Difference between revisions 4259841 and 4259842 on azwiki'''Xəzər səhləbi''' - ([[Latın dili|lat]]. ''Orchis caspia'' Trautv.) [[Səhləbkimilər]] '''-''' ''Orchidaceae'' Juss. fəsiləsinə aid bitki növü.[[Şəkil:Orchis caspia in Nahal Tut (2).jpg|thumb|267x267px]] IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “[[Nəsli kəsilməkdə olan növlər|Nəsli kəsilməyə həssas olanla]]<nowiki/>r” kateqoriyasına aiddir – VU A2c+3cd. Qafqazın nadir, [[endemik]] novüdür.<ref>Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013</ref><ref>http://redbook.az/?options=project&id=X%C9%99z%C9%99r%20s%C9%99hl%C9%99bi</ref> ⏎ ⏎ == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu uzunsov-yumurtavari, 2,8 sm uzunluğunda, 1,7 sm enindədir. Gövdəsi 12-32 sm hündürlükdə və daha hündürdür. Gövdənin aşağı hissəsindəki yarpaqları xətvari-neştərşəkilli, 9 sm uzunluğunda və 1,5 sm enindədir. Çiçəkqrupu seyrəkdir, uzunsov 3-10 sm uzunluğundadır. Çiçəkləri tünd, fır-fır rəngli, çiçək yanlığının kənar ləçəkləri küt, 8-10 mm uzunluqda, uzunsov-lansetvaridir. Çiçək yanlığının daxili ləçəkləri uzunsov xətvari, kənardakından qısadır, dodaqcığı pazşəkilli və ya rombşəkilli, tərs-yumurtavari, kənarları xırda dişlidir. Mahmızı solğun, konusşəkilli, dodaqcıqdan uzun, yumurtalıqdan qısa, bir qədər əyilmişdir <ref name=":0">Флора Азербайджана,1952; </ref> [[Şəkil:Orchis caspia in Nahal Tut (2).jpg|thumb|267x267px]]⏎ ⏎ == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun aylarına təsadüf edir. Orta dağ qurşağının qayalıqları arasında, otlu yamaclarda, meşə kənarında, kolluqlarda rast gəlinir <ref name=":0" />. == Yayılması == [[Böyük Qafqaz]]ın şərqi ( [[Şamaxı rayonu]] Göylər kəndi); [[Abşeron yarımadası]] (Balaxanı); [[Samur-Dəvəçi ovalığı]], [[Qobustan rayonu|Qobustan]] düzənliyi, Kür düzənliyi, [[Kiçik Qafqaz]]ın mərkəzi, [[Lənkəran rayonu|Lənkəran]]ın dağlıq hissəsi və düzənliyi.<ref name=":0" /> <ref>Əsgərov A.M., 2005</ref> === Sayı və tendensiyası === Populyasiyasının azalması müşahidə olunur (30-50%).<ref>Tərtibçinin məlumatı</ref> === Məhdudlaşdırıcı amillər === [[Antropogen faktorlar|Antropogen]] amillər (otarılma, xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekorativ bitki kimi intensiv toplanılması, sənaye mərkəzlərinə yaxın olması, yeni tikintilər və infrastrukturun inkişafı). === Mühafizə tədbirləri === Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya-ontogenetik təhlilin aparılması, toxum bankında saxlanılması, yeni yayılma yerlərinni axtarılması məqsədəuyğundur. == İstinadlar == [[Kateqoriya:Səhləbkimilər]] [[Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=4259842.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|