Difference between revisions 3725481 and 3725488 on azwiki

{{Şəxs
|Adı              = Elnur Eltürk
|Orijinal adı     = Elnur Əliyev
|Şəkil            = Elnur Eltürk.jpg
|Şəkil miqyası    = 250px
|Şəkil məlumat    = 
|Digər adı        = 
|Doğum tarixi     = {{doğum tarixi və yaşı|1983|11|26}}
|Doğum yeri       = [[Sahil qəsəbəsi]], [[Qaradağ rayonu|Qaradağ]]
|Vəfatı           = 
|Vəfat yeri       = 
|Vəfat səbəbi     = 
|Atası            = 
|Anası            = 
|Həyat yoldaşı    = 
|Uşaqları         = 
|Peşəsi           = 
|Vətəndaşlıq      = {{AZE}}
|Milliyət         = [[Azərbaycanlı]]
|İxtisası         = [[Tarix]]
|Təhsili          = [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]
|Fəaliyyəti       = [[Diaspora]] fəalı və [[jurnalist]]
|Fəaliyyət illəri = [[2008]] - günümüz
|Mükafatları      = 
|imdb id          = 
|İmzası           = 
|Sayt             = 
}}

'''Elnur Eltürk''' - diaspora fəalı, jurnalist. [[Azərbaycan Kikboksinq Federasiyası]]nın keçmiş mətbuat katibi və hal-hazırda [[AMEA Mərkəzi Elmi Kitabxana]]sında ''Sərbəst İnformasiya Resuslar'' bölməsinin rəhbəri. Elnur Eltürk Azərbaycan diasporasının inkişafı üçün göstərdiyi fəaliyyətlərə görə mərkəzi Niderlandda yerləşən ''Niderland Türk Federasiyasının'' təşəkkür plaketi ilə təltif olunmuşdur.

== Həyatı ==

Elnur Əliyev [[1983]]-cü ilin [[26 noyabr]] tarixində [[Qaradağ rayonu]]nun [[Sahil qəsəbəsi]]ndə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra [[2000]]-[[2004]]-cü illərdə [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]nin Tarix faklütəsində təhsil almışdır. Təhsil aldığı müddətdə ictimai fəallığı ilə seçilən Elnur Əliyev ilk jurnalist təcrübələrinidə tələbəlik illərində qazanmışdır. Jurnalist kimi [[Azərbaycan mətbuatı]]na gəlməsi [[2008]]-ci ildə baş verib. İnternet üzərindən yayımlanan müxtəlif xəbər saytlarında işləməyə başlayan Elnur Əliyev [[2012]]-ci ildən etibarən [[Azərbaycan diasporası]]nın inkişafı istiqamətlərində də işlər görməyə başlayır. Müxtəlif vaxtlarda [[Günaz TV|Güney Azərbaycan Televiziyası]] və [[Təzadlar (qəzet)|Təzadlar qəzeti]]ndə mütəxəssis kimi çalışmışdır. Mətbuat sahəsində çalışdığı orqanlardan biri də ''BayMedia İnformasiya Portalıdır''.  

[[Azərbaycan Kikboksinq Federasiyası]]nda mətbuat katibi işlədikdən sonra  [[AMEA Mərkəzi Elmi Kitabxana]]sında ''Sərbəst İnformasiya Resuslar'' bölməsinə rəhbər təyin olunmuşdur. Ailəlidir.