"Faith"
"Father Figure"
"One More Try"
"Monkey"
"Kissing a Fool" }} '''''Faith''''' İngilis pop ulduzu [[Corc Maykl]]ın ilk solo albomu. Pop musiqisi tarixindəki ən yaxşı albomlardan biri hesab olunan Faith, bir neçə rekord və uğur qazanmış eləcə də İlin Albomu [[Qremmi mükafatı|Qremmi Mükafatı]] qazanmışdır. Rolling Stones jurnalındakı Ən Yaxşı 500 Albom listində 480-cı yerdə olan albom bütün dünyada eləcə də [[Amerika Birləşmiş Ştatları|ABŞ]]da son dərəcə uğurlu oldu və ilk həftəsində 1 milyona yaxın sataraq [[Corc Maykl]]ı tarixdəki bir həftə içində ən çox satmış pop sənətkarı halına gətirdi. Allmusic tərəfindən şahəsər adlandırılan albomdaki bütün mahnılar (Look at Your Hands istisna olmaqla) sadəcə Corc Maykl tərəfindən yazılıb və bəstələnib. Albom, Amerikan Musiqi Mükafatı, Qremmi, [[MTV]] Video Musiqi Mükafatı (Father Figure) və Beynalxalq Hit İvor Novello Mükafatı (Faith adlı mahnı) qazandı. 20 milyona yaxın satmaqla tarixdə ən çox satılmış musiqi albomlarından biridir. Albomda 4 mahnı ABŞda nömrə 1 hit oldu, bundan başqa Kissing a Fool nömrə 5, I Want Your Sex isə nömrə 2yə qədər qalxdı. [[Rolling Stone]] jurnalı həmçinin albomu ən yaxşı 80-cı illərin albomlarından biri hesab edir. Yüksək komersiyal uğur olan albom, bir çox rekord qırmışdır. [[Channel 4]] adlı televizor kanalıda tarixdəki ən yaxşı albomlardan biri kimi göstərdiyi albomda yer alan Hand to Mouth siyasi bir mənaya sahib idi. Albomun digər mahnısı olan "I Want Your Sex" bəzi radyolarda "I Want Your Love" kimi deyişdirildi və ya çoxlu cinsiyət ilə əlaqəli sözlərinə görə banlandı. Albom 3 Juno Mükafatına namizəd göstərildi və bir MTV Video Musiqi Mükafatı qazandı və 3 Ivor Novello Mükafatı qazandı. Bir çox ölkədə eləcə də ABŞ və İngiltərə çartlarında nömrə bir xiti oldu. Corc Maykl, Amerikan R&B çartlarında öz Faith adlı albomu ilə nömrə birə qədər qalxan ilk ağ dərili müğənni oldu. İlk ağ dərili kişi müğənni idiki Ən Yaxşı Soul/R&B albomu və Ən Sevimli Vokalist Amerikan Musiqi Mükafatları aldı. Albomdaki Faith adlı mahnı İlin Ən Çox Qulaq Asılan mahnısına çevrildi. Mahnı bir çox dəfə koverlanıb və ya oğurlanmışdır (məs. Türk pop ulduzu [[Tarkan]]ın Hepsi Seninmi mahnısı). == Mahnılar == Wham! Qrupunun dağılmasının ardından Corc Maykl, öz vaxtını artıq çıxış albomuna hazırlanaraq keçirtdi. Bütün mahnıları özü bəstələyib, sözlərini yazdı. Yalnız Look at Your Hands mahnısına görə Devid Ostin ilə işlədi. Corc albomdakı bir çox instrumenti özü çalmışdır. Columbia Records və Epic Records ilə birlikdə işləyən Mayklın bu albomu R&B və Pop stilində yaradılıb və Mayklın ilk dijital çıxışı olub. === Faith === [[Şəkil:Faith Single.jpg|thumb|200px|right|Faith (single)]] Faith albomdan çıxan ikinci single oldu, albomun içindəki açılış mahnısıdır. İtaliya, Yeni Zellandiya və Avstraliya kimi bir çox Avropa ölkəsində nömrə birə qədər qalxan mahnı, həmin ili ABŞda ən çox dinlənilmiş mahnıya çevrildi. Mahnının məşhur bir klipi vardır. Maykl, gitar çalaraq Levi’s göy rəngli cins, gün eynəkləri, kovboy ayaqqabıları giyinərək mahnını ifa edir. Oxşar eleməntlər Mayklın başqa bir hit mahnısı Freedom! 90 klipindədə var idi. === Father Figure === Əslində rəqs stilində planlanılmış mahnı daha sonra sakit bir halda çıxdı. Mayklın vokal performansı ona Gremmi namizədliyi gətirdi. ABŞda nömrə bir hiti olan mahnı, bütün dünya üzərində diqqət çəkdi. Mahnının video klipində bir maneken ilə bir taksi şoferi arasındakı əlaqədən söhbət gedir. 1993də Maykl MTV Unplugged üçün mahnının akustik versiyasını ifa etdi. === I Want Your Sex === Albomdan çıxan ilk mahnı olan I Want Your Sex, ilk dəfə Beverli Hills Polisi 2 filmində istifadə olundu. Film ilə heç bir əlaqəsi olmayan mahnı, bu səbəbdən Razzi mükafatı aldı. Mahnı təxminən doqquz dəqiqə çekir. Klipində daha çox cinsi əlaqəyə aid elementlər mövcüddür. Mahnı özü böyük bir hitə çevrilsədə klipi bəzi kanallarda yayımlanmamış, mahnı özü isə bəzi radyolarda adı I Want Your Love kimi dəyişdirilmişdi amma buna baxmayaraq MTV tarixində ən çox yayımlanmış kliplər arasındadır. === One More Try === [[Şəkil:One More Try.jpg|thumb|160px|right|One More Try]] Albomdaki sakit mahnılardan olan One More Try, daha əvvəl çox incidilmiş birisinin təkrar bir məhəbbətə qayıdmasını mövzü alır. Amerikada üç fərqli çartlarda nömrə birə qədər qalxdı. 1999da mahnı Divine tərəfindən də oxundu. === Hard Day === Rəqs Klubları Çartlarında nömrə 5-ə qədər qalxmış Hard Day, albomun təqdimatı üçün çıxmışdır və sadəcə ABŞda satışa çıxmışdır. Mahnı üçün heç bir video klip mövcüd deyildir. 4 dəqiqəyə yaxın olan mahnı, Mayklın fanatları arasında məşhurluğa sahibdir. === Hand to Mouth === Siyasi bir mahnı olan Hand to Mouth, Mayklın Amerika haqqında olan görüşlərindən bəhs edir. Yüksək kritizmə sahib olan mahnı, Amerikan Arzusunuda kritizm edir. Corc Mayklın bu mahnısı Faith sinqlının ikinci hissəsində yer almışdır. === Look at Your Hands === Albomdaki ən hərəkətli və daha çox məzəli bir mənaya sahib bir mahnı olan Look at Your Hands, Mayklın albomda özünün tək başına yazmadığı tək mahnıdır. O bu mahnı üçün Devid Ostin ilə işlədi. === Monkey === Corc bu mahnı sayəsində 1987-88 arası dörd nömrə bir hiti olan üç müğənnidən biri oldu (digərləri Uitni Hyüston və Maykl Cekson). İlk Corc Maykl rəqs nömrə bir hiti olan mahnı oldu. === Kissing a Fool === AC çartında nömrə birə qədər çatmış, içində caz musiqisi eleməntləri olan sakit mahnı, İngiltərədə Top 20 hiti oldu. === Hard Day (Shep Pettibone remix) === Shep Pettibone Maykl Cekson və Madonna kimi öz janrlarındaki ən böyük sənətçilər hesab olunan insanlarla işləmişdi və artıq yaxın dostu Corc Mayklın da bu mahnısını remiks halına gətirdi. Bu versiya sadəcə albomda mövcüddür. === A Last Request === I Want Your Sex mahnısının davamı. Əvvəlki halına görə daha sakitdir. == İstinadlar == {{İstinad siyahısı}} [[Kateqoriya:Corc Maykl albomları]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=4556785.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.