Difference between revisions 3907263 and 3907476 on azwiki'''Məxməri gərməşov (''Euonymus velutina'' Fisch.et C.A. Mey.)''' - gərməşovkimilər fəsiləsinə aid bitki növüdür.<ref name=":3">Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.</ref> == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: == “Nəsli kəsilməyə həssas olanlar”– VU D2. Azərbaycanın nadir növüdür. <ref name=":3" />⏎ ⏎ == Qısa morfoloji təsviri: == 1,5-4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3-5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs –yumurtavari, 2-8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1-6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir. Toxumu yumurtavari, qonur tamamilə örtüklə əhatə olunmuşdur. <ref name=":1">Azərbaycanın ağac və kolları, 1970</ref> <ref>Səfərov H.M., Fərzəliyev V.S., 2008</ref> == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: == May – iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Tozlanması entomofildir. Mikrofanerofitdir. Toxum vasitəsilə və vegetativ üsulla çoxalır. Dəniz səviyyəsindən 1800 m yüksəkliyə kimi olan işıqlı meşələrdə, dağ yamaclarında və dərələr boyunca bitir, orta dağ qurşaqlarınadək qalxır. Seyrədilmiş meşələrdə, meşə kənarında, kollar arasında, dağ yamaclarında və vadilərdə dağınıq halda bitir. <ref name=":2">Флора Азербайджана, 1955</ref> <ref name=":1" /> Dekorativ bitkidir. Yaşıllaşdırmada istifadə olunur. Yarpaqlarında alkalloidlər vardır. Kök qabığındakı kauçukabənzər maddələrin miqdarı 5-7%-dir. <ref name=":2" /> == Yayılması: == Kür –Araz ovalığı, Kiçik Qafqazın mərkəzi və cənub hissəsi (Xocavənd), Böyük Qafqazın qərb (Zaqatala Dövlət Təbiət Qoruğu) və şərq hissəsi (İsmayıllı rayonu-Talıstan kəndi), Lənkəran Muğanı, Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu – Bürcəli və Rvo kəndləri ətrafı; Lerik rayonu –Hamarat kəndi ətrafı). <ref name=":2" /> <ref>Azərbaycanın SSR-in Qırmızı kitabı, 1989</ref> == Ümumi yayılması: == İran və Оrta Asiyada təbii yayılma sahəsi vardır. Azərbaycanda yayılması: Ismayıllı-Zaqatala, Lənkəran-Astara, Gədəbəy bölgələrində yayılmışdır. <ref name=":0">[[Tofiq Məmmədov (botanik)|Tofiq Məmmədov]], Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.</ref> == Bitdiyi yer: == Meşə kənarlarında, dağ yamaclarında işıq düşən yerlərdə rast gəlinir. Dəniz səviyyəsindən 1500–1800 m arasında hündürlüklərədək bitə bilir. <ref name=":0" /> == Sayı və tendensiyası: == Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir. <ref>Məmmədov T.S., Fərzəliyev V.S., Səfərov H.M.. 2013</ref> == Məhdudlaşdırıcı amillər: == Yanğınlar və ağacların qırılması nəticəsində bitmə şəraitinin pozulması, təbii bərpanın zəifliyi. == Mühafizə tədbirləri: == Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. == Mənbə: == {{İstinad siyahısı}} All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3907476.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|