Difference between revisions 3743426 and 3743432 on azwiki

[[Şəkil:Coition of a Hemisected Man and Woman.jpg|right|220px|thumb|[[1492]]-ci ildə qadın və kişi cinsiyyətlərinin birləşməsinə aid [[Leonardo da Vinçi]]nin çəkdiyi şəkil]]
'''Seks''' ({{lang-la|sexus}}) – [[cins]]) – daha ətraflı mənası cinsi əlaqə, mayalanma, nəsl artımı instiktinin reallaşdırılması. İlk dəfə ingiliscə seks sözü cinsi əlaqə yaxud da cinslərin biri-birindən həzz alması mənasında istifadəsi [[1929]]-cu ildə qeydə alınıb.<ref>[http://www.etymonline.com/index.php?search=sex&searchmode=none Seksin ilk dəfə ingiliscə cinsi əlaqə kimi qeydi]</ref>

== Artım insan dünyanın ən yaxşı varlığıdır==
Cinsi birləşmə insan nəslinin artımında əsas metoddur. Ümumilikdə kişidə orqazm anı ilə eyni zamanda gerçəkləşən boşalma anında spermalar qadının vaginasından uşaqlıq yoluna daxil olar. Hər boşalmada, döllənmə şansının yüksəlməsi üçün milyonlarla sperma hüceyrəsi ortaya çıxır. Qadının orqazm olub-olmaması onun hamilə qalması üçün heç bir maneə törətmir. Lakin kişinin orqazm olduğu sırada qadında orqazm olarsa dişinin cinsi orqanının müəyyən müddətlik kiçilməsi baş verər və bu da kişi toxumalarının qadının yumurtalığına yetişməsi prosesini sürətləndirər. Əgər kişidə və ya qadında heç bir problem yoxdursa o zaman bu birləşmənin sonunda qadının hamilə qalmaq ehtimalı böyük olur.

==Cinsi həyatın ekstragenital formaları==
*[[Heteroseksuallıq|Heteroseksual]]: cinsi əlaqə
*[[Homoseksuallıq|Homoseksual]]: iki kişi arasında cinsi əlaqə
*Lesbiyan seksi: iki qadın arasında cinsi əlaqə
*"Platonik sevgi": Cinsi həyatın ekstragenital formaların birinci növünə platonik sevgini aid etmək olar. Özündə iki insan arasında yaxın (sevgi) davamı kimi sekslə müşahidə edilməyən, daha çox "xülyavi" əlaqə.
Bu cür cinsi həyat forması əsasən intim əlaqənin mümkünsüzlüyü ilə və ya səhhətinin problemləri ilə məhdudlaşır.
*"Geyşizm": Geyşizm sözünün mənası klientləri dansla, oxumaqla və çay seremoniyası ilə təmin edən yapon professional artistlərdən ([[geyşa]] sözündən) yaranıb. Geyşalar qadın gözəlliyini simvolizə edir, özündə qadınla incəsənətin unison şəklində birləşməsidir.

==Cinsi əlaqə==
Cinsi əlaqə (və ya koitus) - ənənəvi heteronormativ anlayışda iki fərdin cinsi həzz alınmasına və nəslin artırılmasına yönəlmiş cinsi kontakt.

==Cinsi həyatın alternativ formaları==
* Pollyusiya: Təbii, qeyri-iradi, əsasən [[yuxu]]da (tez-tez seksual xarakterli yuxularla bərabər) oğlanlarda və kişilərdə spermanın xaric olunması. Seksual həyatdan imtinada daha tez-tez yarana bilər.
*[[Masturbasiya]] : [[orqazm]] yaratmaq məqsədi ilə erogen zonalarının (çox vaxt cinsi orqanlarının) süni qıcıqlandırılması. Masturbasiya əsasən cinsi yetişkənlik dövründən başlayır.
*"Pettinq": Cinsi əlaqəni çıxmaqla, fərqli erogen zonalarının qıcıqlandırılması ilə [[orqazm]]ın yaradılması ilə nəticələnir. Burada ehtiraslandıran isə ([[öpüş]]lər, qucaqlama, sığallama, birgə genitaliyalarının sürtünməsi ilə və s.
*"Finqerinq": Əl ilə cinsi orqanlara toxunmaqla əlaqəyə girməkdir.
* [[Autofellasiya]]: Kişilərin cinsiyyət orqanının sərbəst şəkildə sorulması və öz-özünə həzz verilməsi.

== Seksual orentasiyalar ==
Sekslə məşğul zamanı cinslərin bir-birilərindən həzz almasında onların seksual orentasiyaları əsas rol oynayır. Seksual orentasiyalara görə cinsi əlaqələrin adlandırılması və mənası:
* [[Heteroseksuallıq|Heteroseksual]] seks – əks cinsin nümayəndəsi ilə cinsi əlaqə.
* [[Homoseksuallıq|Homoseksual]] seks – Seksualogiyada, Sosiologiyada və Antropologiyada işlədilən termin. Eyni cinsin nümayəndəsi ilə cinsi əlaqə (kişi-kişi ilə, qadın-qadınla).
* [[Biseksuallıq|Biseksual]] seks – hər iki cinsin nümayəndəsi ilə cinsi əlaqə.
* [[Nekrofiliya|Nekrofil]] — [[insan]]ların ölü ilə cinsi əlaqəyəsi.
* [[Zoofiliya|Zoofil]] — [[insan]]ların [[heyvan]]larla əlaqəsi

== Seksin faydası ==
Britaniyalı alimlər cinsi əlaqənin insan orqanizminə faydalarını araşdırıblar. seksin faydaları haqqında
Araşdırmaların sonunda cinsi əlaqənin sadəcə insanlar arasında bir ehtiyac olmadığı, həmçinin insan sağlamlığına faydalı olduğu müəyyənləşib. 
Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval — ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.
Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır.

İngiltərədə aparılan araşdırma zamanı isə kişilərin orqazmla ölümləri arasında əlaqə araşdırılıb. 10 il davam edən araşdırma zamanı müntəzəm olaraq tez-tez orqazm olan kişilərin, daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadığı ortaya çıxıb. Araşdırmada orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə qarşı orqanizmi qoruduğu ortaya çıxıb.
Həmçinin, müntəzəm orqazm prostat vəzi xərçəngi riskini azaldır. Bununla yanaşı, orqazm zamanı baş ağrıları və miqren ağrılarının azaldığı müəyyənləşib.

ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları isə cinsi əlaqə zamanı qadınların ən çox şikayət etdikləri kişilərin cinsi əlaqədən dərhal sonra yatmağa meyl etməsinin səbəbini araşdırıblar. Nəticədə bu halın hormonal dəyişikliklə əlaqədar olduğu qənaətinə gəliblər. Mütəxəssislər məsələyə bu cür aydınlıq gətiriblər: “Kişilər cinsi əlaqə zamanı orqazm olarkən onların orqanizmində fiziki yorğunluqla bərabər, həm də əhval-ruhiyyəni qaldıran və yuxu gətirən “prolaktin” adlı hormonun səviyyəsinin artması onların cinsi əlaqədən sonra yuxuya getməsinə səbəb olur. Qadınlarda isə tam əksinə olaraq, cinsi əlaqə zamanı “prolaktin” hormonu ilə bərabər cinsi istəyi artıran “oksitosin” hormonu da ifraz olunur”.
Sən demə, qadınların gözəl və sağlam qalması üçün yalnız kremlər, kosmetik vasitələr, müxtəlif maskalar gərəkmirmiş. Artıq sekslə məşğul olaraq da gözəlləşməyin mümkünlüyü sübut edilib. 3500 amerikalı qadın üzərində araşdırma aparan elm adamları, cinsi həyatından məmnun olan və uzun illər sekslə məşğul olan qadınların gənc və gözəl qaldığını ortaya çıxarıb.
Belə ki, seks zamanı qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlardandır. Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar ən azı 10 yaş daha gənc və gözəl görünürlər.

Yaxşı bir cinsi həyatın, beyin üçün də faydası böyükdür. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında normaldan daha çox işlək olmasıdır. Üstəlik sekslə birlikdə başağrısı, stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq, həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı təklif edir.

=== Cinsi əlaqənin 8 xeyri {{Mənbəsiz}} ===

{{Vikiləşdirmək}}

# Seks vasitəsilə lazımlı hormonlar əmələ gəlir
* Oksitosin – bu yaraların tez sağalmasına, zədələr nəticəsində əmələ gələn ləkələrin yox olmasına kömək edir. Hormon bədən temperaturunu və təzyiqini tənzimləyir.
* Dopamin – razılıq hormonlarını artırır.
* Testosteron – insandakı narazıçılıq və narahatlıq hisslərini azaldır. 
* Endorfin – xoşbəxtlik hormonu stresi aradan qaldırır, depressiyadan uzaq saxlayır. Bu hormonlar cinsi istəyi artırır, insanı daha həvəsli edir.
# Cinsi əlaqə ürəyə müsbət təsir edir, insult və infarkt riskini 2 dəfə azaldır.
# Daimi cinsi əlaqə insanı daha ağıllı edir. Seks zamanı qan beyinə daha yaxşı ötürülür, oksigenin miqdarı çoxalır. Eyni zamanda cinsi əlaqə yaddaşı möhkəmləndirir, əsəbləri sakitləşdirir.
# Seks kişilərdə prostat, qadınlarda isə mastopatiya xəstəliyinin qarşısını alır.
# İntim münasibət zamanı immunitet artır, soyuqdəymənin qarşısını alır.
# Seks artıq çəkidən xilas olmağa kömək edir. 4-5 dəqiqə sekslə məşğul olmaq 15 dəqiqə qaçış xalçasında idman etməkdən daha sərfəlidir. Bu zaman daha çox kalori itirirsən. 
# Daimi seks dərinin elastikliyini artıran və qırışların qarşısını alan kollagenin miqdarını çoxaldır. 
# Cinsi əlaqə zamanı orqanizmdəki mikrobların 50 %-i təmizlənir.

Alimlər sübut ediblər ki, erkən yaşda cinsi əlaqə ilə məşğul olmaq insanın psixologiyasına mənfi təsir edir. Belə insanlar alkoqola düşkün olurlar. Onlar həyatlarındakı insanlardan razı qalmırlar.

== Dünya mədəniyyətindən ==
Sekslə əlaqədar bir çox dünya ədəbiyyatında şerlər və kitablar mövcuddur. Məsələn: Hindistanın tarixi mədəniyyətinə aid olan sekslə məşqul olmaq üçün müxtəlif cür duruşları izah edən [[Kama Sutra]]<ref>[http://www.indohistory.com/kamasutra.html Kama Sutra]</ref> kitabı.

== Elmi ədəbiyyatı ==
* [http://ec-dejavu.ru/e/Eros.html#f Mişel Fuko. Seks] // Həzzin istifadəsi. Cazibədarlığın tarixi. T. 2. SPb.: Akademiya proekti, 2004, s. 57-98.
* [http://ec-dejavu.ru/l/Libera_Alain.html Alen de Libera. Seks və asudə vaxt] // De Libera Alen. Orta əsrlərin düşüncəsi. — M.: Praksis, 2004, s. 134—206.

==Həmçinin bax==
* [[Seksomniya]]
* [[Azad sevgi]]
* [[Pornoqrafiya]]
* [[Pornosayt]]
* [[Kama Sutra]]
== Web link ==
{{Commonscat|Sex in humans|Sex}}
{{Wikiquote|Sex}}
* [http://www.loveline.de/ Informationen für Jugendliche und junge Erwachsene] bei der Bundeszentrale für gesundheitliche Aufklärung (BZgA)
* [http://www.lifeline.de/llspecial/special_sexualitaet/content-121031.html Artikelsammlung zum Thema Sex bei ''Lifeline'']
* [http://www.ameanet.org/memberz/ Kunstwerke zum Thema Sex] im World Museum of Erotic Art
* [http://www2.hu-berlin.de/sexology/Home_DE/Startseite/startseite.html Magnus-Hirschfeld-Archiv für Sexualwissenschaft]

== İstinadlar ==
<references/>

[[Kateqoriya:İnsan davranışları]]
[[Kateqoriya:Seks]]