Difference between revisions 4925234 and 4943616 on azwiki'''Əbu Hənifə''' - Əhli Sünnətin 4 böyük İmaminin birincisi olan İmam-i Əzəm Əbu Hənifə, Hicri 80 (Miladi 699) Küfədə (Bəzi tarixcilərə qörə Kabul-Əfqanıstan) anadan olmuşdur. Ən Böyük İmam mənasinda "Əl-İmam Əl-Əzəm" ləqəbi ilə bilinən, Əbu Hənifə künyəsi ilə Məşhur Əl-Numan bin Sabit bin Numan Zuta əl-Mərzuban Ət Teymi Ət Kufi böyük müctəhid və fiqh elmində [[Hənəfi məzhəbi]]nin İmam və alimidir.1 [[Şəkil:Abu Hanifa Mosque, 2008.jpg|thumb|300px|right|[[Əbu Hənifə Məscidi]]]] Elmdə dərinləşən imam, İslamın əsas prinsiplərindən olan "nəhyi anil münkər" olaraq, Zamanında Əhli Beytə zülm etdikləri üçün Əməviləri tənqid edirdi, Abbasilər dövründə də zülmün davam etdiyini görən Əbu Hənifə, Abbasi iqtidarını da tənqid eləməyə başladı. Zalımlar tərəfindən ona təklif edilən qazilik məqamını rədd etdi. Onların zülmünə ortaq olmadı. Hakimiyyətə qarşı çıxdığı üçün Xəlifə tərəfindən həbs edilib dəfələrlə şallaqlandı və bütün bu işkəncələrin nəticəsində şəhid olaraq dünyasını dəyişdi. Çünki, Allah Rəsulu (s) buyurur: "Cihadın ən üstünü zalım sultana haqq sözü deməkdir" == Şeyxləri == Tarixçi İbnul Əsirin nəql etdiyinə görə Numan gənc yaşlarında atasıyla bərabər həccə gedərkən, orada Tabiundan Ata bin Əbi Rəbəh və fəqih səhabə Abdullah ibni Ömərdən hədis dinləmişdir. Zəhəbinin nəqlinə görə İmam Əbu Hənifə Atiyyə Əl Avfi, Abdur Rahman bin Hurmuz Əl Arəc, İkrimə, Nafi və Qatədədən də hədis dinləmişdir. Məşhur fəqih Hammad bin Əbi Suleymanın fiqh dərslərində 18 il iştirak etmişdir. Fiqh elmini İbrahim Ən Nəxai, Şabi, Qazi Şureyh, Alqamə bin Qeys, Məsruk bin Əl Əcda kimi böyük fiqh ustadlarından da təhsil etmişdir. Ömrünün 2 ilini Peyğəmbər s.a.a.v -ın övladlarından olan Cəfəri məzhəbinin başçısı İmam Cəfər Sadiq əleyhissəlamdan dərs almış və bunu dəfələrlə vurğulamışdırki ,əyər həmin 2 il olmasaydı mən həlak olardım == Tələbələri == Kufə şəhərində elm halqaları quran Əbu Hənifənin təxminən 4000 tələbəsi olmuşdur ki, bunlardan qırxa yaxını ictihad səviyyəsinə varmışlar. Onlardan ən məşhuru ikidir və onları Hənəfi məzhəbi kitablarında onların görüşü zikr edildikdə "qavlu imameyni" yəni iki imamın görüşü deyilir. İsimləri belədir: # [[Əbu Yusuf Yaqub bin İbrahim]] # [[Muhəmməd bin Həsən Əş Şeybəni]] Digər məşhur tələbələrdən: (contracted; show full)# [[Tövhid]] vəsiyyəti # Əl Fiqhul Əkbər # Əl Fiqhul Əbsat # Müsnəd {{Şəxs-qaralama}} [[Kateqoriya:İslam]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=4943616.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|