Difference between revisions 3725504 and 3725507 on azwiki

{{Şəxs
|Adı              = Elnur Eltürk
|Orijinal adı     = Elnur Hüseynov
|Şəkil            = Elnur Eltürk.jpg
|Şəkil miqyası    = 250px
|Şəkil məlumat    = 
|Digər adı        = 
|Doğum tarixi     = {{doğum tarixi və yaşı|1983|11|26}}
|Doğum yeri       = [[Sahil qəsəbəsi]], [[Qaradağ rayonu|Qaradağ]]
|Vəfatı           = 
|Vəfat yeri       = 
|Vəfat səbəbi     = 
|Atası            = 
|Anası            = 
|Həyat yoldaşı    = 
|Uşaqları         = 
|Peşəsi           = 
|Vətəndaşlıq      = {{AZE}}
|Milliyət         = [[Azərbaycanlı]]
|İxtisası         = [[Tarix]]
|Təhsili          = [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]
|Fəaliyyəti       = [[Diaspora]] fəalı və [[jurnalist]]
|Fəaliyyət illəri = [[2008]] - günümüz
|Mükafatları      = 
|imdb id          = 
|İmzası           = 
|Sayt             = 
}}

'''Elnur Eltürk''' - diaspora fəalı, jurnalist. [[Azərbaycan Kikboksinq Federasiyası]]nın keçmiş mətbuat katibi və hal-hazırda [[AMEA Mərkəzi Elmi Kitabxana]]sında ''Sərbəst İnformasiya Resurslar'' bölməsinin rəhbəri. Elnur Eltürk Azərbaycan diasporasının inkişafı üçün göstərdiyi fəaliyyətlərə görə mərkəzi Niderlandda yerləşən ''Niderland Türk Federasiyasının'' təşəkkür plaketi ilə təltif olunmuşdur.

== Həyatı ==

Elnur Hüseynov [[1983]]-cü ilin [[26 noyabr]] tarixində [[Qaradağ rayonu]]nun [[Sahil qəsəbəsi]]ndə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra [[2000]]-[[2004]]-cü illərdə [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]nin Tarix faklütəsində təhsil almışdır. Təhsil aldığı müddətdə ictimai fəallığı ilə seçilən Elnur Əliyev ilk jurnalist təcrübələrinidə tələbəlik illərində qazanmışdır. Jurnalist kimi [[Azərbaycan mətbuatı]]na gəlməsi [[2008]]-ci ildə baş verib. İnternet üzərindən yayımlanan müxtəlif xəbər saytlarında işləməyə başlayan Elnur Hüseynov [[2012]]-ci ildən etibarən [[Azərbaycan diasporası]]nın inkişafı istiqamətlərində də işlər görməyə başlayır. Müxtəlif vaxtlarda [[Günaz TV|Güney Azərbaycan Televiziyası]] və [[Təzadlar (qəzet)|Təzadlar qəzeti]]ndə [[mütəxəssis]] kimi çalışmışdır. Mətbuat sahəsində çalışdığı orqanlardan biri də ''BayMedia İnformasiya Portalıdır''.  

[[Azərbaycan Kikboksinq Federasiyası]]nda mətbuat katibi işlədikdən sonra  [[AMEA Mərkəzi Elmi Kitabxana]]sında ''Sərbəst İnformasiya Resuslar'' bölməsinə rəhbər təyin olunmuşdur. [[2016]]-cı ilin [[sentyabr]] ayında Elnur Eltürk [[Makedoniya]] parlamentinin deputatı Enes İbrahim ilə birlikdə ''Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti'' adlı [[diaspora]] təşkilatı yaratmışdır.

== Xarici keçidlər ==
* [http://www.azadinform.az/news/a-105498.html azadinform.az - Elnur Eltürk: “Əslində adımı Malik qoymaq istəyiblər”]
* [http://1905.az/elnur-eltuerk-yeni-yaranan-t%C9%99skilatlarla-koehn%C9%99-t%C9%99skilatlar-arasinda-xirda-anlasilmazliqlar-olur/ 1905.az Elnur Eltürk: “Yeni yaranan təşkilatlarla köhnə təşkilatlar arasında xırda anlaşılmazlıqlar olur.”]