Difference between revisions 3754722 and 4234206 on azwiki

Qur`ani-Kərimdə iki yerdə İlyasın adı gəlib, biri "Ən`am" surəsində, o birisi isə "Saffat" surəsində. "Ənam" surəsində Allah taala buyurur:

-"Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə qovuşdurduq). Onların hamısı buna layiqli idilər.

"Saffat" surəsində buyurur:

(contracted; show full)yğəmbərlərindən biri və Bə`ləbək əhalisindən idi. Miladdan doqquz əsr öncə Axarın (ya Ahabın) dövründə yaşayırdı. O, Bəni-İsraili düz yola dəvət edir və bütpərəstlikdən çəkindirirdi. Lakin onun qövmü sözünə qulaq asmırdı. Həzrətə əzab-əziyyət verirdilər. Buna görə də çox vaxt səhralarda və dağlarda gününü keçirirdi. Onun göstərdikləri möcüzələri inkar edirdilər. Axırda Yəsə`i özündən sonrakı peyğəmbər elan edib miladdan 880 il qabaq ərşə çəkildi."

Bəzi tarixlərdə və rəvayətlərdə qeyd olunub ki, İlyas
 (ə) Xızır (ə) peyğəmbər kimi "abi-həyat"dan içdi və əbədi olaraq yaşayır. Xızır (ə) peyğəmbər quru yerlərin ağası olduğu kimi, o da dəryaların ağasıdır. Hədislərdən birində Məhəmməd (s) peyğəmbərdən nəql olunur:

Xızır (ə) və İlyas (ə) hər il həcc mərasimində bir-birilə görüşürlər.  Başqa bir rəvayətdə yazılıb ki, İlyas Məhəmməd (s) peyğəmbərin hüzuruna gəldi. O, həzrətlə görüşdü.
Lakin bu iki rəvayət heç biri mötəbər sənədə malik deyil.

Kuleyni "Üsuli-Kafi"də , Səffar isə "Bəsairüd-dərəcat" kitabında İlyas və İlyanın oxuduqları duaları nəql ediblər. Həmin duaların mə`sum imamlar da oxuyurmuşlar. Sələbi "Ərais" kitabında yazır: Əsqəlan camaatından biri İlyas peyğəmbəri İordaniya çölündə görüb və ondan bir neçə sual soruşub. O, da sualların cavabını verib. Lakin bu ilk nəzərdə həqiqətə uyğun gəlmir.
Ravəndinin "Qisəsül-ənbiya" kitabından bir əhvalat "Biharül-ənvar"da nəql olunur. Bu əhvalat İlyas haqqındadır. Lakin rəvayətin sənədi Vəhb ibni Münəbbihə çatdığı üçün e`tibardan düşür. Ona görə də o rəvayəti burada nəql etmirik.

{{vikiləşdirmək}}
{{Peyğəmbərlər}}

[[Kateqoriya:Peyğəmbərlər]]

[[de:Elija#Koran]]
[[en:Elijah#Elijah in Islam]]