Difference between revisions 4612203 and 4612204 on azwiki

[[Şuşa]]nın bir şəhər kimi formalaşması 3 mərhələdən keçmişdir. [[Pənahəli xan]]ın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi olan [[Təbrizli məhəlləsi (Şuşa)|Təbrizli məhəlləsi]] salınmışdır. [[Qarabağ xanlığı|Qarabağ xanlığ]]ının ləğv olunmasına qədər bu adla tanınan məhəllə sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdır. <ref> Şuşa- Qədim Azərbaycan diyarı, səh.4 </ref> Aşağı məhəllə də öz növbəsində 9 kiçik məhəllədən təşkil(contracted; show full)
Şəhərin dağlıq ərazisində salınmış üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı
Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən (məhəllədən) ibarət
olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi
Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir. <ref> Mirzə Yusif Qarabaği. Tarixi-Safi. Qarabağnamələr. II kitab. səh.38 </ref>



Yuхarı məhəllə:
# [[Saatlı məhəlləsi]] 
# [[Köçərli məhəlləsi]] 
# [[Mamayı məhəlləsi]] 
# [[Xoca Mərcanlı məhəlləsi]] 
# [[Dəmirçilər məhəlləsi]] 
# [[Hamamqabağı məhəlləsi]] 
# [[Merdinli məhəlləsi]] 
# [[Təzə məhəllə məhəlləsi]]

Aşağı məhəllə:
# [[Seyidli məhəlləsi]] 
# [[Culfalar məhəlləsi]]
# [[Quyuluq məhəlləsi]]
# [[Çuхur məhəllə məhəlləsi]]
# [[Dördlər qurdu məhəlləsi]]
# [[Hacı Yusifli məhəlləsi]] 
# [[Dörd çinar məhəlləsi]]
# [[Çöl qala məhəlləsi]]
# [[Qurdlar məhəlləsi (Şuşa)]]

== Mənbə ==
* Baharlı  "Əhvalati-Qarabağ"

== İstinadlar == 
{{İstinad siyahısı}}

[[Kateqoriya:Şuşa]]
[[Kateqoriya:Məhəllələr]]