Difference between revisions 4001721 and 4001746 on azwiki

=== Güləş ===
[[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nda güləş idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Çin Kəndtəsərrüfatı Universitetinin İdman Sarayında baş tutdu. Azərbaycanı bu idman növü üzrə 16 güləşçi təmsil etdi.

==== Yunan-roma güləşi ====
[[2008 Yay Olimpiya Oyunları|XXIX Yay Olimpiya Oyunları]]nda yunan-roma güləşçiləri 12-14 avqust tarixləri arasında mübarizə apardı. 12 avqustda, 2007 və 2008-cu illərin Avropa çempionu [[Rövşən Bayramov]] və 2005-ci ilin Avropa çempionu [[Vitali Rəhimov]] çıxış etdi.

[[Şəkil:Rövşən Bayramov 2008.jpg]]
55 kiloqram çəki dərəcəsində mübarizə aparan [[Rövşən Bayramov]], 1/8 final mərhələsində [[Misir]] güləşçisi Mustafa Məhəmməd ilə üz-üzə gəldi. Həmin görüşdə o, Mustafa Məhəmmədi 4:0 və 8:0 hesabları ilə məğlub etdi və növbəti mərhələyə vəsiqə qazandı. 1/4 final mərhələsində [[Rövşən Bayramov]], [[Kuba]] nümayəndəsi Yagniyer Hernandez ilə qarşılaşdı. Gərgin görüşün birinci hissəsində o, 5:0 hesabı ilə qələbə qazansada, növbəti hissədə 1:2 hesabı ilə məğlub oldu. Həlledici, üçüncü hissədə [[Rövşən Bayramov]], 4:0 hesablı qələbə qazandı və [[2008 Yay Olimpiya Oyunları|XXIX Yay Olimpiya Oyunları]]nın yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda o, 2006-cı ilin Avropa çempionu, erməni Roman Amoyan ilə üz-üzə gəldi. Prinsipial görüşdə [[Rövşən Bayramov]], rəqibi 7:2 və 4:1 hesabları ilə darmadağın etdi və yarışların həlledici, final görüşündə mübarizə aparmağ hüququ qazandı. [[Rusiya]] güləşçisi [[Nazir Mankiyev]]ə qarşı baş tutan final görüşünün birinci hissəsində, [[Rövşən Bayramov]] 3:4 hesabı ilə məğlub oldu. Sonuncu hissə 2:2 hesabı ilə başa çatsada, nəticədə [[Nazir Mankiyev]] qələbə qazandı. [[Rövşən Bayramov]] isə [[2008 Yay Olimpiya Oyunları|XXIX Yay Olimpiya Oyunları]]nın gümüş medalına layiq görüldü.

[[Şəkil:Vitali Rəhimov 2008.jpg]]
Həmin gün həmdə, 60 kiloqram çəki dərəcəsində çıxış edən [[Vitali Rəhimov]]da mübarizə apardı. O, 1/16 final mərhələsində [[Çin Xalq Respublikası|Çin]] güləşçisi Şenq Jianq ilə üz-üzə gəldi və rəqibini 3:0, 2:1 hesabları ilə məğlub etdi. [[Vitali Rəhimov]], 1/4 final mərhələsində [[Rumıniya]] nümayəndəsi Eusebiu Diaconu ilə üz-üzə gəldi. Gərgin görüşdə o, Eusebiu Diaconunu 1:1, 0:3 və 4:2 hesabları ilə məğlub etdi və növbəti mərhələyə vəsiqə qazandı. Yarım-final mərhələsinə gedən Vitali Rəhimov, Atlatna və (contracted; show full)|[[Əli İsayev]]
|120 kq.
|
|
|
|
|
|}