Difference between revisions 4847161 and 5403470 on azwiki

{{Rəssam
|Adı             = Rasim Xələfov
|Orijinal adı    = 
|Şəkil           = 
|Şəklin ölçüsü   = 
|Şəklin izahı    = 
|Doğum tarixi    = {{doğum tarixi|1928|12|3}}
|Doğum yeri      = 
|Vəfat tarixi    = {{vəfat tarixi|2010||}}
|Vəfat yeri      = 
|Milliyyəti      = 
|Vətəndaşlığı    = 
|Janrı           = 
|Təhsili         = 
|Stili           = 
|Tanınmış işləri = 
|Hamiləri        = 
|Təsir edib      = 
|Mükafatları     = 
|Saytı           = 
|İmzası          = 
|Vikianbar       = 
}}

'''Rasim Həşim oğlu Xələfov''' (1928-2010) — SSRİ Xalq Rəssamı{{mənbəsiz}}.

== Həyatı ==
Rasim Həşim oğlu 1928-ci il dekabrın 3-də anadan olmuşdur. [[1949]]-cu ildə Ə. Əzimzadə adına Bakı Saxsı Qablar Zavodunda baş rəssam kimi fəaliyyətə başlamışdır. Bir müddətdən sonra rəssamlıq təhsilini artırmaq üçün Ukraynaya getmiş, Lvov Dövlət Dekorativ Tətbiqi Sənət İnstitutunun monumental keramika fakültəsinə daxil olmuşdur. 1958-ci ildə ali təhsilli rəssam kimi Bakıya qayıdaraq 1966-cı ilə qədər əvvəlki iş yerində çalışmışdır. 1978-ci ildən o Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət fakültəsində baş müəllim vəzifəsində çalışmışdır. Bir sıra iri həcmli əsərlərin müəllifi idi. Bakı metropoliteninin "Gənclik", "Avrora" (indiki Qara Qarayev) stansiyalarınin, Bakı Dövlət Sirkinin, Razin (indiki Bakixanov) qəsəbəsində mədəniyyət sarayının Moskvada Ümumiittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycana həsr olunmuş bölməsinin qədim tərtibatıda istedadlı sənətkarın fırçasinin məhsulu idi. Rəssam eyni zamanda kətan üzərində, keramika naxış (metalda) və mozaika müəllifi də görürdü. Respublikanın bir çox rayonlarında onun monumental işlərinə rast gəlmək olar.

Rasim Xələfov [[1957]]-ci ildən başlayaraq bir sıra respublika, Umumittifaq və Beynəlxalq sərgilərin və müsabiqələrin iştirakçısı olmuşdu. Onun əsərlərinin böyük bir hissəsi R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Nizami adına muzeydə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Rəssamlıq Fondunda saxlanılır.

Rasim Xələfov [[2010]]-cu ildə vəfat edib.

== Həmçinin bax ==

*[[Xələfbəyovlar]]

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Xələfbəyovlar]]
[[Kateqoriya:Azərbaycan rəssamları]]