Difference between revisions 3736554 and 4530419 on azwiki

{{Alim 
 |Adı                  =  Lalə Mövsümova
 |Orijinal adı         = Mövsümova Lalə Cəfər qızı
 |Şəkil                = Lalə Mövsümova.jpg
 |Şəkil miqyası        = 200
 |Şəkil məlumat        = 
 |Doğum tarixi         = {{doğum tarixi və yaşı|1961|9|26}}
 |Doğum yeri           = [[Bakı]], [[Azərbaycan]]
 |Vəfatı               = 
 |Vəfat yeri           = 
 |Vətəndaşlıq          = {{AZE}}
 |Elm sahəsi           = fəlsəfə
 |Alma mater           = <!--Qədim təhsil ocaqları-->
 |Təhsili              = <!--Müasir təhsil ocaqları-->
 |İş yeri              = [[AMEA]]-nın [[Fəlsəfə və Hüquq İnstitutu]]
 |Elmi dərəcəsi        = fəlsəfə elmləri doktoru
 |Elmi vəzifəsi        = 
 |Elmi rəhbəri         = 
 |Tanınmış yetirmələri = 
 |Tanınır              = 
 |Mükafatları          = 
 |İmzası               = 
 |İmzanın eni          = 
 |Sayt                 = 
}}

'''Lalə Mövsümova''' — fəlsəfə elmləri doktoru, [[AMEA]]-nın [[Fəlsəfə və Hüquq İnstitutu]]nun əməkdaşı, Amerika Bioqrafiya İnstitutunun Professionaleşəkar Qadınların Məsləhət Şurasının fəxri üzvü (ABŞ 2002)<ref>[http://www.elm.az/az/philosophy/doctors/movsumovallcr.htm Mövsümova Lalə Cəfər qızı]</ref>

== Həyatı ==

Lalə Cəfər qızı Mövsümova [[26 sentyabr]] [[1961]]-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Lalə  Mövsümova 1978-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirmişdir.  Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş, [[1983]]-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

ADU-nun Tarix fakültəsinin elmi şurasının tövsiyəsi ilə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitiutunun (indiki [[Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu]])  əyani aspiranturasına daxil olmuşdur. O, [[1986]]-cı ildə  aspiranturanı  bitirmiş, [[29 iyun]] [[1987]]-ci ildə “Sosializm şəraitində qadınların sekulyarlaşmasının sosial-iqtisadi və mənəvi amilləri” (Azərbaycan SSR materialları əsasında) mövzusunda   namizədlik dissertasiyasını müdafiə edərək,  fəlsəfə elmləri namizədi elmi dərəcəsini almışdır.

L.Mövsümova [[20 may]]  [[2004]]-ci ildə «Azərbaycanın mənəvi mədəniyyətində qadın problemi»(fəlsəfi və tarixi aspektdə) mövzusunda  doktorluq dissertasiyasını müdafiyə etmiş və [[17 iyun]] [[2005]]-ci ildə [[AAK]]-nın qərarı ilə Lalə Cəfər qızı Mövsümovaya fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Hüquq elmləri doktoru, professor [[Cəfər Mövsümov]]un qızıdır.

== Elmi fəaliyyəti ==

Lalə Mövsümova [[1987]]-ci ildən Fəlsəfə və Hüquq İnstitutunun “Dinin və ateizmin tarixi” şöbəsində kiçik elmi işçi, [[1990]]-cı ildən elmi işçi vəzifəsində çalışmışdır, 1992-ci ildən “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin elmi əməkdaşı olmuşdur. Lalə  Mövsümova 1998-ci ildən “Fəlsəfənin yeni istiqamətləri və qender” şöbəsində böyük   elmi işçi vəzifəsində çalışmışdır. Alim  hal-hazırda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun  Siyasət və siyasi sosiologiyanın problemləri şöbəsinin baş elmi işçisi vəzifəsində çalışır.

Lalə  Mövsümova   AMEA-nın  Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, AMEA-nın Şərqşünaslıq İnstitutunun İxtisastırılmış şuralarının üzvü, BDU-nun İxtisastırılmış seminarın üzvü kimi fəaliyyət göstərir.

Lalə Mövsümova 7 kitabın müəllifidir:
*“Cəmiyyətin yenilənməisi və qadınların mənəvi aləmi” (Bakı, Ornak, 1991) 
*“İslam, İlahi qanun və qadınların cinayət məsuliyyəti” (Bakı, Azərbaycan Ensiklopediyası, 2000) 
*və s.
Lalə Mövsümovanın 96-ya qədər elmi məqaləsi (4-ə qədəri xaricdə) çap olunmuşdur.

== Elmi əsərləri ==

*"Azərbaycanın mənəvi mədəniyyətində qadın problemi". Bakı, Elm, 1996, 192 s.
*"Quranda qadın obrazlarının fəlsəfi təhlili". Bakı, Azərbaycan ensiklopediyası, 1997, 96 s.
*"Azərbaycan qadını uzaq keçmişdən indiyədək".  Bakı, Ulu, 2003, 376 s.
*"Dini dünyagörüşü kontekstində qadın statusunun təhlili". Bakı, Ulu, 2007, 224 s.
*"Bəşər tarixində qadın başlanğıcı". Bakı, Elm, 2011, 224 s.

== İstinadlar ==

<references/>

[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
[[Kateqoriya:Azərbaycan filosofları]]
[[Kateqoriya:Fəlsəfə elmləri doktorları]]
[[Kateqoriya:Bakıda doğulanlar]]
[[Kateqoriya:Fəlsəfə və Hüquq İnstitutu]]