Difference between revisions 3546371 and 3570628 on azwiki{{Alim |Adı = İlyas Həsənov |Şəkil = Doc pic2.jpg |Doğum tarixi = 8 Mart 1982 |Doğum yeri = [[Bakı şəhəri]] |Vətəndaşlıq = Azərbaycan |Elm sahəsi = Tibb | İnvaziv Radioloqiya |İxtisas = İnvaziv Radioloq |İş yeri = Avrasiya Hospital, Medistyle Hospital |Elmi dərəcəsi = Tibb elmləri üzrə fəlsəfə doktoru |Sayt = http://www.ilyashasanov.az/ }} '''İlyas Həsənov''' — Avrasiya Hospitalının baş həkimi və İnvaziv Radioloqu, MediStyle Hospitalın Radiologiya şöbəsinin rəhbəri, İnvaziv Radioloq, Tibb elmləri üzrə fəlsəfə doktoru == Həyatı == Həsənov İlyas Şahsuvar oğlu 8 mart 1982 ci ildə Bakı şəhərində anadan olub. == Təhsil == 1988-1998-ci illərdə [[Bakı]] şəhərinin 249 saylı orta məktəbində təhsil almışdır. 1998-2004-ci illərdə [[Azərbaycan Tibb Universiteti|Azərbaycan Tibb Universitetinin]] 1 ci müalicə proflaktikası fakultəsində ali təhsil almışdır. 2004-2006-cı illərdə [[Rusiya|Rusiya Federasiyası]] [[Sankt-Peterburq]] şəhərində yerləşən Mərkəzi Rentgen-Radiologiya institununda radiologiya üzrə, 2008-2009-cı illərdə isə rentgen-cərrahiyyəsi üzrə ordinatura təhsili almışdır. 24 Noyabr 2010 tarixində [[Rusiya|Rusiya Federasiyası]] [[Sankt-Peterburq]] şəhərində Qaraciyərin metastatik şişlərinin invaziv metodlarla müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Tibb elmləri üzrə fəlsəfə doktoru adını qazanmışdır. == İxtisas artırma == 2008-2009-cu illərdə [[Hamburq]] ([[Almaniya]]) şəhərində Asklepios Klinik Altonada invaziv radiologiya, xüsusən invaziv neyro-radiologiya üzrə ixtisas artırmada olmuşdur. 2009-2010 cu illərdə İstanbul şəhərində yerləşən Başkent Universitetinin xəstəxanasında, Medikal Park xəstəxanalarında invaziv radiologiya üzrə uzun müddətli kurslar keçmişdir. 2010-cu ildə İtaliyanın [[Ferrara]] şəhərində yerləşən Damar xəstəliklər Mərkəzində Professor Paola Zamboninin yanında venoz damarlarda invaziv müdaxilələr üzrə kurs keçmişdir. Beyin damarlarında olan patologiyaların-anevrizma, arterio-venoz-malformasiya, arterio-venoz-fistul, damar daralmaları, damar tıxanmalarının invaziv yolla müalicəsi üzrə ixtisaslaşmışdır. == İş təcrübəsi == 2009-2012 ci illərdə Mərkəzi Gömrük Hospitalının İnvaziv Radiologiya şöbəsinin rəhbəri vəzifəsində işləmişdir. 2012- ci ildən etibarən MediStyle Hospitalının Radiologiya şöbəsinin rəhbəridir. 2015-ci ildən Avrasiya Hospitalın baş həkimidir. == Nailiyyətlər == Dr. İlyas Həsənov Azərbaycanın ilk İnvaziv Radioloqudur. Bir çox invaziv radioloji əməliyatlar Azərbaycanda ilk dəfə məhz İlyas Həsənovun rəhbərliyi ilə icra edilib. Gün etibarilə 8.000-dən çox invaziv radioloji əməliyyat uğurla aparılmışdır. Bunlardan: * Anevrizmaların "Coil" Embolizasiyası * Qaraciyər şişlərinin Kimyəvi Embolizasiyası * Uşaqlıq miomalarının Embolizasiyası * Qanayan şişlərdə (sidik kisəsi, qaraciyər, uşaqlıq) mexaniki Embolizasiya və s. == Elmi nəşrlər == Bir çox elmi məqalələri yerli və xarici jurnallarda dərc olunmuşdur. == Üzvlük == 2007-ci ildən [http://www.cirse.org/ CIRSE] (Cardiovascular and Interventional Radiological Society of Europe) Azərbaycandan ilk və yeganə tam üzvüdür. == Xarici keçidlər == {{commonscat|İlyas Həsənov}} * http://www.ilyashasanov.az/ * http://hospital.medicare.az/index.php?r=hekimler/view/id/2 * http://www.msh.az/view.php?lang=az&menu=doctors&id=7 [[Kateqoriya:Azərbaycanlı həkimlər]] [[Kateqoriya:Azərbaycan həkimləri]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3570628.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|