Difference between revisions 3759821 and 3779534 on azwiki

{{Tarixi dövlət
|adı                       = Əfşarlar İmperiyası
|orijinal_ad               = الدولة الأفشارية
Əddəulət-u Əfşar
Xanədan-i Türkmaniyyə <ref>  T. C. BAŞBAKANLIK DEVLET ARŞİVLERİ GENEL MÜDÜRLÜĞÜ Osmanlı Arşivi Daire Başkanlığı Yayın Nu: 136,I MAHMUD-NADİR ŞAH MEKTUPLAŞMALARI, 3 Numaralı Nâme-i Hümâyûn Defteri ( Transkripsiyon / Tıpkıbasım ),İSTANBUL 2014, s.180  </ref>
|status                    = İmperiya
|himn                      =
|bayraq                    = Nadir Shah Flag.svg
|izah_bayraq               = [[Bayraq]]
|gerb                      = Lion and Sun Emblem of Persia.svg
|izah_gerb                 = [[Gerb]]
|xəritə                    =
AfsharidEmpireIran.png
|izah_xəritə               = [[Nadir şah]]ın dövründə Əfşarlar dövlətinin ərazisi <ref>{{cite web |url=http://www.iranicaonline.org/articles/nader-shah |title=NĀDER SHAH – Encyclopaedia Iranica }}</ref><ref>{{cite book|first=Svat|last=Soucek|title=A History of Inner Asia|page=179|publisher=Cambridge University Press|year=2000|isbn=9780521657044|quote=In 1740 Nadir Shah, the new ruler of Iran, crossed the Amu Darya and, accepting the submission of Muhammad Hakim Bi which was then formalized by the acquiescence of Abulfayz Khan himself, proceeded to attack Khiva. When rebellions broke out in 1743 upon the death of Muhammad Hakim, the shah dispatched the ataliq’s son Muhammad Rahim Bi, who had accompanied him to Iran, to quell them.}}</ref>
|p1                        = Səfəvilər dövləti
|flag_p1                   = Safavid Flag.svg
|p2                        =
|flag_p2                   =
|p3                        = Hotaki
|flag_p3                   = Black_flag.svg
|p4                        =
|flag_p4                   =
|p5                        =
|flag_p5                   =
|p6                        =
|flag_p6                   =
|p7                        =
|flag_p7                   =
|yaranma1                  = [[1736]]
|ləğvolma1                 = [[1796]]
|f1                        = Zəndlər sülaləsi
|flag_f1                   = Zand Dynasty flag.svg
|f2                        = Dürranilər İmperiyası
|flag_f2                   = Flag_of_the_Durrani_Empire.svg
|f3                        = Qacarlar dövləti
|flag_f3                   = State Flag of Iran (1924).svg
|f4                        =
|flag_f4                   =
|f5                        =
|flag_f5                   =
|f6                        =
|flag_f6                   =
|f7                        =
|flag_f7                   =
|şüar                      =
|paytaxt                   = [[Məşhəd]]
|şəhərlər                  =
|dil                       =
[[Azərbaycan dili|Azərbaycan türkcəsi]] (rəsmi)<ref>Riyahi M. Ə. «Aləm Ara-ye Naderi»yə əsərinə müqəddimə, c. I, Tehran, 1358, s. 42.</ref><ref>Şəbani R. Tarix-e ectemai-ye İran dər əsr-e Əfşariyye. Tehran, 1371, s. 151, 153.</ref>  <ref>  Axworthy, Michael (2006). The Sword of Persia . I.B. Tauris. pp. 5, 45, 70, 80, 157, 279. ISBN 1-84511-982-7  </ref>
[[Fars dili]] <ref>  [http://www.iranicaonline.org/articles/historiography-vii  "HISTORIOGRAPHY vii. AFSHARID AND ZAND PERIODS – Encyclopaedia Iranica" ]</ref>  <ref>  Katouzian, Homa (2003). Iranian History and Politics . Routledge. p. 128. ISBN 0-415-29754-0 .  </ref> (rəsmi)
|pul_vahidi                =
|sahə                      =
|əhali                     =
|idarəetmə forması         = [[Mütləq monarxiya]]
|sülalə                    = [[Əfşarlar sülaləsi]]
|rəhbər titulu1            = Şahənşah
|rəhbər1                   = [[Nadir şah Əfşar|Nadir şah]]
|rəhbər_hakimiyyət1        = ([[1736]]–[[1747]])
|rəhbər titulu2            =
|rəhbər2                   = [[Adil şah|Adil şah]]
|rəhbər_hakimiyyət2        = ([[1747]]-[[1747]])
|rəhbər titulu3            =
|rəhbər3                   = [[İbrahim şah Qırxlı-Avşar|İbrahim şah]]
|rəhbər_hakimiyyət3        = ([[1747]]–[[1748]])
|rəhbər titulu4            =
|rəhbər4                   = [[Şahrux şah Qırxlı-Avşar|Şahrux şah]]
|rəhbər_hakimiyyət4        = ([[1748]]–[[1796]])
|rəhbər5                   = [[II Nadir şah Qırxlı-Avşar|II Nadir şah]]
|rəhbər titulu5            =
|rəhbər_hakimiyyət5        = ([[1797]]-[[1803]])
|din                       = [[İslam]]([[Şiəlik]])
|əlavə bənd                =
Hazırki dövrdə
(Əhatə edib)
{{bayraq|Özbəkistan}} [[Özbəkistan]]
{{bayraq|İran}} [[İran]]
{{bayraq|Türkmənistan}}[[Türkmənistan]]
{{bayraq|Tacikistan}} [[Tacikistan]]
{{bayraq|Qırğızıstan}} [[Qırğızıstan]]
{{bayraq|Qazaxıstan}} [[Qazaxıstan]]
{{bayraq|Azərbaycan}} [[Azərbaycan]]
{{bayraq|Gürcüstan}} [[Gürcüstan]]
{{bayraq|Əfqanıstan}} [[Əfqanıstan]]
{{bayraq|Pakistan}} [[Pakistan]]
{{bayraq|Hindistan}} [[Hindistan]]
{{bayraq|İraq}} [[İraq]]
{{bayraq|Küveyt}} [[Küveyt]]
{{bayraq|Türkiyə}} [[Türkiyə]]
{{bayraq|Çin}} [[Çin]]
{{bayraq|Rusiya}} [[Rusiya]]
{{bayraq|Oman}} [[Oman]]
{{bayraq|Birləşmiş Ərəb Əmirlikləri}} [[Birləşmiş Ərəb Əmirlikləri|B.Ə.Ə]]
{{bayraq|Bəhreyn}} [[Bəhreyn]]
{{bayraq|Suriya}} [[Suriya]]
|bəndin adı                =
|əlavə bənd1               =
|bəndin adı1               =
|əlavə bənd2               =
|bəndin adı2               =
|Mərhələ1                  =
|Gün_ay1                   =
|İl1                       =
|Mərhələ2                  =
|Gün_ay2                   =
|İl2                       =
|əvvəl                     =
|ə1                        =
|ə2                        =
|ə3                        =
|ə4                        =
|ə5                        =
|ə6                        =
|ə7                        =
|sonra                     =
|s1                        =
|s2                        =
|s3                        =
|s4                        =
|s5                        =
|s6                        =
|s7                        =
|qeyd                      =

'''Əfşarlar dövləti''' ([[1736]]-[[1796]]/[[1804]]) — [[Səfəvilər dövləti]] dağıldıqdan sonra meydana gəldi. [[Nadir şah Əfşar]] dövlətin banisi oldu.  <ref>  [http://acikarsiv.ankara.edu.tr/fulltext/703.pdf Kafkasya'nın etnik ve kültürel yapısı'nın oluşumunda Türklerin rolü. Ankara Üniversitesi. Yüksek lisans tezi. Tuba Tombuloğlu. Ankara – 2003]  </ref> [[Səfəvilər]]in itirilmiş nüfuzu və torpaqları birləşdirmək qüdrətləri qalmadığına görə Nadir Şah "Əfşarlar" dövləti adı altında yeni dövlət qurdu və itirilmiş əraziləri geri qaytardı.

== Əfşar sülaləsinin hakimiyyətə gəlməsi ==

[[Nadir şah Əfşar|Nadirqulu xan Əfşar]] [[1730]]-[[1736]]-cı illərdə [[Səfəvi İmperiyası]]nın ali baş komandanı, [[1732]]-[[1736]]-cı illərdə isə şahın qəyyumu idi. [[1732]]-[[1736]]-cı illərdə [[Səfəvilər dövləti]]nin itirilmiş bütün ərazilərini geri qaytaran [[Nadir şah Əfşar|Nadir]] [[1736]]-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə [[III Şah Abbas]]ın qəflətən ölümündən istifadə edərək, [[1736]]-cı ilin martın 21-də [[Sabirabad|Suqovuşan]]da (indiki [[Sabirabad]] rayonunda Kürlə Arazın qovuşduğu yer) toplanmış [[Muğan]] qurultayında [[Nadir şah Əfşar|Nadir xan]] özünü şah elan etdi.<ref>  Yaqub M.
Mahmudov,Kərim K.Şükürov. Azərbaycan
beynəlxalq münasibətlər və diplomatiya tarixi,
Dövlətlərarası müqavilələr və digər xarici
siyasət aktları 1639-1828. Dörd cilddə. Birinci
cild, Bakı 2009. səh 95</ref> Beləliklə, əslində [[Səfəvilər sülaləsi]]nin hakimiyyətinə son qoyuldu və [[İran]]la [[Azərbaycan]]da yeni [[türk]]-[[müsəlman]] sülaləsi olan [[Əfşarlar sülaləsi]] hakimiyyətə gəldi.<ref>Azərabycan Tarixi (9-cu sinif üçün dərslik). Bakı. "Aspoliqraf". 2005. səh. 66</ref>

== Dağıstanda Əfşarlar əleyhinə üsyanlar ==
{{Əsas|Nadirin Dağıstan yürüşləri}}

== Nadir şahın fəthləri ==
{{Əsas|Nadirin Əfqanıstan yürüşləri}}
{{Əsas|Karnal döyüşü}}
[[File:%C6%8Ff%C5%9Farlar_suvarisi.jpeg|thumb|200px|left|Əfşarlar Dövlətinin döyüşçüsü]]
[[Nadir şah]] ömrünün təqribən 37 ilini müxtəlif döyüşlərdə at belində
keçirib, xarici işğalçılara qarşı 120-dən artıq irili-xırdalı müharibələr aparmışdır. Onların çox azında məğlub olsa da, bu uğursuzluqların heç biri onu ruhdan salmamış, əksinə o, məğlubiyyətin səbəblərini dərindən öyrənib daha ciddi, daha möhkəm hazırlıqla hücuma keçib, düşmənlərinin məğlub etmişdir.Bu misilsiz sərkərdə öz polad iradəsi, cəsarəti, mətanəti, möhkəm səbri, ağıllı tədbirləri, hədsiz
rəşadəti və şücaəti ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb,
daxili və xarici düşmənlərin öhdəsindən layiqincə gəlirdi.

Get-gedə Nadirin əhatəsi və şöhrəti böyüdü. 1719-1720-ci illərdə Nadir [[Kelat]]a hücum etdi və oranı tutdu. Kelat qalasının hakimini və onun qoşunlarını əsir aldı. Nadir 1727-ci ildə [[Bağdad]]dakı [[əfqanlar]]ı və qiyamçılarını qılıncdan keçirtdi. [[Nadir şah|Nadir]] 500 nəfərlə 4 gün içərisində əfqanların içərisinə elə bir vəlvələ saldı ki, əfqanlar [[Herat]]a doğru geri çəkildilər. O, 1729-cu ildə [[əfqanlar]]ı [[Bəstan]]da, Mehmandüştanda, Xar dərəsində darmadağın etdi. 1729-cu il 26 oktyabrda isə İsfahan şəhərini əfqanlardan təmizlədi. Tezliklə Nadir Şiraza doğru hücum edib, əfqan ordusunu darmadağın
etdi. Əfqan ordusunun başçısı Əşrəf xan [[Sistan]]ndə öldürüldü Əşrəfin öldürülməsi ilə əfqanlar üzərində 1730-cu ildə qəti qələbə çalındı. 1729-cu ildə Qəndahar şəhərində, Dəludustanda əfqan qüvvələri tamamilə darmadağın edildi. Nadir [[Qəndəhar]]ı tutmaqla [[Səfəvi]] ordusunun şərəfini və eyni zamanda Səfəvilərin əldən getmiş torpaqlarını geri qaytardı.  <ref>  M.H.Qüddusi. Nadir şah. Bakı, 1999, s.102.</ref> Nadir 1730-cu ilin mart ayında 25 min atlı və xeyli sayda qoşunla Həmədana doğru irəlilədi. Nadir qəflətən [[Nəhavənd]]də [[Osmanlı]] qoşunlarını darmadağın etdi və osmanlı ordusunun baş komandanı Osman paşa [[Həmədan]]a qaçdı. Nadir irəliləyərək daha sonra 50 minlik [[Osmanlı]] ordusuna ağır zərbə vurdu və Osmanlı ordusu məğlub olub,[[Bağdad]]a çəkildi. Çoxlu sayda silah, at və cəbbəxana sursatları Nadirin əlinə keçdi. Nadir tezliklə Həmədanı tutub Kirmanşaha hücum etdi. Osmanlı ordusunun baş komandanı Həsən paşa [[Kirmanşah]]ı buraxıb, [[Həmədan]]a qaçdı. [[Nadir şah]] [[Azərbaycan]]ı osmanlılardan təmizləmək üçün [[Gürcüstan]]dan Azərbaycan ərazisinə keçdi. Bu xəbəri eşidən Osmanlı sultanı 1730-cu ilin 24 iyulunda Səfəvilərə rəsmi müharibə elan etdi. Nadir Miyandaba şəhərində toplaşan [[Osmanlı]] qoşunlarına hücum etdi, 100 minlik Nadiri nqoşunu qarşısında Osmanlı ordusu [[Marağa]]ya doğru qaçdı. [[Nadir şah]] onları təqib edib, Marağanı və onun ətrafını osmanlılardan azad
etdi. Nadir iki gün Marağada qaldıqdan sonra [[Təbriz]]i azad etmək üçün Təbrizə doğru hücuma keçib, Rüstəm paşa və Mustafa paşanın ordularını
darmadağın edib, 17 avqust 1730-cu ildə Təbrizi osmanlılardan azad etdi.
Nadirin dalbadal qələbələri osmanlıları narahat etdi. Osmanlılar elə zənn edirdilər ki, ruslar Nadirə kömək edirlər. O dövrün fransız səfiri '''Şevalye Qerqan 1730-cu ildə İsfahandan Fransaya gedərkən yazır: «Bəsrədən Bağdada, Hələb darvazalarına qədər hamı Nadir xanın adı gələndə tir-tir əsirdi».''''<ref>Mərvi Məhəmməd Kazım. «Aləm Ara-ye Naderi» Tehran, I c. s 468.</ref>[[II Şah Təhmasib]] 1731-ci ildə osmanlılarla müharibəyə başladı. Lakin [[II Şah Təhmasib]]in ordusu [[Həmədan]] yaxınlığında Qurcanda [[osmanlılar]]la döyüşdə məğlub oldu və yenidən osmanlılar Əli paşanın başçılığı ilə
[[Azərbaycan]]a yürüş edib, [[Təbriz]]i, [[Marağa]]nı tutdu. 11 yanvar 1732-ci ildə Təhmasib şah osmanlılar ilə sülh müqaviləsi(Kirmanşah müqaviləsi) bağlamalı oldu. 1732-ci ildə [[Nadir Şah]] Təhmasibi hakimiyyətdən kənarlaşdırıb, 8 aylıq [[III Şah Abbas]]ı Səfəvi şahı elan etdi. Tezliklə Nadir
1732-ci ildə Kirmanşahı osmanlılardan azad etdi. Daha sonra o, [[Kərkük]] və
[[Van]] şəhərlərinə hücum edib, [[osmanlı]] ordusundan azad etdi. [[Bağdad]]a doğru hücuma keçdi, tezliklə o, [[Kərbəla]], [[Nəcəf]] və köhnə [[Bağdad]] şəhərini tutdu. Osmanlı imperatoru Bağdadın vəziyyətinin çətin olduğunu görüb, görkəmli sərkərdəsi Topal Osman paşanı 100 minlik qoşunla [[Bağdad]]a göndərdi. Bu döyüşdə Osman paşa öldürüldü. Nadir tezliklə [[Təbriz]]i də azad etdi və yenidən 30 minlik ordu ilə [[Bağdad]]a
qayıtdı. Bir neçə gündən sonra [[Osmanlı]] ordusuna rəhbərlik edən Əhməd
paşa Nadirin yanına adam göndərib, sülh müqaviləsi bağlamasını təklif etdi. Tutduqları bütün [[Səfəvi]] torpaqlarını geri qaytaracaqlarını vəd etdi. 1733-cü ilin qışında [[osmanlılar]]la sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən Səfəvi əsirləri və işğal olunmuş Səfəvi torpaqları geri qaytarıldı. Bundan sonra Nadirin qoşunları 1734-cü ilin 21 martında [[Novruz bayramı]]nı [[Şiraz]]da təntənə ilə qeyd etdi və [[Osmanlı dövləti]]nə xəbərdarlıq etdi ki, [[Araz çayı]]nın şimalındakı [[Azərbaycan]] torpaqlarını geri qaytarsınlar. Tezliklə Nadir anladı ki, [[Osmanlı dövləti]] Bağdad sülhünə əsasən [[Araz çayı]]nın şimalında olan [[Azərbaycan]] torpaqlarını qaytarmaq istəmir. Nadir rus hökumətinin səfiri Kaluşkindən Xəzərboyu əyalətlərdən əl çəkməyi tələb etdi. Nadir [[Şamaxı]]ya hücum edib (bu taktiki siyasi addım idi) rus dövlətini qorxuya saldı, həmçinin gürcü çarı VI Vaxtanq Nadirin qorxusundan ruslara itaət etməkdən əl çəkib, Nadirə itaət etdi. 1735-ci il noyabrın 10-da [[Gəncə]]də bağlanan müqaviləyə əsasən rus qoşunları zəbt etdikləri Xəzəryanı ərazini Nadirin hücumundan qorxub tamamilə tərk etdilər. 1735-ci ilin
yazında Nadir, demək olar ki, Azərbaycanın qərb torpaqlarını – Gəncəni,
[[Borçalı]]nı, İrəvanı, həmçinin [[Gürcüstan]]ı, [[osmanlılar]]dan azad etdi. 1735-ci ildə [[Qars]]ı mühasirəyə aldı, may ayının 15-də [[Qars]]ı və onun ətrafını ələ keçirtdi. [[Nadir şah|Nadirin]] qoşunları [[Osmanlı]] ərazisində [[Ərzurum]], [[Qars]], [[Van]] əyalətlərini və bir sıra şimal bölgələrini yenidən öz imperiyasının tərkibinə qatdı. Bundan sonra o, qoşununu cənuba – [[Fars körfəzi]]nin əyalətlərinə çəkib, tezliklə [[Bəsrə]]ni, Bəhreyni ələ keçirtdi. [[Fars körfəzi]]ndə apardığı müharibələrdə dəniz donanmasının da yaranmasına böyük əhəmiyyət verdi.<ref>  Mərvi Məhəmməd Kazım. «Aləm Ara-ye Naderi» Tehran,s.421,224.</ref><ref>  M.H.Qüddusi. Nadir şah. Bakı, 1999, s.98.</ref> 1741-ci ildə [[Dərbənd]]dən [[Osmanlı dövləti]]nə tərəf geri qayıtdı. [[Dərbənd]]də olarkən o, [[Xəzər dənizi]]ndə də donanma təşkil etmək və gələcəkdə türklərin əzəli torpağı olan Həştərxan və Volqaboyu əraziləri də ələ keçirtmək niyyətində idi. Lakin osmanlılarla gedən müharibə onu bu fikrindən daşındırdı.

[[Şəkil:Nadir Shah at the sack of Delhi - Battle scene with Nader Shah on horseback, possibly by Muhammad Ali ibn Abd al-Bayg ign Ali Quli Jabbadar, mid-18th century, Museum of Fine Arts, Boston.jpg|250px|thumbnail|[[Nadir şah]]ın [[Hindistan]]a yürüşü]]
[[Nadir şah]] Rusiya və Osmanlı dövlətləriylə əlaqələri nizama saldıqdan sonra Hindistana üz tutur. [[Nadir şah]]ın Hindistana yürüşünün səbəbi bu ölkənin ərazisində sığınacaq tapan qiyamçı [[əfqanlar]]a qarşı [[Hindistan]] sarayının qətiyyətli mövqe tutmaması ilə əlaqələndirilir. İstər şimaldakı əbdali [[əfqanlar]]ı, istərsə
cənubda gilzayi əfqanları mütəmadi olaraq qiyamçı yürüşlər edib mərkəzi dövlətin möhkəmlənməsinə zərbə vurdular. Hakimiyyətinin
möhkəmləndirilməsi üçün ciddi narahatçılıq mənbəyi olan əfqan qiyamçılarının əsas
qüvvələrinin bir dəfəlik susdurulması [[Nadir şah]]ın
arzularından biri idi. Amma əfqanlar Nadir şahın qoşunlarının təqibindən qaçıb [[Hindistan]] ərazisində sığınacaq tapa bilirdilər. . Nadir şah Hindistan padşahı
Məhəmməd şah Gurganinin nəzərinə çatdırdı ki, Qəndəharın gilzayi əfqanlarından təmizlənməsi
üçün lazımi tədbirlər həyata keçirəcəkdir. Bu zaman əfqanlar [[Kabul]]a və oradan da [[Hindistan]]a geri çəkiləcəklər. Nadir şah buna yol verməmək üçün sərhədlərin bağlanmasını xahiş edirdi. Nadirin göndərdiyi elçinin Məhəmməd şah qayıtmasına izin vermədi. Nadir bundan qəzəblənib, 1738-ci ilin yazında [[Qəznə]] və [[Kabul]]a hərəkətə keçdi. 1738-ci ilin 14 iyununda
Nadirin qoşunları [[Qəznə]]yə çatdı. Oradan [[Kabul]]a keçdi. Kabul hakimi Nəsir
xan [[Dehli]]dən kömək istədi. Lakin onlardan heç bir kömək gəlmədi. Tezliklə
Kabul təslim oldu və Nadirin qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma başladı. Onu da vurğulayıram ki, [[Nadir şah]] Məhəmməd şaha bir neçə dəfə müraciət etsə də, Məhəmməd şah ona cavab verməmişdi. Nadir də bu soyuqqanlılıqdan sonra Məhəmməd şahın üzərinə hücum etmək qərarına gəlimişdi. Tezliklə [[Pişəvər]], [[Lahor]] əyalətləri Nadir tərəfindən zəbt olunur. Nadirin ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək, Yəminabadın, Abadı, [[Kəşmir]]i, Xornalı və [[Hindistan]]ın başqa şəhərlərini ələ keçirtdi. [[Nadir şah]]ın qoşunları Hindistanın qərb hissəsini fəth edib, [[Dehli]]yə
yaxınlaşdılar. 1739-cu ilin 24 fevralında Məhəmməd şahın qoşunları Nadirin qoşunları ilə Dehlinin yaxınlığında, Karnal deyilən ərazidə qarşılaşdılar. Mənbələrə görə, hind qoşunlarının sayı 350 min nəfər, [[Nadir şah]]ın qoşunlarının sayı isə 160 min nəfər idi. Hind qoşunlarının əhatə etdiyi ərazi 50 hektarlıq bir sahə idi. Bu üstünlüklərə baxmayaraq, tezliklə Nadirin ordusu özündən qat-qat güclü olan hind ordusunu darmadağın etdi. Məhəmməd şah sülh müqaviləsi bağlamağa məcbur qaldı. 31-də ordusu ilə birgə Nadirə təslim oldu. Məhəmməd şah da türk-soylu sülalədən olan bir şah idi. Ona görə [[Nadir şah]] onun şahlığını əlindən almadı bu mərhəmət müqabilində 150 (75 milyon) kurur tümən müharibə xərci kimi Hindistan tərəfindən ödənildi. Eyni zamanda müqavilədə hansı ərazilərin əfşarlar dövlətinin tərkibinə qatılması da dəqiqləşdirildi. Bu ərazilər aşağıdakılar
idi:Ətək çayının və [[Sind çayı]]nın Absind və Nalasəng qalalarından qərbdə olan ərazilər, yəni, [[Pişavər]], [[Kabul]] əyaləti, [[Qəzni]], [[Əfqanıstan]], hezarələr yaşayan ərazilər və s. Bir sözlə Ətək çayının qərbindən başlayaraq keçmiş Səfəvi
sərhədlərinə qədər olan ərazilər [[Azərbaycan]]a
verilməli idi. Həmin ərazilərin idarə edilməsi Nadir şah sarayının ixtiyarna verilirdi. [[Hindistan]] daxilindəki işləri nizama saldıqdan, çoxlu sayda sərvət ələ keçirdikdən və istirahət üçün zəruri olan vaxt başa çatdıqdan sonra Nadir şah
geri qayıtmaq qərarına gəldi. “Tarix-e Cahanqoşaye Naderi”nin yazdığına görə, Nadir şah Hindistanda 57 gün qaldı.<ref>  M.H.Qüddusi. Nadir şah. Bakı, 1999, s.67,78.</ref>

Hindistandakı işləri qaydaya salandan sonra [[Nadir şah]] [[Türküstan]]a yürüşə hazırlaşır. [[Türküstan]]a yürüş başlanmasının
əsas səbəbi [[Türküstan]] xanı İlbars xanın [[Nadir şah]]a qarşı saymazyanalığı, dəfələrlə [[Xorasan]]
vilayətinə basqınlar etməsi, Xorasana növbəti müdaxilələrin qarşısının birdəfəlik alınması istəyi idi. 1740-cı ilin yazında Türküstana doğru yürüşə
başladı. Nadirin [[Türküstan]]a yürüşü yerli xalqlar tərəfindən çox sevinclə qarşılandı. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadirin qoşunlarının üzünə açılırdı. Tezliklə Nadirin qoşunları 1740-cı il avqustun 20-də Kərki məntəqəsinə daxil oldular. Türküstan xanı Əbülfəz [[Əmir Teymur]]a məxsus olan qılıncı, [[Çingiz xan]]a məxsus olan dəbilqə və zirehi və çoxsaylı hədiyyələri, eyni zamanda bütün xəzinəsini Nadir şaha hədiyyə etdi. Nadir də öz növbəsində, Hindis tandan gətirdiyi qiymətli hədiyyələrdən Əbülfəz xanı və digər ona tabe olan əyyanları mükafatlandırdı. Əbülfəz xan ilə barışıq sazişi əldə edildikdən sonra [[Nadir şah]] Əbülfəz xanı yenidən Türküstan xanı elan etdi(vassal olaraq). 1740-cı il oktyabr ayın 17-də [[Türküstan]]ın şahlıq tacını ona qaytardı. 1740-cı il noyabr ayının 14-də İlbars xan məğlub edilərək öldürüldü və tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də Nadirin hakimiyyətini qəbul etdilər. Nadir şah tezliklə [[Xivə]]də, [[Xarəzm]]də öz hakimiyyətini bərqərar etdi.
[[Nadir şah]] [[Hindistan]]ı və [[Türküstan]]ı fəth etdikdən sonra [[Məşhəd]]ə qayıtdı. Daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul oldu. [[Türküstan]]ın fəthindən sonra qardaşı İbrahimin qisasını almaqdan ötrü Dağıstana yürüş etməli idi. Həmçinin bu yürüş İbrahim xanın qisasının
alınmasından başqa Dağıstan ərazisini və rus qoşunlarının da [[Şimali Qafqaz]]a girməsinin qarşısını almaq idi. 1741-ci il mart ayının
14-də [[Nadir şah]]ın qoşunları [[Məşhəd]]dən [[Dağıstan]]a doğru istiqamət götürdülər. 1742-ci ilin mayında [[Tabasaran]]da Nadir böyük əməliyyat keçirdib həmin əraziləri itaət altına aldı. Nadir [[Dağıstan]]da, Qumuxda, Qaraqayıtda
və [[Tabasaran]]da çox ciddi müqavimətə rast gəldi. Nadir belə bir qərara gəldi
ki, burada hücumlarını dayandırsın. [[Dağıstan]]ın nüfuzlu əyyanlarından olan
Üsmi Əhməd xan Qürreyş qalasında Nadirə ciddi müqavimət göstərdi, lakin Nadirin qoşunları tezliklə Qürreyş qalasını da ələ keçirtdi. Üsmi Əhmət xan gizlincə qaladan qaçaraq Avara üz tutdu. Nadirin əmri ilə Qürreyş qalası yerlə yeksan edildi. Döyüşlərin son dərəcə ağır getməsinə baxmayaraq, Nadir şahın qoşunları [[Dağıstan]]ın böyük bir hissəsini nəzarət altına ala bildi. 1742-ci ilin oktyabrında [[Samur çayı]] ətrafında məskunlaşan
və [[Nadir şah]]a itaətini bəyan edən dağlılar Nadir şah tərəfindən bahalı hədiyyələrə layiq görüldü.

[[Şəkil:Afsharid_Azerbaijan_Dynasty.jpeg|250px|thumb|left|
Əfşar İmperiyasının süvarisi]]

== Əfşarlar  dövlətinin parçalanması və dağılması ==

Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər həmişəkeşiyin dəstəyi ilə gecə yarı [[Nadir şah Əfşar|Nadir şahın]] çadırına daxil oldular, Nadir şahı qətlə yetirdilər.  <ref>Aləm Ara-ye Naderi, c.III, ... s.1196</ref> [[Adil şah|Əliqulu xan]] Nadir şahın qətli xəbərini alan kimi dərhal [[Məşhəd]]ə yola düşdü və Nadir şahın öldürülməsindən 16 gün sonra özünü [[Məşhəd]]də ölkə şahı elan etdi.  Əliqulu xanın əmri ilə [[Kelat]]da Rzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə yetirildi.  <ref>Aləm Ara-ye Naderi, c.III, ... s. 1197-1198</ref> Qətlə yetirilənlər arasında Nadir şahın kiçik yaşlı övladları və nəvələri var idi. Ədalətli şah olacağını qabartmaq üçün Əliqulu xan adını da dəyişdirdi və [[Adil şah]] adını öz üzərinə götürdü. Ona bəzən Əli şah kimi də müraciət olunurdu. 1748-ci ilin iyulunda [[Adil şah]] qardaşı [[İbrahim şah Əfşar|İbrahim]] tərəfindən məğlub edilərək öldürüldü.  <ref>Tarix-e Cahanqoşa-ye Naderi, ... s. 546</ref> Nadir şahın həyatına qəsd edən Adil şahın şahlığı cəmi bir il çəkdi. [[İbrahim şah Əfşar|İbrahim xan]] özünü şah elan etdi və adına sikkə zərb etdirdi. 1748-ci ildə [[İbrahim şah Əfşar]] ölkədə çox böyük gücə malik olan Əmiraslan xanı [[Marağa]] yaxınlığında məğlub edəndən sonra bütün hakimiyyəti öz əlində birləşdirdi.Əmiraslan xan məğlubiyyətə uğradıqdan sonra [[Azərbaycan]]da, [[Gürcüstan]]da, Luristanda, Xuzistanda, Farsda və [[Fars körfəzi]]ndə, habelə [[Kirman]]da olan [[Nadir şah]] qoşunlarının qalıqları, habelə [[əfqan]] və
[[özbək]] tayfaları onun tərəfinə keçdilər. Eyni zamanda adları çəkilən
vilayətlər də onun nəzarəti altına düşdülər. Mənbələrin verdiyi məlumata görə, İbrahim xanın tabeliyində olan qoşunların ümumi sayı 120 min nəfərə çatdı . İbrahim şah isə [[Şahrux şah Əfşar|Şahrux Mirzə]] tərəfindən öldürüldü.  <ref>  M.H.Qüddusi. Nadir şah. Bakı, 1999, s.417.</ref><ref>  Cahanqoşa-ye Naderi, ... s. 549</ref> Şahrux şahın da hakimiyyəti uzun sürmədi. Bir müddətdən sonra [[Sultan Hüseyn|Şah Sultan Hüseyn]]in bacısının əri, [[II Süleyman şah Səfəvi|Seyid Məhəmməd]] adlı birisi Şahrux şahı sünniliklə bağlı olması bəhanəsi ilə ona qarşı təbliğata başladı və ətrafına xeyli adam toplaya bildi. Onun tərəfdarları o qədər çoxaldı ki, hətta Şahrux şahın üzərinə qoşun da çəkdi. Seyid Məhəmməd öz tərəfdarları ilə birlikdə Şahrux şaha üstün gəldi. Şahrux şah həbs edilib gözləri çıxardıldı. Seyid Məhəmməd özünü Süleyman şah adı ilə şah elan etdi. Bununla da əslində, ölkə daxilində yenidən hərc-mərclik yaranmasına rəvac verildi.  Çox keçmədi ki, Şahrux Mirzənin sərkərdələrindən olan Yusifəli adlı birisi Süleyman şahın üstünə qoşun çəkdi. Onu öldürdü və [[Şahrux şah Əfşar|Şahrux şah]] yenidən şah elan edildi. Qısa müddətdən sonra [[Xorasan]]da güclənən çəkişmələr nəticəsində Şahrux Mirzə bir daha taxt-tacdan uzaqlaşdırıldı. Əhməd xan Əbdali Dürraninin rəhbərliyi altında olan əfqanlar hücumla Məşhədi tutub Şahrux şahı yenə taxta çıxardılar. Ölkədə qızışan daxili çəkişmələr [[Şahrux şah Əfşar|Şahrux şah]]ın hakimiyyətini yalnız [[Xorasan]] vilayəti ilə məhdudlaşdırırdı. Digər vilayətlərin hakimləri isə Şahrux Mirzə hakimiyyətini tanımaq istəmirdilər. 1796-cı ildə Xorasan vilayəti də Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı. [[Ağa Məhəmməd şah Qacar|Ağa Məhəmməd xan]] Şahruxu taxtdan saldı və öldürdü.  <ref>Larudi N., ... s.247-248</ref> Şahrux şahın oğlu [[II Nadir şah]] [[əfqanlar]]ın köməyi ilə 1800-cü ildə [[Xorasan]]da özünü hakim elan etdi. 1805-ci ildə o, [[Fətəli şah Qacar]] tərəfindən qətlə yetirildi. Bununla, Nadir şahın ölümündən 58 il sonra onun sülaləsinə də son qoyuldu.

== Əfşarların mənşəyi ==

''«Əfşar» – yəni «ovda çevik olan».Onlar Oğuz xanın oğlu Ulduz xanın övladlarıdır.''<ref>Tarix-i Qezelbaşan, Vivo-Book.com [[Bakı]] - [[2015]] səh.32.</ref>  Əfşar boyu [[Oğuz Xaqan]] dastanına görə oğuzların
24 boyundan biri<ref name="Iranica">[[Encyclopædia Iranica]]. Статья: [http://www.iranicaonline.org/articles/afsar-one-of-the-twenty-four-original-guz-turkic-tribes-t AFŠĀR]</ref>  və [[Qaşqarlı Mahmud]]a görə Divanı Lüğəti-Türkdəki iyirmi iki [[oğuz]] bölümündən altıncısıdır.  <ref>Atalay, Besim (2006). Divanü Lügati't - Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2 , Cilt I, sayfa 56  </ref>  <ref>  http://www.avsarotagi.org/2016/02/07/avsar-turkleri-hakkinda-bilgiler/  </ref> Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın(Afşarın) soyundan gəlir.

Əfşarlar [[Orta Asiya]]da , [[Dədə Qorqud]] dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə [[Xuzistan]], [[Xorasan]] yolu ilə [[Azərbaycan]]a, bir qismi isə [[İraq]], [[Suriya]] yolu ilə [[Anadolu]]ya gəlmişdilər və [[İran]]a, İraq Suriyasına, və [[Əfqanıstan]]a da yayılmışlar. Əfşarlar Oğuzun o biri nəvələri Qınıqlar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.Türklük şuurları olduqca güçlü bir boydur.  <ref>  http://www.azadliq.info/12240.html  </ref>

[[Azərbaycan]]da Əfşarların birinci dalğası [[1399]]-[[1400]]-cü ildə [[Əmir Teymur]] tərəfindən,  Qorgin Bəy Usalu (Qurd Osalu) adında birini bu bölgənin([[Urmiya]]nın) valisi təyin edən zaman yerləşmişdir.  <ref>  B. Nikitin, “Urmiya Avşarları”, 1929  </ref>

== Əfşar şahları ==
{| class="wikitable"
! colspan=2|Adı
! Portreti
! Atası
! Həyatı
! Hakimiyyətinin başlanğıcı
! Hakimiyyətinin sonu

! style="background-color:White" | 1
| [[Nadir şah]]
| [[Şəkil:Nader Shah Afshar.jpg|80px]]
| [[İmamqulu bəy Əfşar]]
| 1688–1747
| 21 mart 1736
| 19 iyun 1747

! style="background-color: White" | 2
| [[Adil şah]]

| [[İbrahim xan Əfşar]]
| 1719–1748
| 17 iyun 1747
| iyul 1748

! style="background-color: White" | 3
| [[İbrahim şah Qırxlı-Avşar|İbrahim şah]]

| [[İbrahim xan Əfşar]]
| 1717–1748
| iyul 1748
| sentyabr 1748

! style="background-color: White" | 4
| [[Şahrux şah Qırxlı-Avşar|Şahrux şah]]

| [[Rzaqulu mirzə Avşar|Rzaqulu xan Əfşar]]
| 1734–1796
| sentyabr 1748
| 1749 (1796)

! style="background-color: White" | 5
| [[II Nadir şah Qırxlı-Avşar|II Nadir şah]]

| [[Şahrux şah Qırxlı-Avşar]]
| ?–1803
| noyabr 1797
| aprel 1803

== Ədəbiyyat ==
* Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). [[Bakı]]. "Elm". 2007. 592 səh. + 56 səh. illüstrasiya.
* [[Ənvər Çingizoğlu]]. Aydın Avşar. Avşarlar. [[Bakı]]. "Şuşa". 2008. 352 səh.
* [[Ədalət Tahirzadə]]. [[Nadir şah Əfşar]].(Tərcümeyi-hal oçerki). 2-ci nəşr. [[Bakı]]. “Çıraq” nəşriyyatı. 2005. 40 səh.
* Azərbaycan tarixi. I cild. (ən qədim zamanlardan XX əsrədək). [[Bakı]]. "Azərnəşr". 1994.  680 səh.
* Mərvi Məhəmməd Kazım. «Aləm Ara-ye Naderi» III cilddə Tehran 1371.
* Astrabadi Mirzə Mehdi xan. Tarix-e Cahanqoşa-ye Nader-i. Tehran, 1368.
* M.H.Qüddusi. Nadir şah. Bakı, 1999.

== İstinadlar ==
<references/>

== Həmçinin bax ==
* [[Nadir şah Əfşar]]
* [[Qorçubaşı]]
* [[Azərbaycan tarixi]]

[[Kateqoriya:Əfşarlar]]