Difference between revisions 4457220 and 4457494 on azwiki

{{Hərbi xadim
|Adı                  = Əhməd Mehbalıyev
|Orijinal adı         = 
|Şəkil                = Əhməd Mehbalıyev.jpg
|Şəkil miqyası        = 260px
|Şəkil məlumat        = 
|Həyat dövrü          =
|Ləqəbi               =
|Təxəllüs             =
|Doğum tarixi         = {{Ddoğum tarixi|1968|9|1}}
|Doğum yeri           = [[Şərur rayonu]], [[Qıvraq|Qıvraq kəndi]]                    , {{AzSSR}}
|Vəfatı               = {{vəfat tarixi və yaşı|1993|6|25|1968|9|1}}	
|Vəfat yeri           =   {{Bayraq|Azərbaycan}}
|Vəfat səbəbi         =
|Vətəndaşlıq          = {{Bayraq|Azərbaycan}} [[Azərbaycan]]
|Mənsubiyyəti         = [[File:Coat of arms of the Azerbaijani Armed Forces.png|23x23px]] [[Azərbaycan Silahlı Qüvvələri|A.R. Silahlı Qüvvələri]]
|Atası                =	Süliddin Mehbalıyev
|Anası                = Firənginaz Mehbalıyev
|Həyat yoldaşı        =
|Uşaqları             =
|Qoşun növü           = [[Tank]] qoşunları
|Xidmət illəri        = [[1989]]-[[1993]]
|Rütbə                = [[Baş leytenant]]
|Hissə                = 
|Komandanlıq edirdi   = 
|Vəzifəsi             = [[Taqım|Taqım komandiri]]
|Döyüşlər             = [[Qarabağ müharibəsi]]
|Əlaqələr             =
|İstefada             =
|Mükafatları          = {{"Azərbaycan Bayrağı" ordeni}}
|İmzası               = 
|İmzanın eni          = 
|Sayt                 = 
}}
[[
'''Əhməd Mehbalıyev]] -''' — [[Qarabağ müharibəsi]] [[şəhid]]<nowiki/>i, [["Azərbaycan Bayrağı" ordeni|Azərbaycan bayrağı ordeni]] mükafatçısı.<ref name=":0">{{cite web |url=http://cbc.az/az/az/v_story/saysiz-ermn-tankini-siradan-ixaran-pekar-zabt-hmd-mehbaliyev-anilib?fbclid=IwAR2brdf7mB1VtvTqfhV1J0wR-nMdwTnGvVqn9Y3w3CkPh4pJsvv5dPi589Q |archiveurl=https://web.archive.org/save/http://cbc.az/az/az/v_story/saysiz-ermn-tankini-siradan-ixaran-pekar-zabt-hmd-mehbaliyev-anilib?fbclid=IwAR2brdf7mB1VtvTqfhV1J0wR-nMdwTnGvVqn9Y3w3CkPh4pJsvv5dPi589Q |archivedate=2018-10-29 |title=Saysız erməni tankını sıradan çıxaran peşəkar zabit əhməd Mehbalıyev anılıb |author= |date=01 sentyabr 2018 |publisher= cbc.az|accessdate=2018-10-29 |language={{lang-az|}} }}</ref>



== Həyatı ==
Əhməd Suliddin oğlu Mehbalıyev [[1968]]-ci il [[Sentyabr|sentyabr ayının 1-də]] [[Naxçıvan Muxtar Respublikası]]<nowiki/>nın [[Şərur rayonu]]<nowiki/>nun [[Qıvraq|Qıvraq kəndi]]<nowiki/>ndə anadan olub.


=== Təhsili ===
[[Cəmşid Naxçıvanski adına hərbi lisey|Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə]] qəbul olmuş və buradakı təhsilini bitirdikdən sonra ali hərbi təhsil almaq üçün [[Kazan]]<nowiki/>a yollanmışdır. Buradakı [[Kazan Ali Tank Məktəbi]]<nowiki/>ni [[1989]]-cu ildə bitirmişdir.



== Hərbi karyerası ==
[[1989]]-cu ilin [[22 iyul]]<nowiki/>unda ali hərbi təhsilini [[tank]] komandiri kimi [[leytenant]] rütbəsi alaraq bitirmişdir. Daha sonra o, [[Kiyev]]<nowiki/>də, [[Moskva]]<nowiki/>da [[Sovet Sosialist Respublikaları İttifaqı|SSRİ]]-nin tank qoşunları diviziyalarında xidmət etmişdir.


=== Qarabağ müharibəsində iştirakı ===
[[Qarabağ müharibəsi]] başlayanda Ə.Mehbalıyev [[Azərbaycan]]<nowiki/>a geri dönmüşdür. [[Qarabağ müharibəsi]]<nowiki/>ndə ilk döyüşünü [[Şuşa]]<nowiki/>da keçirmişdir. [[Şuşa]]<nowiki/>nın müdafiəsi zamanı xeyli [[Ermənilər|erməni]] tankını məhv etmişdir. Bundan sonra [[taqım]] komandiri kimi [[Laçın]], [[Qubadlı]], [[Kəlbəcər rayonu|Kəlbəcər,]] [[Tərtər]] bölgələrində gedən ağır döyüşlərdə iştirak etmişdir.

[[25 iyun]] [[1993]]-cü ildə [[Ağdam rayonu|Ağdam]]ın [[Qızıl Kəngərli|Qızıl-Kəngərli kəndi]]<nowiki/>ndə, texnika cəhətdən üstün olan [[Ermənilər|erməni]] silahlı dəstələri ilə gedən qızğın döyüşlərdə  şəhid olmuşdur.<ref name=":0" />


== Xatirəsi ==
[[2018]]-ci ilin [[Sentyabr|sentyabr ayının 1-də]] Əhməd Mehbalıyevin 50 illiyi qeyd edilmişdir. [[Qarabağ müharibəsi]] şəhidlərinə həsr edilmiş bir çox  kitabda onun haqqında məlumat vardır. 

[[Qaraçuxur|Qaraçuxur qəsəbəsi]]<nowiki/>ndə onun adını daşıyan küçə vardır.

Əhmədin komandiri [[baş leytenant]] P.Mahmudov onun sonuncu döyüşü haqqında danışanda bunları deyib:<ref name=":0" /> 
{{cquote|''Bir il idi ki, birlikdə vuruşurduq. Çox komandirlər görmüşdüm, amma [[tank]] komandiri Əhməd Mehbalıyev kimi özünü odun-alovun içinə atanı görməmişdim. Elə bil ki, sıravi döyüşçü idi. Dəfələrlə çıxılmaz vəziyyətdə qalan [[taqım]]ı səriştəsi və bacarığı hesabına itkisiz xilas etmişdi. Heç vaxt özünü gözləmirdi. Elə o axırıncı döyüşdə də kişi kimi döyüşdü. Ağır yaralansa da, döyüşdən çıxmırdı. [[Ağdam]]ın [[Qızıl Kəngərli|Qızıl-Kəngərli]] kəndindəki döyüşü daha ağır keçdi. Düşmən həddən artıq güclü texnika ilə hücuma keçmişdi. Əhməd idarə etdiyi [[tank]]la bir neçə saat bu hücumun qarşısını ala bilsə də, özü barədə düşünmədi. [[Sentyabr]] ayında 25 yaşı tamam olacaqdı, onu vaxtsız itirdik...''}}


== Mükafatları ==
Əhməd Mehbalıyev [[Azərbaycan Prezidenti|Azərbaycan Respublikası Prezidenti]]<nowiki/>nin [[25 iyun]] [[1994]]-cü il tarixli fərmanı ilə [["Azərbaycan Bayrağı" ordeni|Azərbaycan bayrağı ordeni]]<nowiki/>nə layiq görülüb.<ref name=":0" />



== Həmçinin bax ==
* [[Qarabağ müharibəsi]] 


== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Qarabağ müharibəsi iştirakçıları]]
[[Kateqoriya:"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər]]
[[Kateqoriya:Qarabağ müharibəsində həlak olanlar]]