Difference between revisions 4001763 and 4001764 on azwiki=== Güləş === [[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nda güləş idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Çin Kəndtəsərrüfatı Universitetinin İdman Sarayında baş tutdu. Azərbaycanı bu idman növü üzrə 16 güləşçi təmsil etdi. ==== Yunan-roma güləşi ==== [[2008 Yay Olimpiya Oyunları|XXIX Yay Olimpiya Oyunları]]nda yunan-roma güləşçiləri 12-14 avqust tarixləri arasında mübarizə apardı. 12 avqustda, 2007 və 2008-cu illərin Avropa çempionu [[Rövşən Bayramov]] və 2005-ci ilin Avropa çempionu [[Vitali Rəhimov]] çıxış etdi. [[Şəkil:Rövşən_Bayramov_2008.jpg|left|thumb|330x330225x225px|[[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nın gümüş medalçısı [[Rövşən Bayramov]]]] 55 kiloqram çəki dərəcəsində mübarizə aparan [[Rövşən Bayramov]], 1/8 final mərhələsində [[Misir]] güləşçisi Mustafa Məhəmməd ilə üz-üzə gəldi. Həmin görüşdə o, Mustafa Məhəmmədi 4:0 və 8:0 hesabları ilə məğlub etdi və növbəti mərhələyə vəsiqə qazandı. 1/4 final mərhələsində [[Rövşən Bayramov]], [[Kuba]] nümayəndəsi Yagniyer Hernandez ilə qarşılaşdı. Gərgin görüşün birinci hissəsində o, 5:0 hesabı ilə qələbə qazansa(contracted; show full)|[[Əli İsayev]] |120 kq. | | | | | |} All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=4001764.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|