Difference between revisions 4936488 and 6074721 on azwiki

== Ümumi məlumat ==
Təzahür [[Maarif kəndi]]<nowiki/>nin şərq,cənub-şərqində yerləşir. Həmin təzahür böyük Qalaça-Qaradağ dərinlik qırılması boyu uzanır. Təzahür şimal-qərbdən Atabəy-Slavyanka plagioqranit intruziyası ilə, cənub-şərqdə isə Gədəbəy diorit intruziyası ilə əhatə olunur. Təzahürün örtük hissəsi vulkanik tuflar ilə örtülüdür. Təzahür sahəsində 50x50 m. ölçüdə 1:5000 miqyasında axtarış işləri aparılmışdır. Bundan əlavə həmin sahədə yenə 100x100 m. ölçüdə 1:5000 miqyasında geofiziki axtarış işləri aparılmışdır. Hər iki geoloji-axtarış işləri zamanı (contracted; show full) Üst Bayos yaşlıdır. Kvars porfirlərdə minerallaşmanı ən çox pirit,bəzən möhtəvi [[pirit]]-xalkopirit,bəzən isə yuvacıqlarda pirit-molibden birləşmələr təşkil edir. Aşağı horizontlarda az miqdarda qızıl və gümüşə rast gəlinir. Dərinliyə getdikcə süxurlar silikatlaşmış və kaolinləşmişdir. Böyük Qalaça Qaradağ dərinlik qırılması Şimal Qərb-Şərq istiqamətində uzanır və Şərq istiqamətə 700-750 yatır. Maarif təzahürü geoloji quruluşun kəşfiyyata dair mürəkkəbliyinə görə şərti olaraq, qeyri sabitqanlığı, [[mis]]
<nowiki/>in qeyri-bərabər yayıldığı orta yataqlara aid etmək olar<ref name=":0">Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012</ref>.

== Proqnoz resursları ==
Maarif mis-porfir təzahürünün P1 kateqoriyası üzrə proqnoz resursları müəyyən edilmişdir. 
* Təzahürün uzunluğu-1800 m; 
* Filiz sahəsinin eni-100 m; 
* Filiz cisminin qalınlığı-100 m; 
* Filiz cisminin həcmi-18 mln. m³; 
* Orta miqdar: Cu-0,4%, Mo-0,01%, Au-0,3% q/t. 
* Metalların resursları: Cu-200000 t, Mo-5000 t, Au-15 t. 
* Minimum, 50% çıxarılma ilə metalların ehtiyatları təqribən belə olacaqdır:Cu-65000 t, Mo-1500 t, Au-5 t.
Təzahür Ştokverk tipli filiz kütlələrindən ibarət olub, piritin, xalkopiritin və molibdenin möhtəvi damarcıqlarından və onların oksidlərindən ibarətdir. Mis-porfir filizləşməsi törəmə kvarsitlərin içərisində yerləşir. Törəmə kvarsitlərin sahəsi təxminən 0,3&nbsp;km<sup>2</sup>
, orta qalınlığı 57,9 m, misin orta miqdarı isə 0,59% hesablanır<ref name=":0" />.

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Azərbaycan mineralları]]