Difference between revisions 4247934 and 5167992 on azwiki

{{qaralama-az}}
'''İkinci Ukrayna cəbhəsi''' - [[İkinci dünya müharibəsi]]ndə sovet qoşunlarının strateji formalaşması.

16 oktyabr 1943-cü il Ali Komandanlığının əmrinə əsasən  20 oktyabr 1943-cü ildə Çol Cəbhəsinin adının dəyişdirilməsi ilə cənub-qərbində yaradılmışdır.
Oktyabr-dekabr 1943-cü ildə,Köprübaşını genişləndirmək üçün cəbhənin qoşunları Pyatihatsk və Znamensk əməliyyatlarını keçirtdilər.Nəticədə 20 dekabrda Kirivoqrad və Krivoy Roq yanaşmalarına çatdılar.

1944-cü ilin qışında Ukraynada Qızıl Ordunun strateji hücum zamanı cəbhənin qüvvələri Kirovoqrad əməliyyatı keçirilmişdir və sonra 1-ci Ukrayna Cəbhəsi qoşunları ilə birlikdə Korsun-Şevcenko əməliyyatını keçiriblər,nəticədə düşmənin 10 diviziyasını məhv ediblər.

1944-cü ilin yazında cəbhə Umman-Botoşansk əməliyyatını həyata keçirib,Almanların 8-ci ordusunu və 1-ci tank ordusunun bir hissəsini məglub ediblər.1-ci Ukrayna Cəbhəsi ilə birlikdə Alman ordusunun "Cənub" ordu birləşmələrin müdafiə xəttini kəsidilər,Sağ sahil Ukrayna və Moldovanı azad etdilər.
1944-cü ilin avqustunda 2-ci Ukrayna cəbhəsi Yassı-Kişinyov strateji əməliyyatda iştirak etmişdir.Bu əməliyyatın gedişatında almanların 22 və demək olar ki,bütün  Rumıniya bölmələri məhv edilmişdir.

Dekabr ayında Buxarest-Arad əməliyyatiında Rumıniyanin ərazisini demək olar ki düşmənndən tam azad etdilər.

1944-cü ilin oktyabrında 2-ci Ukrayna cəbhəsi Debrecensk əməliyyatını həyata keçirib,Alman ordusunun  "Cənub" ordu birləşmələrinə böyük zərbə vurub,Budapeşt rayonunda düşmənə ağır zərbə vurmağ üçün əlverişli mövqe tutdular.  Sonra qoşunlar 3-cü Ukrayna cəbhəsiylə və Dunay hərbi donanması ilə birlikdə 1944-1945 illərdə Budapeşt strateji əməliyyatını keçirtdib,düşmənin 188 minlik birləşməsini əhatə edib məhv etdikdən sonra,Budapeşti tutub Vyana istiqamətinə bir hücum üçün şərait yaratdılar.

1945-ci ilin mart-aprel aylarında 2-ci Ukrayna Cəbhəsi sol qanad qoşunları Vyana strateji əməliyyatında iştirak edərək 3-cü Ukrayna Cəbhəsi ilə birlikdə, Macarıstan tam,Çexoslovakiyanın yarısını,  Avstriyanın şərqini və onun paytaxdtını azad etdilər.

6-11 may 2-ci Ukrayna Cəbhəsi Praqa strateji əməliyyatında iştirak etdilər.  Əməliyyatın nəticəsində Alman silahlı qüvvələri tam məğlub oldular və Çexoslovakiyanı tam azad etdilər.

== Xarici keçidlər ==
* {{cite web|url=http://bse.sci-lib.com/article117707.html|title=Cəbhə|archiveurl=http://www.webcitation.org/6CYGZ1Z4L|archivedate=2012-11-30}}
* {{cite web|url=http://victory.mil.ru/rkka/|title=Boyük Vətən Müharibəsinin bütün cəbhələri|archiveurl=http://www.webcitation.org/6CYGZy5Cq|archivedate=2012-11-30}}
* {{cite web|url=http://www.94d.ru/warway.php?id=132|title=İkinci Ukrayna cəbhəsi|archiveurl=http://www.webcitation.org/6CYGakwKc|archivedate=2012-11-30}}

[[Kateqoriya:İkinci dünya müharibəsi]]