Difference between revisions 3651858 and 3651859 on azwiki{{Filosof |Adı = Parmenides |Orijinal adı = Παρμενίδης |Şəkil = Parmenides.jpg |Şəkil miqyası = 200px |şəkil məlumat = |Doğum tarixi = m.ö. [[E.ə. 540|540]] |Doğum yeri = |Vəfatı = m.ö. [[E.ə. 470|470]] |Vəfat yeri = |Dövr = Qədim Yunan |İstiqaməti = [[Eleya məktəbi|Elea məktəbi]] |Əsas maraqları = Metafizika, ontologiya |Əhəmiyyətli ideyaları= Hərəkətin inkarı |Sələfləri = [[Ksenofan|Ksenofanes]] |Xələfləri = [[Zenon (Elealı)|Zenon]] |Vətəndaşlıq = |Mükafatları = |İmzası = |İmzanın eni = |Sayt = }} '''Parmenid, Parmenides''' (yun. ''Παρμενίδης'', təxminən m. ö. 540 – 470) — qədim yunan filosofu, Ksenofanın öyrəncisi, [[Elea məktəbi|Elea]] fəlsəfi məktəbinin nümayəndəsi<ref>[http://enc-dic.com/antwriter/Parmenid-334.html Парменид] // Энциклопедия античных писателей</ref>. Parmenides [[Efesli Heraklit|Heraklitin]] müasiri olmuşdur. Onun fəlsəfi çiçəklənmə dövrü m. ö. [[E.ə. V əsr|V yüzilliyə]] təsadüf etmişdir. O, cənubi İtaliyanın Elea şəhərində yaşamışdır. Güman olunur ki, Parmenid öz doğma şəhərində ictimai və siyasi həyatda, xüsusən, qanunların hazırlanmasında aktiv iştirak etmiş, çox hörmətli vətəndaş olmuşdur<ref>[http://enc-dic.com/enc_myth/Parmenid-6615.html Парменид] // Энциклопедия мифологии</ref>. Parmenides '''''“Təbiət haqqında”''''' adlı kitabın yazarı sayılır. Ancaq bu kitabın özü deyil, onun bəzi fraqmentləri dövrümüzə gəlib çatmışdır<ref name=":0">Парменид. Фрагменты. О природе. // Фрагменты ранних греческих философов / Составитель Лебедев А.В.: Наука, 1989, s. 286-298.</ref>. Metafizikanın əsəslarını o qoymuşdur<ref>О’Мара Д. [http://www.nsu.ru/classics/schole/3/3-2-omeara.pdf Трансформация метафизики в поздней античности] // [[Scholae. Философское антиковедение и классическая традиция]]. Т. 3. № 2. 2009. С. 416—432</ref>. == Fəlsəfəsi == Parmenidesin fəlsəfəsi Heraklitin dünyagörüşünə qarşı yönəlmişdir. Onun fikrincə dünya və bütün varlıq heç bir boşluqları olmayan tam '''''hərəkətsiz kürədən''''' ibarətdir<ref name=":0" />. Beləliklə, Parmenides ilk dəfə yerin kürə olması fikrini irəli sürən düşünürlərdən biri olmuşdur. Bu kimi iddialar ondan irəli gəlmişdir ki, Parmenidesin fəlsəfəsində <u>varlıq</u> və <u>yoxluq</u> problemi kəskin olaraq qoyulmuşdur<ref>Парменид. [[:ru:Дильс,_Герман#.D0.A4.D1.80.D0.B0.D0.B3.D0.BC.D0.B5.D0.BD.D1.82.D1.8B_.D1.82.D0.B5.D0.BA.D1.81.D1.82.D0.BE.D0.B2_.D0.B4.D0.BE.D1.81.D0.BE.D0.BA.D1.80.D0.B0.D1.82.D0.B8.D0.BA.D0.BE.D0.B2_.D0.B8_.D0.BD.D1.83.D0.BC.D0.B5.D1.80.D0.B0.D1.86.D0.B8.D1.8F_.C2.AB.D0.BF.D0.BE_.D0.94.D0.B8.D0.BB.D1.8C.D1.81.D1.83-.D0.9A.D1.80.D0.B0.D0.BD.D1.86.D1.83.C2.BB|Фрагмент B 8 DK]].</ref>. Onun fikrincə var olan şey yoxluqdan yarana bilməz. Deməli, var olan şeylər hər zaman mövcuddur. Əks təqdirdə belə çıxır ki, onlar nə vaxtsa olmamışlar. Bu isə imkansızdır. Çünki ''yoxdan nəsə var ola bilməz''. Həmçinin, heç bir şey məhv də ola bilməz. Ona görə ki, bu halda o yenə də yox olmalıdır. Deməli, var olan şeylər hər zaman olacaqdır. Hər bir şey əbədi və sonsuzdur. O formasını dəyişə, bir haldan başqasına keçə bilər, ancaq məzmunca hər zaman var olmaqdadır. Beləliklə, Parmenidesə görə gerçək olan yalnız varlıqdır, yoxluq isə yoxdur və onun haqqında düşünülməz<ref name=":0" />. Yoxluq olmadığına görə yaradılış və məhv olma prosesləri də ola bilməz. Belə deyilsə, onda yoxluq anlayışı ortaya çıxır. Bu isə mümkün deyildir. Yoxluğun mümkün olmamağına görə varlıq hərəkətsizdir və birdir. Hərəkət olsa onda deməli o məhvə doğru getməlidir, bu isə var olan bir şeyi yoxluğa gətirib çıxarar. Ona görə də, hərəkət ola bilməz. Varlıq vahiddir, hərəkətsizdir və sükunətdədir. Çünki, o hissələrdən ibarət olarsa, onlar bir-birindən ayrıla bilər. Bu isə varlığın məhv olmasına gətirərdi. Həm də varlıqda boşluqlar da yoxdur, çünki olsaydı şeylər hərəkət edərdilər. Bununla belə, insan hər şeyin dəyişkənliyini və hərəkətdə olmasını görür. Beləliklə, burada duyğularla düşüncələrin qarşıdurması baş verir<ref name=":0" />. Belə olan halda isə düşüncələrə üstünlük verilməlidir, çünki ''<u>“düşünmək və var olmaq eyni şeydir”</u>''<ref name=":0" />. Beləliklə, Parmenides insanları öz duyğularına inanmamağa çağırmışdır və buna görə də tənqidlərə məruz qalmışdır. Onun fəlsəfəsində həqiqət ''idealizmlə'' əvəz olunur ki, bunu da sonra [[Platon]] inkişaf etdirmişdir. Parmenidesin öyrəncisi [[Zenon (Elealı)|Zenon]] müəlliminin iddialarını müdafiə etmək üçün bir neçə paradoksların (aporiyaların) müəllifi olmuşdur. Parmenidesin təsəvvürlərində dünyanın mərkəzində sevgi tanrıcası [[Afrodita]] durur və varlığı idarə edir. O, ruhları görünən və görünməyən dünyalarda yerləşdirmişdir. Hər şey kişi və qadın başlanğıcların (substansiyaların) qovuşmasından yaranır<ref name=":0" />. == Mənbə == * [[Aydın Əlizadə]]. [http://www.anl.az/el/Kitab/2016/Azf-289695.pdf Antik fəlsəfə tarixi]. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 37-39. == Ədəbiyyat == * [[Adil Əsədov]]. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s. * [[Adil Əsədov]]. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008. * [[Aydın Əlizadə]]. [http://www.anl.az/el/Kitab/2016/Azf-289695.pdf Antik fəlsəfə tarixi]. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 37-39. * Austin, Scott (2007), Parmenides and the History of Dialectic: Three Essays, Parmenides Publishing. * Barnes, Jonathan (1978). The Presocratic Philosophers (Two Volumes). Routledge and Kegan Paul. * Coxon A. H. (2009), The Fragments of Parmenides: A Critical Text With Introduction and Translation, the Ancient Testimonia and a Commentary. Las Vegas, Parmenides Publishing (new edition of Coxon 1986) * ''Деспотопулос К.'' Гносеологический дуализм Парменида // Философские исследования. — 1994. — № 1. — С. 181—187. * ''Монин М. А.'' Пути Парменида //Вопросы философии. — 1997. — № 3. — С. 115—131. * ''Робинсон Т.'' Парменид на пути истинного знания бытия (on coming-to-know of the real) //Универсум платоновской мысли. Рационализм или философская религия? Эпистемология Платона. — СПб., 1997. — С. 49—62. * ''Самченко В. И.'' Метафизика Парменида и логика существования // Современная логика: проблемы теории, истории и применения в науке. — СПб., 2002. — С. 382—384. * ''Рохмистров В. Г.'' Метод Парменида // Вестник Русского христианского гуманитарного института. — СПб., 2001. — Вып. 4. — С. 352—366. * ''Антонов Т. В.'' Парменид:путь философа к истине. // AKADHMEIA: Материалы и исследования по истории платонизма. — СПб., 2003. — Вып. 4. == Həmçinin bax == * [[Elea məktəbi]] * [[Zenon (Elealı)|Zenon]] == Xarici bağlantılar == * [http://dergiler.ankara.edu.tr/dergiler/37/748/9550.pdf Parmanides ve varlık] * [https://archive.org/search.php?query=%28%28subject%3A%22Parmenides%22%20OR%20creator%3A%22Parmenides%22%20OR%20description%3A%22Parmenides%22%20OR%20title%3A%22Parmenides%22%29%20OR%20%28%22501-450%22%20AND%20Parmenides%29%29%20AND%20%28-mediatype:software%29 Works by or about Parmenides] at [[Internet Archive]] * Palmer, John. [http://plato.stanford.edu/entries/parmenides/ "Parmenides"]. Stanford Encyclopedia of Philosophy. * Парменид. [http://ancientrome.ru/antlitr/t.htm?a=1465876469 Из поэмы о природе]. == İstinadlar == [[Kateqoriya:Yunan filosoflar]] [[Kateqoriya:Yunanıstan filosofları]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3651859.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|