Bunların arasında əsəb sisteminə təsir göstərib iflicə səbəb olan, qandakı qırmızı qan hüceyrələrini, hüceyrə membranlarını dağıdan, qan damarının divarlarını parçalayaraq qansızmaya səbəb olan, qanın laxtalanma qabiliyyətini azaldan və ya artıran fermentlər vardır. "Gürzə və gürzə kimi ilanların zəhəri qan və qan-damar sisteminə təsir göstərərək, qanın laxtalanma qabiliyyətini artırır, ilan dişi ba(contracted; show full)nı, ilanların süni şəraitdə saxlanılmasını elmi əsaslarla həyata keçirmək sahəsində tədbirlər görüldü. "Nəticədə təbiətdən ovlanmış gürzə ilanlarının böyük əksəriyyətinin süni şəraitdə fəal yaşama və məhsul vermə müddəti 20-24 aya, gürzə zəhərinin illik istehsalı 3,5-4 kq-a çatdırıldı. Hər il süni inkubasiya yolu ilə yüzlərlə gürzə balaları əldə edilərək təbiətə buraxılırdı. 1980-cı illərin sonunda Azərbaycanın herretoloyi kombinatı bütün dünya üzrə gürzə zəhərinin 60-70 faizini istehsal edirdi". Lakin mütəxəssis təəssüflənir ki, bu günə kimi Azərbaycanın gürzə zəhərinin dünya bazarına çıxarılması mümkün olmamış və bu istehsal sahəsi hal-hazırda tənəzzül keçirməkdədir. İlan zəhəri məhsulunun rəsmi bazarı olmadığından bu gün Azərbaycanda rəsmi ilan zəhəri istehsalı yoxdur. Gürzələri qorumaq lazımdır "50-70 il öncə gürzə ilanlarının Azərbaycan təbiətində yaşayış arealları çox geniş olmuş, düzənliklərdə, çöllüklərdə gürzələr, necə deyərlər, "mələşərmişlər""-deyə T.İsgəndərov davam edir: "Məşhur fransız yazıçısı A.Düma XIX əsrin ortalarında Qafqaza səyahət edərkən, yerli əhalinin "gürzə" adlandırdıqları ilanların Abşeronda həddən artıq olduğundan, bu ilana qarşı insanlarda olan qorxu hissindən yazırdı. Lakin sonrakı illərdə insanlar "sivilləşdikcə", təbiətə müdaxilə edərək, vəhşi çöllükləri, düzləri mənimsədikcə, ilanları da öz təbii yaşayış areallarından sıxışdırmışlar. Nəticədə, gürzələrin təbiətdə sayları xeyli azalmışdır". Onun sözlərinə görə, gürzə zəhəri tibbi xammal olaraq tətbiq edildikdən sonra isə kütləvi ovlanma nəticəsində bu ilanların təbii ehtiyatına daha çox ziyan dəyib. Ona görə də 1969-cu ildə Azərbaycanda dövlət səviyyəsində gürzələrin təbii ehtiyatının qorunmasına qayğı olaraq bu heyvanların icazəsiz ovlanması qadağan edilmişdir. 2000-ci ildə Milli Məclisin "Heyvanlar aləmi haqqında" qəbul etdiyi qanuna görə də gürzələrin qanunsuz ovlanmasına, saxlanılmasına və zəhər istehsalı məqsədilə istifadə edi(contracted; show full) Zəhərli və zəhərsiz ilanlar Bütün ilanlar zəhərli deyil və günah heç də həmişə ilanlarda olmur. İlanlar yalnız qidalanmaq və özünümüdafiə üçün sancırlar. Bu heyvanlar əsasən ölçülərinə və növlərinə görə bir-birlərindən fərqlənirlər. Uzunluğu 12 metrə, çəkisi 120 kq-a çatan nəhəng anakondalardan tutmuş, 12 santimetr uzunluğu olan soxulcanabənzər kor ilanlara kimi çox müxtəlif ölçülü ilanlar var. Bu barədə T.İsgəndərov deyir: "Dünyada məlum olan 2700 ilan növlərinin yalnız 410-nu zəhərlidir. Bunlara asridlər (kobralar), dəniz ilanları, gürzəkimilər (gürzə, əfi), batıq yanaqlı ilanlar (zınqırovlu və qalxansifət ilanlar) qrurlarından olan növlər aiddir". Onun sözlərinə görə, Azərbaycanda yaşayan 24 növ ilanınsa yalnız beş növü zəhərlidir: Cənubi Qafqaz gürzəsi, Kiçik Asiya gürzəsi, Çöl gürzəsi, Qabarıqburun gürzə və Qafqaz qalxansifət ilanı. (contracted; show full) İlan sancdıqda edilməsi lazım olmayan nəsnələr də var.Diş batmış nahiyədə bıçaq və ya ülgüclə dərin kəsiklər etmək, közərmiş dəmirlə yandırmaq, yaranı marqanslı su ilə yumaq, alkoqollu (srirli) içkilər içmək olmaz. İlan sancmış xəstə hərəkət etməməli, uzanmış vəziyyətdə olmalıdır. Çünki hərəkət edərkən orqanizmdə qan dövranı və onunla bərabər zəhərin yayilmasi suretlenir.... All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3750135.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|