Difference between revisions 4607703 and 4607707 on azwikiAzərbaycanda müxalifət qüvvələrinə bir neçə partiya və son illərdə bu partiyalar tərəfindən yaradılmış "Siyası Partiya Blokları" aiddir. == Partiyalar == Azərbaycan Liberal Demokrat Partiyası. Azərbaycan Liberal Demokrat Partiyasının ideologiyasının əsasında liberal demokratik dəyərlər durur. Bu partiya öz ideoloji dəyərləri baxımından Liberal Partiya ilə ideoloji yaxınlığa malikdir. ALDP proqramının əsas hədəfi liberal demokratik cəmiyyətin qurulmasıdır. Siyasi sistemdə mərkəzçi mövqe tutan partiyanın 6500-ə yaxın üzvü olduğu bildirilir. Partiyada üzvlük haqqı 0.20 AZN təşkil edir. Partiyanın büdcəsi 1000 AZN həcmindədir. Partiya 56 regional təşkilat vasitəsilə siyasi sistemdə təmsil olunur. ALDP ümumilikdə 2 qurultay və qurultay səlahiyyətli 1 konfrans keçirmişdir. Partiyada qurultaylar 5 ildən bir keçirilir. Sonuncu qurultayda hər 30 nəfərdən biri olmaqla 230 nəfər qurultay iştirakçısı seçilmişdir. Partiyada seçkili orqanlar Rəyasət Heyəti (15 üzv), sədr, şəhər və rayon təşkilatlarının sədrləridir. Partiya üzvü olan gənclər 60% təşkil edirlər. Partiyada qadınlar üzvlərin 30%-ni təşkil edir. Fuad Əliyev 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib. 2001-ci il sentyabrın 15-də ALDP-nin I qurultayında yenidən sədr seçilib. 2017-ci il aprelin 12-i ALDP V Qurultayında yenidən sədr seçilib. Partiyanın ictimaiyyətlə əlaqəsi, əsasən, www.ldpa.az internet saytı vasitəsilə tənzimlənir. Partiya 2005-ci il Azərbaycan Milli Məclisinə seçkilərdə 30 namizədlə iştirak etsə də, bu namizədlərdən heç biri seçilməmişdir. 2009-cu ilin bələdiyyə seçkilərində partiya 7 namizədlə iştirak edib. Partiya iqtidar-müxalifət dialoquna pozitiv mövqedən yanaşır və 1999-cu ildə bununla bağlı iqtidara müraciət edib. Partiya mövcud resursları baxımından seçki dövründə namizədlərin kampaniyası üçün fond yaradılmasını, qanunvericilik bazasının yenidən işlənilməsini və qəbul olunmasını təklif edir.⏎ [[Şəkil:Axcp-musavat-logo.jpg|thumb|right|200px|AXCP-Müsavat]] === Azərbaycan Xalq Cəbhəsi Partiyası === [[Azərbaycan Xalq Cəbhəsi Partiyası]] [[1992]]-ci ildə [[Əbülfəz Elçibəy]] tərəfindən yaradılıb. Bu zamanda [[Ayaz Mütəllibov]] [[Azərbaycan Respublikası Prezidenti]] postundan istefa verir və [[Əbülfəz Elçibəy]] hakimiyyətə gəlir. [[1995-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər]]də AXCP partiya şəklində iştirak edir və 125 yerdən 4-ünü alır. [[2000-ci il Azərbaycan Respublikasının Mil(contracted; show full)nlaşsa da,gənc nəsil mühafizəkar islamçıların [[Rifah Vətəndaş Hərəkatı]] ara-sıra fəallaşaraq yenidən susqunlaşır.Lakin,ənənəvi müxalifət kimi,islamçılar da hər zaman hakimiyyət üçün baş ağrısı olmuşdur.Bütün bunlara baxmauaraq,[[Rifah Vətəndaş Hərəkatı]] mühafizəkar mövqe nümayiş etdirərək hakimiyyəylə islamçıların arasını "yumşaltmağa" və çıx da dağıdıcılığa getməmək niyyətindədir.Lakin,[[Rifah Vətəndaş Hərəkatı]] da digər partiya və təşkilatlar kimi daima basqı və təzyiqlərə məruz qalmışdır. ⏎ ⏎ == Simalar == [[Şəkil:Fuad Əliyev (siyasətçi).jpg|thumb]] Fuad Ağası oğlu Əliyev Əliyev Fuad Ağası oğlu 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə 160 №-li orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olunub. 1988-1989-cu illərdə Moskva və Mıtişi şəhərlərində orduda xidmət edib. (contracted; show full)== Həmçinin bax == * [[Azərbaycan iqtidarı]] == İstinadlar == {{İstinad siyahısı}} [[Kateqoriya:Azərbaycanda siyasət]] [[Kateqoriya:Siyasi müxalifət]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=4607707.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|