Difference between revisions 3953012 and 3953013 on azwiki

'''Məxməri gərməşov (''Euonymus velutina'' Fisch.et C.A. Mey.)''' - gərməşovkimilər fəsiləsinə aid bitki növüdür.<ref name=":3">Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.</ref>

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar”– VU D2. Azərbaycanın nadir növüdür. <ref name=":3" /><ref>http://redbook.az/?options=project&id=M%C9%99xm%C9%99ri%20g%C9%99rm%C9%99%C5%9Fov</ref>

== Qısa morfoloji təsviri ==
1,5-4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3-5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs –yumurtavari, 2-8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1-6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır(contracted; show full)== Məhdudlaşdırıcı amillər ==
Yanğınlar və ağacların qırılması nəticəsində bitmə şəraitinin pozulması, təbii bərpanın zəifliyidir.

== Mühafizə tədbirləri ==
Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. 

== Mənbə ==
 {{İstinad siyahısı}}