Difference between revisions 4001870 and 4001884 on azwiki

=== Güləş ===
[[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nda güləş idman növü üzrə yarışlar 12-21 avqust tarixləri arasında Çin Kəndtəsərrüfatı Universitetinin İdman Sarayında baş tutdu. Azərbaycanı bu idman növü üzrə 16 güləşçi təmsil etdi.

==== Yunan-roma güləşi ====
[[2008 Yay Olimpiya Oyunları|XXIX Yay Olimpiya Oyunları]]nda yunan-roma güləşçiləri 12-14 avqust tarixləri arasında mübarizə apardı. 12 avqustda, 2007 və 2008-cu illərin Avropa çempionu [[Rövşən Bayramov]] və 2005-ci ilin Avropa çempionu [[Vitali Rəhimov]] çıxış etdi.

[[Şəkil:Rövşən_Bayramov_2008.jpg|left|thumb|225x225px|[[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nın gümüş medalçısı [[Rövşən Bayramov]]]]
55 kiloqram çəki dərəcəsində mübarizə aparan [[Rövşən Bayramov]], 1/8 final mərhələsində [[Misir]] güləşçisi Mustafa Məhəmməd ilə üz-üzə gəldi. Həmin görüşdə o, Mustafa Məhəmmədi 4:0 və 8:0 hesabları ilə məğlub etdi və növbəti mərhələyə vəsiqə qazandı. 1/4 final mərhələsində [[Rövşən Bayramov]], [[Kuba]] nümayəndəsi Yagniyer Hernandez ilə qarşılaşdı. Gərgin görüşün birinci hissəsində o, 5:0 hesabı ilə qələbə qazansada, növbəti hissədə 1:2 hesabı ilə məğlub oldu. Həlledici, üçüncü hissədə [[Rövşən Bayramov]], 4:0 hesablı qələbə qazandı və [[2008 Yay Olimpiya Oyunları|XXIX Yay Olimpiya Oyunları]]nın yarım-final mərhələsinə vəsiqə qazandı. Finala gedən yolda o, 2006-cı ilin Avropa çempionu, erməni Roman Amoyan ilə üz-üzə gəldi. Prinsipial görüşdə [[Rövşən Bayramov]], rəqibi 7:2 və 4:1 hesabları ilə darmadağın etdi və yarışların həlledici, final görüşündə mübarizə aparmağ hüququ qazandı. [[Rusiya]] güləşçisi [[Nazir Mankiyev]]ə qarşı baş tutan final görüşünün birinci hissəsində, [[Rövşən Bayramov]] 3:4 hesabı ilə məğlub oldu. Sonuncu hissə 2:2 hesabı ilə başa çatsada, nəticədə [[Nazir Mankiyev]] qələbə qazandı. [[Rövşən Bayramov]] isə [[2008 Yay Olimpiya Oyunları|XXIX Yay Olimpiya Oyunları]]nın gümüş medalına layiq görüldü.

Həmin gün həmdə, 60 kiloqram çəki dərəcəsində çıxış edən [[Vitali Rəhimov]]da mübarizə apardı. O, 1/16 final mərhələsində [[Çin Xalq Respublikası|Çin]] güləşçisi Şenq Jianq ilə üz-üzə gəldi və rəqibini 3:0, 2:1 hesabları ilə məğlub etdi. [[Vitali Rəhimov]], 1/4 final mərhələsində [[Rumıniya]] nümayəndəsi Eusebiu Diaconu ilə üz-üzə gəldi. Gərgin görüşdə o, Eusebiu Diaconunu 1:1, 0:3 və 4:2 hesabları ilə məğlub etdi və növbəti mərhələyə vəsiqə qazandı. Yarım-final mərhələsinə gedən yolda [[Vitali Rəhimov]], [[1996 Yay Olimpiya Oyunları|Atlanta]] və [[2000 Yay Olimpiya Oyunları|Sidney Olimpiadaları]]nın qalibi, 3 qat Dünya və 6 qat Avropa çempionu, erməni əsilli [[Bolqarıstan]] güləşçisi Armen Nazaryan ilə qarşılaşdı. Görüşü tribunadan, [[Azərbaycan]] Prezidenti [[İlham Əliyev]], xanımı [[Mehriban Əliyeva]] və [[Ermənistan]] Prezidenti [[Serj Sarkisyan|Serj Sargisyan]]ın izləməsi, görüşü prinsipial edən amillərdən biri idi. Görüşün birinci hissəsində [[Armen Nazaryan]], 2:0 hesablı qələbə qazandı. Amma, növbəti hissədə [[Vitali Rəhimov]] toparlandı və rəqibini 3:0 hesabı ilə məğlub etdi. Həlledici, üçüncü hissədə də [[Vitali Rəhimov]] inamla mübarizə apardı və [[Armen Nazarya]]nı 7:0 hesabı ilə məğlub etdi. Referinin final fitindən sonra [[Ermənistan]] Prezidenti [[Serj Sarkisyan|Serj Sargisyan]], özündən bir cərgə yuxarında əyləşən [[Azərbaycan]] Prezidenti [[İlham Əliyev]]in əlini sıxdı. Finala gedən yolda isə [[Vitali Rəhimov]], 2003-cü ilin Dünya çempionu, [[Qazaxıstan]] nümayəndəsi Nurbaxıt Tenqizbayev ilə üz-üzə gəldi. Həmin görüşdə o, 1:1 və 7:0 hesablı qələbə qazandı və [[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nın həlledici, final görüşündə mübarizə aparmağ hüququ qazandı. Onun, final görüşündə rəqibi, [[Rusiya]] güləşçisi [[İslambəy Albiyev]] oldu. Amma, bu görüşdə [[Vitali Rəhimov]], uğurlu seriyanın davamını gətirə bilmədi. O, [[İslambəy Albiyev]]ə 0:2 və 0:4 hesabları ilə məğlub oldu və [[2008 Yay Olimpiya Oyunları|XXIX Yay Olimpiya Oyunları]]nın gümüş medalına sahib oldu.
[[Şəkil:Vitali_Rəhimov_2008.jpg|thumb|220x220px|[[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nın gümüş medalçısı [[Vitali Rəhimov]] (soldan birinci)]]

[[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nın güləş yarışlarının II günündə, [[2004 Yay Olimpiya Oyunları|2004 Afina Olimpiadası]]nın və 2007-ci ilin Dünya Çempionatının qalibi [[Fərid Mansurov]], habelə [[İlqar Abdulov]] mübarizə apardı. Amma, onlardan heç biri yarışların medalını qazana bilmədi.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan [[Fərid Mansurov]], 1/8 final mərhələsində [[Ukrayna]] güləşçisi Armen Vardanyana 0:3 və 0:3 hesabları ilə məğlub oldu və [[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nda mübarizəni dayandırdı.

74 kiloqram çəki dərəcəsində çıxış edən [[İlqar Abdulov]] isə 1/16 final mərhələsində [[Türkiyə]] güləşçisi Şərəf Tüfəngi 2:1 və 1:1 hesabları ilə məğlub etsədə, 1/8 final mərhələsində, [[2000 Yay Olimpiya Oyunları|Sidney Olimpiadası]]nın qalibi, 2 qat Dünya və 2 qat Avropa çempionu, [[Rusiya]] nümayəndəsi [[Varteres Samurqaşev]]ə tuşe ilə məğlub oldu və [[2008 Yay Olimpiya Oyunları|Pekin Olimpiadası]]nda mübarizəni dayandırdı.

Yunan-roma güləşçilərinin yarışı, avqustun 14-də başa çatdı. Həmin gün, [[Şalva Qadabadze

]] və [[Anton Botev]] çıxış etdi. 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Şalva Qadabadze, 1/8 final mərhələsində Tunis güləşçisi Haykel Açourini 5 0 5 0 hesabları ilə məğlub etsədə, 1/4 final mərhələsində Macarıstan nümayəndəsi Zoltan Fodora gərgin görüşün sonunda, 1 1 0 3 1 1 hesabları ilə məğlub oldu və mübarizəsi təsəlliverici qrupda davam etdi. Qrupun birinci görüşündə

{| class="wikitable"
! rowspan="2" |İdmançı
! rowspan="2" |Yarış
! rowspan="2" |1/16 final
! rowspan="2" |1/8 final
! rowspan="2" |1/4 final
! rowspan="2" |1/2 final
! colspan="2" |Təsəlliverici qrup
! rowspan="2" |Final
! rowspan="2" |Yer

!1-ci oyun
!2-ci oyun

|[[Rövşən Bayramov|'''Rövşən Bayramov''']]
|55 kq.
| bgcolor="DCDCDC" |yoxdur
|{{Bayraq|Misir}} Məhəmməd
'''Qəl.''' 4:0, 8:0
|{{Bayraq|Kuba}} Hernandez
'''Qəl.''' 5:0, 1:2, 4:0
|{{Bayraq|Ermənistan}} Amoyan
'''Qəl.''' 7:2, 4:1
| colspan="2" bgcolor="DCDCDC" |yoxdur
|{{Bayraq|Rusiya}} Mankiyev
'''Məğ.''' 3:4, 2:2
| bgcolor="Silver" |[[Şəkil:Silver medal olympic.svg|20x20px]]

|[[Vitali Rəhimov|'''Vitali Rəhimov''']]
|60 kq.
|{{Bayraq|Çin}} Jianq
'''Qəl.''' 3:0, 2:1
|{{Bayraq|Rumıniya}} Diaconu
'''Qəl.''' 1:1, 0:3, 4:2
|{{Bayraq|Bolqarıstan}} Nazaryan
'''Qəl.''' 0:2, 3:0, 7:0
|{{Bayraq|Qazaxıstan}} Tenqizbayev
'''Qəl.''' 1:1, 7:0
| colspan="2" bgcolor="DCDCDC" |yoxdur
|{{Bayraq|Rusiya}} Albiyev
'''Məğ.''' 0:2, 0:4
| bgcolor="Silver" |[[Şəkil:Silver medal olympic.svg|20x20px]]

|[[Fərid Mansurov]]
|66 kq.
| bgcolor="DCDCDC" |yoxdur
|{{Bayraq|Ukrayna}} Vardanyan
'''Məğ.''' 0:3, 0:3
| colspan="5" bgcolor="DCDCDC" |mübarizəni dayandırdı

|[[İlqar Abdulov]]
|74 kq.
|{{Bayraq|Türkiyə}} Tüfəng
'''Qəl.''' 2:1, 1:1
|{{Bayraq|Rusiya}} Jianq
'''Məğ.''' 0:4
| colspan="5" bgcolor="DCDCDC" |mübarizəni dayandırdı

|[[Şalva Qadabadze]]
|84 kq.
| bgcolor="DCDCDC" |yoxdur
|{{Bayraq|Tunis}} Açouri
'''Qəl.''' 5:0, 5:0
|{{Bayraq|Macarıstan}} Fodor
'''Məğ.''' 1:1, 0:3, 1:1
| bgcolor="DCDCDC" |yoxdur
|{{Bayraq|Çin}} Sanyi
'''Məğ.''' 3:3, 2:3
| colspan="2" bgcolor="DCDCDC" |yoxdur

|[[Anton Botev]]
|120 kq.
|{{Bayraq|Özbəkistan}} Saldadze
'''Qəl.''' 2:1, 1:2, 0:2
|{{Bayraq|İsveç}} Sjöberq
'''Məğ.''' 0:2, 0:3
| colspan="5" bgcolor="DCDCDC" |mübarizəni dayandırdı

==== Sərbəst güləş ====
{| class="wikitable"
! rowspan="2" |İdmançı
! rowspan="2" |Yarış
! rowspan="2" |1/16 final
! rowspan="2" |1/8 final
! rowspan="2" |1/4 final
! rowspan="2" |1/2 final
! colspan="3" |Təsəlliverici qrup
! rowspan="2" |Final
! rowspan="2" |Yer

|[[Namiq Sevdimov]]
|55 kq.

| colspan="2" |

|[[Zəlimxan Hüseynov]]
|60 kq.

| colspan="3" |

|[[Emin Əzizov]]
|66 kq.

| colspan="6" |

|[[Çamsulvara Çamsulvarayev]]
|74 kq.

| colspan="6" |

|[[Novruz Təmrəzov]]
|84 kq.

| colspan="5" |

|[[Xetaq Qazyumov]]
|96 kq.

| colspan="2" |

|[[Əli İsayev]]
|120 kq.

| colspan="2" |

| colspan="2" |