Difference between revisions 3939198 and 4847325 on azwiki

{{Rəssam
|Adı            = İmaş  Hacıyev
|Orijinal adı   = İmaş  Adışirin oğlu Hacıyev
|İlk adı        = 
|Şəkil          = 
|Şəklin eniölçüsü     = 
|Şəkilaltı yazlin izahı = 
|Doğum tarixi   = {{doğum tarixi|1960|1|14}}
|Doğum yeri     = 
|Vəfatı tarixi         = 
|Vəfat yeri     = 
|Milliyyəti     = [[Azərbaycanlı]]
|Təbəəlik       = 
|Vətəndaşlığı   = 
|Janrı          = 
|Təhsili        = 
|Stili          = 
|İTanınmış işləri         = 
|Hamiləri       = 
|NüfuzuTəsir edib         = 
|Mükafatları    = 
|Saytı           = 
|İmzası         = 
|Vikianbar      = 
}}

'''İmaş Hacıyev''' — sənətşünaslıq üzrə fəlsəfə doktoru, Memarlıq və İncəsənət İnstitutunun Ümumi işlər üzrə direktor müavini

== Həyatı ==
İmaş Hacıyev 1979-cu ildə Bakı şəhərində 84 № -li Texniki məktəbi reklam  – tərtibat işləri üzrə vitrajçı  – rəssam ixtisası alaraq fərqlənmə ilə, 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir<ref name="mii.az">{{cite web|url=http://mii.az/execution001/?lang=AZ |title=Ümumi işlər üzrə direktor müavini:İmaş Hacıyev |author= |date=2010 |work=AMEA – Memarlıq və İncəsənət İnstitutu |publisher=mii.az |accessdate=2014-10-10 |language=az}}</ref>.

== Yaradıcılığı ==
2004-cü ildə namizədlik (indiki fəlsəfə doktorluğu) dissertasiyası müdafiə etmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 2009-cu ildə dosent elmi adını almışdır. 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqına, 2008-ci ildə Azərbaycan Dizaynerlər İttifaqına üzv qəbul edilmişdir<ref name="mii.az" />.

Respublikada və eləcə də xarici ölkələrdə – Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna və Qazaxıstanda  dərc olunmuş  80-ə qədər elmi məqalələrin müəllifidir<ref name="mii.az" />.

Bir neçə metodik vəsaiti – “Milli dəyərlər təlimi” (2000), “Təsviri incəsənət və onun tədrisi metodikası” – məktəbəqədər təhsilin pedaqogikası və metodikası ixtisası üçün (2008), “Təsviri incəsənət və onun tədrisi metodikası” – ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üçün (2009) çap olunmuşdur<ref name="mii.az" />.

“Azərbaycanda sənaye dizaynının təşəkkülü və inkişaf istiqamətləri” (Bakı, 2011)  monoqrafiyası,  “Şərq miniatür sənətində kompozisiya quruluşunda forma və üslub xüsusiyyətləri”  (Bakı, 2012) adlı kitabı nəşr edilmişdir<ref name="mii.az" />.

Yerli və Beynəlxalq konfransların iştirakçısı olmuşdur<ref name="mii.az" />.

Müxtəlif sərgilərin  iştirakçısı olmuş, 1992-1994-cü illərdə Sumqayıt şəhərində fərdi sərgiləri keçirilmişdir<ref name="mii.az" />.

== İstinadlar ==
{{İstinad siyahısı}}