Difference between revisions 3799322 and 4991149 on azwiki

{{Şəxs
|Adı              = İlkin Cavanşirov
|Orijinal adı     = Cavanşirov İlkin Zülqədər oğlu 
|Şəkil            =İlkin Cavanşirov.png 
|Şəkil miqyası    = 250px
|Şəkil məlumat    = 
|Digər adı        = 
|Doğum tarixi     = {{doğum tarixi|1933|09|28}}
(contracted; show full)

== Həyatı ==
1933-cü il sentyabrın 28-də anadan olmuşdur. 2 nömrəli taksi maşınları parkında sürücü işləyirdi. 9 övlad böyüdüb. Kiçik övladının 14 yaşı var. İlkin kişinin övladları: Zülqədər, Əsəd, Solmaz, Sona, Nüsrət, Sevda, Arif, Zaur, Elçin. O müdhiş gecə güllə səsləri eşidəndə eyvana çıxıb. Küçədəkilər qışqırıblar ki, əsgərlər dinc əhalini qırır. O, oğlu Nüsrəti götürüb getmək istəyəndə evdə soruşublar ki, hara gedirsən? Cavab verib ki, 
kgedim, bəlkə kiməsə kömək lazımdır. Getdi, kiməsə kömək elədi, ona isə kömək eləmək mümkün olmadı. Yaralını götürüb xəstəxanaya apararkən Avtovağzal rayonunda gülləyə tuş oldu. İlkin kişi qolundan və başından yara aldı. 09-67 AQB nömrəli taksi maşınında 18 güllə yeri var. Yanvarın 23-də Semaşko adına təcili yardım xəstəxanasında vəfat etmişdir. 9 uşaq atasının vəfatı Tümendə- ki «Alma» kooperativinin üzvlərini daha çox məyus etmişdir. Onlar İlkin kişinin uşaqlarını həddi-buluğa çatanadək himayəyə götürüblər. Tək bircə ailənin dərdi görün neçə-neçə ürəkdə özünə yer tapıb. İlkin Cavanşirov Şəhidlər xiyabanında dəfn edilib.

== Ünvan ==
Bakı, Qorki küçəsi 7, mənzil 16.

== Həmçinin bax ==
* [["20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı]]
* [[Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı]]
* [[Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)|Şəhidlər Xiyabanında dəfn olunanlar]]

== İstinadlar ==
* {{cite book |author=Qulu Kəngərli |date=1992 |title='''20 Yanvar şəhidləri''' |url=http://elibrary.bsu.az/yenii%5Cebookspdf%5Cqara_yanvar_%C5%9F%C9%99hidl%C9%99ri.pdf |location=Bakı |publisher=Gənclik |pages=312 səh |isbn=4702060204 |archiveurl=http://web.archive.org/web/20150717121740/http://www.ebooks.az/view/isNJXSro.pdf |archivedate=2015-07-17 |accessdate=2017-01-18 |ref=az}}