Difference between revisions 3949977 and 3995209 on azwiki

{{Takson
| aləmi                     = Bitkilər
| şəkil                     = Prunus laurocerasus fruit.jpg
| şəkil məlumat             = 
| şəkilaltı yazı            = 
| yuxarı takson             = Laurocerasus
| ranqı                     = Növ
| latınca adı               = Laurocerasus officinalis
(contracted; show full)arın təhlükə meyarları müəyyən edilmişdirşdir. Bundan  əlavə kitabda verilmiş  növlərin  arealları, bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehtiyatın dəyişmə səbəbləri və qoruma tədbirləri haqda məlumatlar verilmişdir.Əsərdə Azərbaycanın “Qırmızı kitabı”na salınması tövsiyyə edilmişdir. Fikrimizə oxuculara təqdim olunan bu kitab, az da olsa vətəndaşlarımıza  ölkəmizdə ekoloji tarzlığın  saxlanılması və nadir incilərimizin  tanınması və mühafizə edilməsi baxımdan öz töhvəsini verəcək və maarifləndirəcəkdir.


Elmi adı - ''Laurocerasus officinalis'' M. Roem. <ref>Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996</ref><ref>Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-duksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011.</ref>

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “''Nəsli kəsilməyə həssas olanlar''” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın '''nadir''' növüdür. <ref name=":0">http://redbook.az/?options=project&id=D%C9%99rman%20d%C9%99fn%C9%99gil%C9%99nar%C4%B1</ref><ref name=":1">Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013</ref>

== Qısa morfoloji təsviri ==
Həmişəyaşıl kol və ya ağacdır. Hündürlüyü 5-6 (10) m-dir. Yarpaqları dərivari, uzunsov- ellipsşəkilli, 5-20 sm uzunluğunda, tamkənarlı və ya az hallarda seyrəkdişlidir, üst tərəfdən parıldayan tünd-yaşıl, alt tərəfdən bir qədər solğundur. Çiçəkləri ikicinsli, beşüzvlüdür, ağırdır, sıx çiçək salxımları qrupuna toplanmışdır, kasayarpaqcıqları sivridir, ləçəkləri tərs-yumurtavaridir, 3mm-ə qədər uzunluqdadır; erkəkcikləri 20 ədəddir, yumurtalıq oturaqdır, sadə sütuncuqludur. Meyvələri dəyirmi-yumurtavari, çəyirdəklidir, yetişəndə qaradır, çəyirdəyi hamar, yumurtavaridir.<ref>Флора Азербайджана, 1954; Azərbaycanın ağac və kolları, 1964</ref><ref>Деревья и кустарники СССР. т.3. 1954</ref>

== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Aprel-may aylarında çiçəkləyir. Sentyabr ayında meyvə verir. Tozlanması entomofildir. Toxumla və vegetativ üsulla çoxaldılır. Mezofitdir, xüsusən quraqlıq rayonlarda kölgəyə davamlı, işıqsevən, rütubətə və torpağa tələbkardır. Aşağı və orta dağ qurşaqlarında, sıldırım dağ yamaclarında, təpəciklərdə, bəzən isə dəniz səviyyəsindən 2200-2300 m yüksəkliyədək olan yerlərdə, əsasən palıd, vələs və digər tipli meşələrdə meşəaltı cins kimi bitir. Dekorativ bitkidir. Oduncağı bərk, rəngi açıq-sarı, mərkəz hissəsi tünd-çəhrayıdır, yaxşı cilalanır, gözəl rəngə və yüksək texniki xüsusiyyətə malikdir. Meyvəsi yeməlidir. Qabığı, tumurcuğu və toxumu zəhərlidir, tərkibində sianid turşusu vardır.<ref name=":1" /><ref name=":0" />

=== Bioloji xüsusiyyətləri ===
Təbiətdə hündürlüyü 8 m-ə qədər olan ağac və ya koldur. Dəniz səviyyəsindən 600-800 m yüksəkliklərə qalxa bilir. Bit¬kinin gövdəsinin rəngi boz və ya qaramtıl rəngdə olur, hamar deyil, azca tüklüdür. Zogları tüklü olub, yaşıl sonra isə boz rəngə çevrilir. Yarpaqları 1,0-1,5 sm uzunluğunda olur və ellipsşəkillidir. Yarpaqlarının üst tərəfi tünd, alt tərəfi isə açıq yaşıl rəngdə olur. Çiçəkləri ag rəngdədir, qısa saplaqlı olub, ətirlidir. Çiçəkləri salxımşəkilli çiçək qrupunda toplanmışdır.

== Ümumi yayılması == 
Balkan yarımadası, Kiçik Asiya və İranda təbii arealları vardır. 
=== Azərbaycanda yayılması === 
Astara, Balakən rayonları ərazilərində təbii halda yayılmışdır.<ref>Azərbaycanın ağac və kolları. III cild. 1970</ref> 

Lənkəran ovalığı (Astara şəhərinin ətrafında), Böyük Qafqazın qərb hissəsi (Balakən rayonu Mazım çayının sol sahili). Hirkan Milli Parkının Aşağı Hıron kəndi yaxınlığında, dəniz səviyyəsindən 296 m yüksəklikdədir.<ref name=":0" /><ref>Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; Səfərov H.M., Fərzəliyev V.S., 2008; Safarov H.M.,2010</ref>
== Bitdiyi yer == 
Daşlı-qayalı quru yamaclarda rast gəlinir.
== Təbii ehtiyyatı == 
Azərbaycanda dar bir arealda yayılmışdır.
== Çoxalması == 
Generativ və vegetativ yolla çoxalır. 
== Təbii ehtiyatının dəyişmə səbəbləri == 
Başlıca olaraq insan fəaliyyətidir. 
== Becərilməsi ==  
Mədəni halda Nəbatat bağlarında becərilir. 
== Qəbul edilmiş qoruma tədbirləri == 
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.

== Sayı və tendensiyası ==
Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir.

=== Məhdudlaşdırıcı amillər ===
Populyasiyanın sayının azlığı və antropogen amillər. 

=== Mühafizə tədbirləri ==

=
[[Zaqatala Dövlət Təbiət Qoruğu]]<nowiki/>nda və [[Hirkan Milli Parkı]]<nowiki/>nda mühafizə olunur. 

=== Zəruri qoruma tədbirləri === 
Yeni yasaqlıqların yaradılması vacibdir.
== Məlumat mənbələri == 
Деревья и кустарники СССР. т.3. 1954; Флора Азербайджана. т.5. 1954;Azərbaycanın ağac və kolları. III cild. 1970; Красная Книга СССР.1984; Azərbaycanın “Qırmızı Kitabı”. 1989; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.  2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro-duksiyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.2011.

*[[Tofiq Məmmədov (botanik)|Tofiq Məmmədov]], Elman İsgəndər, Tariyel Talıbov.<nowiki>;</nowiki>  

*

== İstinadlar ==
[[Kateqoriya:Bitkilər]]