Difference between revisions 4117111 and 4530957 on azwiki{{vikiləşdirmək}} {{mənbə azlığı}} '''Lilian Betakur''', (d. [[21 oktyabr]] [[1922]], [[Paris]] - ö. [[21 sentyabr]] [[2017]], [[Paris]]), Fransalı iş qadını və dünyaca məşhur milyarder eləcə də [[L’Oréal]] şirkətinin 20 fazilik hissədarı olmuşdur. [[Şəkil:Liliane Bettencourt Portrait Painting Collage By Danor Shtruzman.jpg|thumb|right|Liliane Bettencourt]] ==Haqqında== Fransa torpağı məşhur şəxsiyyət və insanlar yetişdirib. Bütün dünyada məşhur olan «L’Oreal» kosmetika markasının sahibəsi olan Lilian Betankur sahibkarlıq fəaliyyəti sferasında kifayət qədər böyük nüfuza malikdir. O, eləcə də Forbes maliyyə jurnalının tərtib etdiyi multi-milyarderlər siyahısına da daxildir. Özünün 20 mlrd dollarlıq sərvəti ilə Lilian Betankur məşhur reytinqin 17-ci pilləsində qərarlaşıb. 1 oktyabr 1922-ci ildə «L’Oreal» şirkətini yaradıcısı ətriyyatçı Ejen Şullerin ailəsində yeganə qız uşağı Lilian anadan oldu. Ailə qapalı həyat tərzi sürürdü, 1927-ci ildə balaca qızın anası dünyasını dəyişəndən sonra isə ailə daha da özünə qapandı. Balaca qızını məyus etməmək üçün Ejen özü üçün çox əhəmiyyətli bir qərar qəbul edərək ömrünün sonuna qədər subay qalmışdır. Uşaq böyüdükdə evlərində olan laboratoriyada atasının işini maraqla izləməyə başladı. Daha sonra Lilian bütün təcrübə və eksperimentlərd(contracted; show full) 1987-ci ildə Lilianın həyatı hələ də gizli olaraq qalırdı. O, jurnalistlərlə görüşdən qaçırdı, dəbdəbəli tədbirlərə getmirdi. 1987-ci ildə nadir təntənəli ziyafətlərdən birində rəssam-fotoqraf və publisist Fransua-Mari Banye ilə tanış olur. O, Lilianın nüfuzlu bir nəşriyyat üçün p rofessionaleşəkar şəkillərini çəkməli idi. Bu andan etibarən Lilian Betankurun əvvəlki gizli həyatının qalmaqallı tərəfi başlayır. Ola bilər ki, məhz həmin vaxtdan onun hazırkı xəstəliyi – Alsheymer xəstəliyi özünü büruzə verməyə başlamışdı ki, bu da milyarder qadının xarakterinin kəskin olaraq dəyişməsinə səbəb olmuşdur. O, kobud şəkildə desək, bütün pullarını Banye üçün xərcləyirdi. Lilian onu bahalı hədiyyələrlə ələ alır, qədim əşyalar, daşınmaz əmlak, sığorta polisləri hədiyyə edirdi. Qiymət qoyanların hesablamalarına görə bütün bu dövr ərzində Lilian ona 20 milyon avro pul xərcləmişdi. «L’Oreal»-ın sahibəsinin qohumlarının həyatı Lilianın alçaq rəssamı ilə daimi və bitməyən münaqişə nəticəsində, sözün əsl mənasında cəhənnəmə çevrildi. Doğma qızı Fransuaza anası ilə əlaqələri kəsdi. 2007-ci ildə Andre Betankurun ölümündən sonra Fransuaza Banyeni anasına qarşı fırıldaqçılıq və pis niyyətlilikdə təqsirləndirərək məhkəməyə vermişdir. Uzunmüddətli məhkəməmə prosesləri başladı, müstəntiqlər hətta «L’Oreal» şirkətinin bütün əməkdaşlarını istintaqa cəlb etmişdilər. [[Kateqoriya:Fransa mesenatları]] [[Kateqoriya:Fransa milyarderləri]] [[Kateqoriya:Parisdə doğulanlar]] [[Kateqoriya:Parisdə vəfat edənlər]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=4530957.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|