Difference between revisions 4838832 and 5024470 on azwiki{{iş gedir}}⏎ {{Çay |Adı = Gəncə çayı |Yerli adı = {{dillər|az/Gəncə çayı}} |Şəkil = |Ölkə = Azərbaycan |Mənbəyi = [[Kiçik Qafqaz]] |Mənsəbi = [[Kür]] |Mənsəbinin yeri = |Xəritə = |Xəritənin ölçüsü = |Xəritənin adı = |Hövzəsi = |Qolunun hövzəsi = |Uzunluğu = |Hövzəsinin sahəsi = |Çayın meyilliyi = |Mənbəyinin yüksəkliyi = |Mənsəbinin yüksəkliyi = |Su sərfi = |Yer xəritəsi qeydləri = }} '''Gəncə çayı''' — Azərbaycanda çay.⏎ ⏎ ⏎ ⏎ Başlangıcını [[Kiçik Qafqaz]]dan götürmüş Gəncə çayı [[Kür]] çayına tökülür. == Çay haqqında== Gəncəçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından axmağa başlayır. Çayın mənsəbi 2814 m yüksəklikdədir. Gəncəçay Kürə mənsəbindən 720 km yuxarıda tökülür. Gəncəçayın uzunluğu 99 km, hövzəsinin sahəsi 752 km<sup>2</sup>-dir. Çayın 9 qolundan 5-i sağ, 4-ü isə sol qoludur. Çayın hövzəsi cənubdan şimala doğru enli və uzunsovdur. Murovdağ silsiləsi boyu Tərtərçayla, qərbdən Qoşqarçayın hövzəsi, şərqdən isə kürəkçayın hövzəsi ilə həmsərhəddir. Çayın hövzəsinin orta eni 7,6 km, orta yüksəkliyi isə 119 m-dir. çayın tam düşməsi 2744 m, çayın orta meyilliliyi 27,7%, çay şəbəkəsinin sıxlığı 0,64 km/km<sup>2</sup>-dir.<ref>49</ref> Gəncəçay yaz gursulu rejim fazalı çay qrupuna aiddir. Gursululuq adətən mart ayından iyun ayınadək davam edir. Gursulu rejim fazasının orta çoxillik davamiyyəti 137-150 gündür. Gursulu rejim fazasının başlamasının orta tarixi Gedamışda 17 mart, Zurnabadda 9 mart, Alaxançallıda 20 mart, qurtarma tarixi isə müvafiq olaraq 4-6 avqustdur. Gəncəçayın qolu olan Zivlənçayda isə gursululuq 133 gün davam edir. Orta başlama tarixi 17 mart, qurtarma tarixi isə 28 iyuldur. Çayın sol qolu Dəstəfurçayda gursululuq 131 gün davam edir, gursulu rejim fazasının orta çoxillik başlanması 6 mart, qurtarma tarixi isə 15 iyuldur. Gəncəçayın qidalanmasında qar suları 32%, yeraltı sular isə 44% təşkil edir. Yaz gursulu fazasında illik axım həcminin 60%-dən çoxunu təşkil edir. Avqust, oktyabr, bəzən noyabr aylarında qisamüddətli daşqınlar yaranır. əsas çay və onun qolları üzərində 5 hidrometrik məntəqə var.⏎ ⏎ == İstinadlar == {{İstinad siyahısı}} {{Azərbaycanın su hövzələri}} [[Kateqoriya:Azərbaycan çayları]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=5024470.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|