Difference between revisions 4722700 and 4807981 on azwiki

Bizim eramızdan əvvəl '''masaj''' sağlamlaq məqsədi kimi [[Cənubi Afrika]]da istifadə edilib. Bundan sonra məlum olub ki, masaj [[İndoneziya]] xalqları arasında geniş yayılıb.

Sonralar [[Amerika Birləşmiş Ştatları]]nda [[Sandicevıx]] adasında "Lomi-lomi" adı ilə məlum olan masaj növü meydana gəlib.

Ən qədim masaj növü [[E.ə.  2698|bizim eradan 2698 il əvvəl]] [[Çin]]də "Konq-fu" adlı məşhur kitabda yazılıb.

Həmin kitabda həkim gimnastikası, nəfəs almanın müxtəlif növləri, orqanizmin duruş vəziyyəti və massajın elementlərinin metodikası göstərilib.

VI əsrdə dünyada birinci olaraq [[Çin]]də Ali Tibbi İnstitut yaradılıb və həmin institutda tibbi dərslərlə yanaşı müxtəlif xəstəliklərə qarşı müalicə tədbirləri və masajdan dərin elmi biliklər öyrədilib.

(contracted; show full)

Çarxlı massajor və ya dişli topla təlim bizim həyat еnеrjimizi stimullaşdırır. Massajın müddəti 30 dəqiqədir. Rеflеksogеn zonalara barmaqla basdıqda, ağrının və hissiyyatın olub olmamasına diqqət yеtirmək lazımdır. Bu kimi rеaksiyalar müvafiq orqanların və orqanizm sistеmlərinin pozulmasına işarə еdir. Bеlə aktiv nöqtələr vasitəsilə daxili orqanların funksiyasına təsir еtmək olar.

{{Vikianbar kateqoriyası|Massage}}

[[Kateqoriya:Tibb]]