Difference between revisions 3981934 and 4095993 on azwiki'''Roza Muxtar qızı Mustafayeva – Azərbaycan alimi, texnika elmlər namizədi, dosent''' <ref>http://www.science.gov.az/forms/doktora-filosofii-instituta-radiatsionnyih--problem/2143</ref> == Həyatı == Roza Muxtar qızı Mustafayeva 01 iyul 1949-cu ildə [[Qazax rayonu]]<nowiki/>nun [[Şıxılı kənd icması|II Şıxlı kəndi]]<nowiki/>ndə qulluqçu ailəsində anadan olmuş, 1966-cı ildə həmin kəndin orta məktəbini, 1973-cü ildə [[Azərbaycan Dövlət Universiteti]]<nowiki/>nin (keçmiş ADU) kimya fakultəsini bitirmişdir. 1973-1975-ci illər Sumqayıt üzvü xlorlu məhsullar zavodunda kimyaçı-mühəndis, 1975-1976-cı illər Qazax rayonu II Şıxlı kəndində Mehdi Hüseyn adına sovxozun şərab zavodunda baş laborant vəzifəsində çalışmışdır. R.M.Mustafayeva 1976-cı ildən [[AMEA Radiasiya Problemləri İnstitutu]]<nowiki/>nda mühəndis, baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmış, 1994-cü ildə “Neft qalıqlarının Günəş enerjisi vasitəsilə emal edilməsi” mövzusunda dissertasiya müdafiə edərək yanacağın kimyası və texnologiyası ixtisası üzrə texnika elmlər namizədi alimlik dərəcəsini almışdır. O, 1995-ci ildən [[AMEA Radiasiya Problemləri İnstitutu|Radiasiya Problemləri İnstitutu]]<nowiki/>nda böyük elmi işçi vəzifəsində işləyir. == Elmi fəaliyyəti == R.M.Mustafayeva elmi fəaliyyəti boyu yüksək və aşağı potensiallı günəş energetik qurğuların müxtəlif texnoloji proseslərdə istifadə edilməsi, neft və biokütlə qalıqlarından yanar qazların alınması, tədqiq edilməsi, sənayedə və məişətdə aşağı potensiallı qurğuların istifadə edilməsi ilə məşğul olmuşdur. (contracted; show full) Mustafaeva R.M., Salamov O.M., Məmmədov F.F., Mahmudova T.Ə. İstilik və qaynar su təchizatı üçün avtomatlaşdırılmış günəş qurğusu. Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyi. İxtiraİ 2008 0053 == İstinad == All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=4095993.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|