Difference between revisions 3779085 and 3997220 on azwiki

'''Həsənli Tural Əli oğlu''' - rəssam, Azərbaycan Rəssamları İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü{{Rəssam
|Şəkil = Tural Həsənli.jpg
|Şəkil məlumat= 
|Şəkil miqyası = 300
|Adı  = Tural Həsənli
|Tam adı = Həsənli Tural Əli oğlu 
|Digər adları = 
|Doğum tarixi = [[1987]]
|Doğum yeri = [[Naxçıvan]]
|Vəfatı = 
|Vəfat yeri = 
|Vəfat səbəbi = 
|Sayt = 
|IMDB = 
}}

== Həyatı ==

Tural Həsənli 1987-ci ildə Naxçıvan şəhərində doğulmşdur. 2004-cü ildə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbini bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsinə qəbul olmuş, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda isə həmin universitetin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasında təhsil almaqdadır. O, respublikadaxili sərgi və müsabiqələrdə iştirak etmiş və bir sıra uğurlara nail olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi ümumrespublika üzrə “Narkomaniya əsrimizin bəlasıdır” mövzusunda respublika III-sü, 2006-ci ildə eyni adlı müsabiqənin həvəsləndirici mükafatına layiq görülmüşdü. 2005-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamları İttifaqının birgə təşkilatçılığı ilə Bakı şəhərində naxçıvanlı rəssamlardan ibarət təşkil olunmuş “Naxçıvan naxışları” adlı sərgidə əsərləri sərgilənmişdir. Həmçinin, 2011-ci ildə V.Səmədova adına sərgi salonunda təşkil olunmuş “Naxçıvan rəssamları” adlı qarışıq sərgidə də iştirak etmişdir. 2006 – cı ildə Türkiyə Respublikasının Van şəhərinin “100-cü yıl Universiteti”ndə və həmin ilin sonlarında Naxçıvan Dövlət Universitetində fərdi sərgiləri açılmışdır.

2009-cu ildə qonşu İran İslam Respublikasında hər il keçirilən müsəlman ölkələrin ənənəvi 16-cı Beynəlxalq Vizual İncəsənət Festivalında (16 th “The 16 th İnternational Festival of  Visual Arts for young Artists” Gorgan-İran, 08-16 iyul 2009-cu il) ölkəmizi layiqincə təmsil etmişdir.  
2009-cu ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş Azərbaycan Mədəniyyəti günlərində azərbaycan rəssamlarının əsərlərindən ibarət qarışıq sərgidə də iştirak etmişdir. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin 40-cı ildönümü ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskva və Novosibirsk şəhərlərində keçirilmiş yubiley sərgilərinin də iştirakçısı olmuşdur.

2011-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Rəssamlar İttifaqı ilə birgə keçirdiyi “Xocalı soyqırımı” respublika sərgi – müsabiqəsində (“Tarixin qanlı illəri” adlı əsərilə)  həvəsləndirici yeri tutmuşdur. Rəssam karikatura sahəsində çıxışları ilə də bir sıra beynəlxalq uğurlara nail olmuşdur. Portuqaliya, İran, Türkiyə, Almaniya, Serbiya, İtaliya, Hindistan, Çin kimi ölkələrdə keçirilən ənənəvi karikatura müsabiqələrinin, həmçinin Azərbaycanda hər il keçirilən “Molla Nəsrəddin” beynəlxalq karikatura müsabiqəsinin iştirakçısı olmuşdur. Həmçinin, əsərləri adıçəkilən müsabiqənin kitab-kataloqunda nəşr olunmuşdur. Eyni zamanda onun karikaturaları ölkəmizdən xaricdə keçirilmiş müsabiqələrin (40-cı Osten Dünya Karikaturalar Qaleriyası adlı sərgi müsabiqənin kitab kataloqu - Makedoniya, 2012-ci il, “Yılmaz Güney” karikatura müsabiqəsinin kitab kataloqu - Türkiyə,  2012-ci il, 32-ci “Hoca Nasreddin” beynəlxalq karikatura müsabiqəsinin kitab kataloqu – Türkiyə, 2012-ci il) ən yaxşı əsərlərdən ibarət kitab kataloqlarında da çap olunmuşdur. Bununla yanaşı karikaturaları Türkiyənin “Fenamizah” adlı aylıq karikatura jurnalında dərc olunmaqdadır. O, 2011-ci ildə keçirilmiş IV “Molla Nəsrəddin” beynəlxalq müsabiqəsində 63 ölkənin iştirak etdiyi 307 karikaturaçının müəllifi olduğu 670 karikatura əsəri içərisindən yalnız xüsusi mükafata  layiq görülmüşdür.

Azərbaycan Rəssamları İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin  üzvüdür.
2009 və 2012 ci illərdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən gənc rəssamı” seçilmişdir. 2012-ci ildən Prezident təqaüdçüsüdür.

[[Kateqoriya:Azərbaycan rəssamları]]
[[Kateqoriya:Naxçıvanda doğulanlar]]
[[Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri]]