Difference between revisions 4848299 and 6170117 on azwiki

{{vikiləşdirmək}}
{{mənbə azlığı}}
{{vikiləşdirmək}}
Qur`ani-Kərimdə iki yerdə İlyasın adı gəlib, biri "Ən`am" surəsində, o birisi isə "Saffat" surəsində. "Ənam" surəsində Allah taala buyurur:

-"Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə qovuşdurduq). Onların hamısı buna layiqli idilər.

"Saffat" surəsində buyurur:

-"Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir! Bir zaman o öz tayfasına belə demişdi: -"Siz (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz? Siz yaradanların ən yaxşısını (Allahı) qoruyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz? Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahı (tərk edirsiniz)?" Lakin onlar onu təkzib etdilər, buna görə də (Qiyamət günü Cəhənnəmə) gətiriləcəklər. Yalnız Allahın xalis bəndələrindən başqa! Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) "İlyasinə (İlyasa) salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin (contracted; show full)
Ravəndinin "Qisəsül-ənbiya" kitabından bir əhvalat "Biharül-ənvar"da nəql olunur. Bu əhvalat İlyas haqqındadır. Lakin rəvayətin sənədi Vəhb ibni Münəbbihə çatdığı üçün e`tibardan düşür. Ona görə də o rəvayəti burada nəql etmirik.

{{Peyğəmbərlər}}

[[Kateqoriya:Peyğəmbərlər]]

[[de:Elija#Koran]]
[[en:Elijah#Elijah in Islam]]