Difference between revisions 4501689 and 4570900 on azwiki

{{Dəniz
 |Adı                      = Xəzər dənizi
 |Yerli adı                = {{LangDil-az|Xəzər dənizi}}<br />{{Lang-kk|Каспий теңізі}}<br />{{lang-fa| دریای خزر}}<br />{{Lang-tk|Hazar deňzi}}<br />{{Lang-ru|Каспийское море}}
 |Təsvir                   = Oil Rocks near Baku.jpg
 |İzahı           =Xəzər dənizinin sahili (Azərbaycan)
|lat_dir = N|lat_deg =41 |lat_min = 40|lat_sec =0
|lon_dir = E|lon_deg =50 |lon_min = 40|lon_sec =0
 |Koordinatlar              = 
  |CoordScale  = 3000000
 |Yerləşməsi              =
(contracted; show full)

Xəzər dənizinin sularının şəffaflığı ilin fəsli və coğrafi rayonundan aslı olaraq dəyişir. Dibin relyefi axınların istiqaməti və sürətinə əsaslı təsir göstərir. Dənizin dibinin [[
Relyef|relyef]]i üç əsas formada təzahür edir - şelf, materik yamacı və dəniz dibinin dərin çökəklik sahələri. Xəzər dənizində şelf zonası sahildən başlayaraq təxminən 100 metr dərinlikdə qurtarır. Şelf zonasından sonra materik yamacı başlayır.<ref name="m"/>

Orta Xəzərdə bu zona 500-600 metr dərinliyində, Cənubi Xəzərdə isə 700-750 metrdə qurtarır.  Xəzər dənizində iki dərin [[Dərbənd]] (788 m.) və [[Lənkəran]] (1025 m.) çökəklikləri qeydə alınmışdır. Coğrafi mövqeyinə görə Xəzər dənizi üzərində şimal-qərb, şimal və cənub-şərq küləkləri hökm sürür. Buna uyğun olaraq Xəzər dənizində şimal və şimal-qərbdən, cənub və cənub-şərqə və ya cənub-şərqdən şimal-qərbə və şimala doğru hərəkət edən dalğalar yaranır.  

=='''Xəzərin çirklənməsi'''==
Xəzərin çirklənmə səbəbləri müxtəlifdir: 
Xəzərə axan çaylar vasitəsilə gələn çirkləndiricilər
Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən gələn çirkləndiricilər
	
* Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə
(contracted; show full)
[[Monitorinq]]in məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay, və s. vasitəsilə) Xəzər dənizinə [[antropogen 
təsir |antropogen təsir]] göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk, və s.) tullantıların dəniz suyuna, qruntuna, [[flora və fauna |flora və fauna]]sına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.<ref>[http://gsaz.az/articles/view/79/Xazar-danizinin-ekologiyasi XƏZƏR DƏNİZİNİN EKOLOGİYASI]</ref>

(contracted; show full)ərən axarların (mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə) qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən  modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilmişdir.   İstismara verilmiş qurğulara idarənin əməkdaşları tərəfindən vaxtaşırı monitorinq nəzarəti həyata keçirilir. Belə ki, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi olaraq təhlillər aparılır.
Hər il avqust ayının 12-si [[Xəzər 
günü |Xəzər günü]] və sentyabr ayının son həftəsi [[«Beynəlxalq Dəniz Günü» |«Beynəlxalq Dəniz Günü»]] ilə əlaqədar olaraq 25-30 sentyabr tarixlərində Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin keçirilməsi, o cümlədən yerlərdə dəyirmi masalarda müzakirələr aparılır, sahil boyu ərazilərdə iməciliklər təşkil olunur.
(contracted; show full)

* '''I kateqoriyalı''' stansiyalar (məntəqələr) dənizin mühüm iqtisadi əhəmiyyətli, yüksək dərəcədə antropogen təsirə məruz qalan sahilyanı hissələrində, balıq və digər su [[bioresurs
 |bioresurs]]larının kürüləmə, artma və qışlama yerlərində, liman və limanətrafı sahələrdə, iri yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı tullantı sularının axıdıldığı, [[Faydalı qazıntılar|faydalı qazıntı]]ların kəşfiyyatı, hasilatı, istismarı və nəqli yerlərində böyük çayların mənsəblərində təşkil olunur. Bu stansiyalarda vizual və iki-üç çirkləndiricilər üzrə müşahidələr ayın birinci və üçüncü dekadasında, hidrokimyəvi göstəricilər üzrə tam həcmli müşahidələr isə hər ayın ikinci dekadasında aparılır və dən(contracted; show full)== Həmçinin bax ==
* [[Xəzər dənizi]]
* [[Azərbaycanda ekologiya]]
== İstinadlar ==
{{İstinad siyahısı}}
== Xarici keçidlər ==
* [https://www.youtube.com/watch?v=MUU54X3pHc4 Will the Caspian Sea deal hold? | Inside Story]
* [https://www.youtube.com/watch?v=HAeWWZijs3I&t=3s The Strategic Importance of the Caspian Sea]