Difference between revisions 4394354 and 5202750 on azwiki{{Taksoqutu | şəkil = Female white headed duck.JPG | şəkilaltı yazı = | şəkil məlumat = | aləmi = Heyvanlar | tip = [[Xordalılar]] | yarımtip = [[Onurğalılar]] | sinif = [[Quşlar]] | dəstə = [[Qazkimilər]] | fəsilə = [[Ördəklər]] | cins = Göydimdik | növ = '''Göydimdik''' | latınca adı = {{btadı|Oxyura leucocephala|(Scopoli, 1769)}} | vikinövlər = Oxyura leucocephala | vikianbar = Oxyura leucocephala | ütmx = 175179 | mbmm = 90703 }} [[File:Oxyura leucocephala MHNT.ZOO.2010.11.11.3.jpg|thumb| ''Oxyura leucocephala'']] '''Adi göydimdik''' ({{lang-lat|Oxyura leucocephala}}) — [[Ördəklər]] fəsiləsinə aid quş növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı az olan növdür. == Qısa təsviri == Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var. == Yayılması == Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır. Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərin sahil sularında, Araz dəryaçasında rast gəlinir. Su hövzələrinin qurudulması ilə əlaqədar olaraq yayıldığı sahələr xeyli azalmışdır. == Yaşayış yeri və həyat tərzi == Qamış cəngəllikləri ilə zəngin olan göllərdə və dənizin açıq sahil sularında yaşayır. Su bitkilərinin toxumları, yarpaqları, həşərat və onların sürfələri ilə yemlənir. == Sayı == Qızılağac Dövlət Təbiət Qoruğunda 1997-ci ildə 50, 1999-cu ildə 1500, 2002-ci ildə 320, 2004-cü ildə 750, 2005-ci ildə 330, 2006-cı ildə 890, Abşeron-Qobustandakı Qırmızı göldə 2002-ci ildə 55, Ağgöldə 1991-ci ildə 3000, 2004-cü ildə 450, Hacıqabul gölündə 2009-cu ildə 1370 göydimdik qeydə alınıb. Digər su hövzələrində tək-tək fərdlərinə rast gəlinir. == Məhdudlaşdırıcı amillər == Sayı ildən-ilə kəskin dəyişir. Bunun da əsas səbəbi qışlaq arealının şimal hisssəsində qışın sərt və ya mülayim keçməsi, su-bataqlıq biotoplarının qurudulması və çirkləndirilməsidir. == Qorunması üçün qəbul edilmiş tədbirlər == Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Ağgöl və Şirvan Milli Parkları, su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Naxçıvanın (2006) Qırmızı kitabına, Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir. == Qorunması üçün məsləhət görülmüş tədbirlər == Su hövzələrinin qurudulmasına və çirkləndirilməsinə qarşı mübarizə aparılması, növün qorunmasının fəal təbliği lazımdır. == Məlumat mənbələri == 1. Tuayev D.Q. Anseriformes–Qazkimilər dəstəsi // Azərbaycan faunası, Quşlar, VI cild. Bakı, “Elm”, 1977, s. 122-123; <br /> 2. Патрикеев М.В. Савка (Oxyura leucocephala) и другие редкие птицы на озере Аггель в январе 1991 г. // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Материалы научно-практической конференции. Ставрополь, 1991, с. 160; <br /> 3. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 99-100; <br /> 4. Talıbov T.M. Adi göydimdik–Oxyura leucocephala Scop. // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 82. <br />5. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi. [[Kateqoriya:Azərbaycan quşları]]Sil|Yer açmaq üçün}} All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=5202750.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|