Difference between revisions 4570500 and 5418653 on azwiki

{{Şəxs
|Adı              = Yan Meeroviç
|Orijinal adı     = {{dil-az|Meeroviç Yan Maskimoviç}}
|Şəkil            = Yan Meeroviç.jpg
|Şəkil miqyası    = 250px
|Şəkil məlumat    = 
|Digər adı        = 
|Doğum tarixi     = {{doğum tarixi|1955|1|2}}
|Doğum yeri       = [[Bakı]], [[Azərbaycan SSR]]
|Vəfatı           = {{vəfat tarixi və yaşı|1990|1|20|1955|1|2}}20.1.1990
|Vəfat yeri       = [[Bakı]], [[Azərbaycan SSR]]
|Vəfat səbəbi     = 
|Atası            = 
|Anası            = 
|Həyat yoldaşı    = 
|Uşaqları         = 
|Peşəsi           = 
|Vətəndaşlıq      = 
|Milliyət         = [[yəhudi]]
|İxtisası         = 
|Təhsili          = 
|Fəaliyyəti       = '''[[Qara Yanvar]]''' şəhidi.
|Fəaliyyət illəri = 
|Mükafatları      = 
|imdb id          = 
|İmzası           = 
|Sayt             = 
}}

'''Yan Meeroviç''' ({{dil-az|Meeroviç Yan Maskimoviç}}) - [[20 yanvar faciəsi|20 yanvar]] şəhidi. [[Azərbaycan Respublikasının Prezidenti]]nin [[31 mart]] [[1998]]-ci il tarixdə fərmanı ilə ölümündən sonra '''[["20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı|20 Yanvar Şəhidi]]''' fəxri adı verilmişdir.

== Həyatı ==

Yan Meeroviç [[1955]]-ci ilin [[2 yanvar]] tarixində [[Bakı]]da anadan olub.  Milliyyətcə yəhudidir. [[Moskva]]dakı ''Molodyojnıy'' kooperativi Bakı filialının direktoru idi. Bir qızı, bir oğlu qalıb. Yanvarın 19-da Yan Maksimoviçin qonşusu, 78 yaşlı qadın Qreytman Raximya Davıdovna ondan xahiş edir ki, axşam onu aeroporta çatdırsın. O, gecə reysi ilə uçmalı idi. Qreytmanın əri erməni olub. Bakıdan gedib. Arvadı isə onun yanına gedəsi imiş.

Yan Maksimoviç qonşusu Elçin Mirzəyevdən xahiş edir ki, onları aeroporta aparsın. Təxminən axşam saat 23 radələrində yola çıxırlar. Bakı-Binə yolunun Suraxanı qəsəbəsində əsgərlər maşını avtomat atəşinə tutmuş, nəticədə maşındakıların hər üçü yaralanmış, ancaq Qreytman Sarkisova sağ qalmışdır. Sabahısı gün Meeroviç Yan və Mirzəyev Elçinin meyidini Çaparidze adına xəstəxananın meyidxanasından tapıblar. Şəhidin bədənində 15 yerdən güllə yarası aşkar olunub. Şəhidlər xiyabanında dəfn edilib.

== Ünvan ==
Ünvanı: Bakı, 1 may küçəsi 187.

== Həmçinin bax ==
* [["20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı]]
* [[Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı]]
* [[Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)|Şəhidlər Xiyabanında dəfn olunanlar]]

== İstinadlar ==
* {{cite book |author=Qulu Kəngərli |date=1992 |title='''20 Yanvar şəhidləri''' |url=http://elibrary.bsu.az/yenii%5Cebookspdf%5Cqara_yanvar_%C5%9F%C9%99hidl%C9%99ri.pdf |location=Bakı |publisher=Gənclik |pages=312 səh |isbn=4702060204 |archiveurl=http://web.archive.org/web/20150717121740/http://www.ebooks.az/view/isNJXSro.pdf |archivedate=2015-07-17 |accessdate=2017-01-18 |ref=az }}

[[Kateqoriya:Bakıda doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:20 Yanvar şəhidləri]]