Difference between revisions 3735621 and 5442453 on azwiki{{Alim |Adı = Elşad Abdullayev |Orijinal adı = Elşad Abduləhəd oğlu Abdullayev |Şəkil = Elşad Abdullayev.jpg |şəkil məlumat = |Doğum tarixi = {{DoğumVəfat tarixi və yaşı||||||}} |Doğum yeri = |Vəfatı = |Vəfat yeri = |Vətəndaşlıq = [[Azərbaycan]] |Elm sahəsi = [[kimya]] |İş yeri = |Elmi dərəcəsi = Kimya üzrə fəlsəfə dоktоru (2010) |Elmi vəzifəsi = |Elmi rəhbəri = |Tanınmış yetirmələri = |Tanınır = |Mükafatları = |İmzası = |İmzanın eni = |Sayt = }} '''Elşad Abduləhəd oğlu Abdullayev''' - kimya üzrə fəlsəfə doktoru (2010) == Həyatı == Elşad Abduləhəd oğlu Abdullayev 1991-ci ildə Bakıdakı 196 nömrəli məktəbə daxil olub, 1993-cü ildən 1996-cı ilə qədər 281 nömrəli məktəbdə təhsilini davam etdirib, 1996-cı ildə Bakı Özəl Türk Liseyinə daxil olub və 2001-ci ildə məktəbi bitirib. 1999-cu ildə respublika kimya olimpiadasının gümüş, 2000-ci ildə bürünc, 2001-ci ildə qızıl medallarını alıb. 2000 və 2001-ci illərdə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının müvafiq olaraq gümüş və bürünc medallarına layiq görülüb. Beynəlxalq olimpiadanın qalibi kimi Moskva Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. O, universitetdə yalnız "əla" qiymətlərlə oxuyub. Universiteti bitirərkən əldə etdiyi nailiyyətlərə görə Elşad Abdullayev "Ən yaxşı tələbə" adını qazanıb və "Rusiya İntellektual Resursları" siyahısına daxil edilib. Rusiya Federasiyasında təhsil aldığı müddətdə Azərbaycanın həmin ölkədəki səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresinin tələbələr arasında keçirdiyi tədbirlərin fəal iştirakçısı olub və buna görə də Konqresin Fəxri fərmanı ilə mükafatlandırılıb. 2006-cı ildə Elşad Abdullayev ABŞ-ın Luziana Texnologiya Universitetinə mühəndislik üzrə aspirantura proqramına daxil olub. Universitetdə oxuduğu müddətdə 25-ə qədər beynəlxalq konfransda məruzələrlə çıxış edib. 2009-cu ildə Nevada ştatında Las Veqasda Qərb Örtüklər simpoziumunda ən yaxşı texniki poster mükafatı ilə mükafatlandırılıb və Amerika Kimyaçılar Cəmiyyətinə üzv qəbul edilib. On elmi məqaləsi dərc olunub. 2010-cu ildə Elşad Abdullayev kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. == Xarici keçidlər == * [http://www.muallim.edu.az/arxiv/2011/19/24.htm Elşad Əhməd oğlu Abdullayev] [[Kateqoriya:Azərbaycanlı alimlər]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=5442453.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|